Mühasib keçmişdə və gələcəkdə (1-ci hissə)

posted in: muhasibat, Məqalə, Xəbər | 0

MühasibMühasib keçmişdə və gələcəkdə

1-ci hissə

İnsan – hər şeyin ölçüsüdür.

Protaqor

Mühasibat uçotu da daxil olmaqla, böyük problemlərdən danışarkən, biz, bir qayda olaraq, elmi mənşəyə malik olan müxtəlif sxemlərə diqqət yetiririk. Və bu sxemlər üzrə işləyənləri çox tez-tez unuduruq. Əslində uçotdan daha çox, mühasibatlıqda çalışan işçilərin özləri daha mühümdür.

Bu gün biz mühasibat uçotunun ən qədim və aparıcı kafedralarından birinin yüzilliyini qeyd etdiyimiz bir vaxtda demək lazımdır ki, istənilən işdə olduğu kimi, bizim işdə də ən vacibi insandır. Yüz ildir ki, bu şöbədə işləyən gözəl insanlar haqlı olaraq fəxr edə biləcək bir çox mütəxəssislər yetişdiriblər. Amma, indi keçmiş haqqında deyil, bu gün haqqında deyil, gələcək haqqında danışmaq vaxtıdır. Və burada başlıca məsələ, bizə, bizim peşəmizə hansı insanların gəlməsidir.

Və bizim şüarımız belədir: “Bizə yaxşı insanı verin”

Bu görkəmli bir rus publisistinin (1856-1919) çağırışı idi. Və o, bu deyimində haqlı idi. İnsan mühasibatlığı öyrənə bilər, burada problem yoxdur. Vacib olan insanın özünün layiqli biri olmasıdır. Və əslində əgər dərindən düşünsək, mühasibat uçotunun predmeti kimi çıxış edir: fəaliyyət göstərən təsərrüfat subyekti olan insan (sahibkar) və düşünən, anlayışlı bir insan (mühasib). Birinci öz fəaliyyətinin izlərini sənədlər dəsti şəklində qoyur, ikinci isə həmin məlumatları hesabata çevirməklə onları nəzərdən keçirir və təhlil edir.

Əlbəttə, mühasib iş adamından ötrü mövcud olur, amma, mühasibsiz heç bir biznes növü mövcud ola bilməz.

Təsadüfi deyil ki, məşhur iqtisadçı V. Zombart (1863-1941) haqlı olaraq hesab edirdi ki, insanlar ikili qeydiyyatı ixtira etməmişdən əvvəl kapitalizm mövcud ola bilməzdi.  Çünki onsuz maliyyə nəticələrini sistematik olaraq hesablamaq olmazdı.

Buradan belə nəticəyə gəlmək olar ki, bütün mühasibat uçotu onun registrləri və məlumat faylları ilə və ən çətin hesabatla birlikdə yalnız insanların beyin fəaliyyətinin nəticəsidir. Hansı ki, onlara ümumi dildə hesablama işçiləri deyirlər. Həqiqi əsaslı mühasibat, ilk növbədə, məlumat daşıyıcılarında, Misir papirusu, Babil kərpicləri, Peru ipləri və ya bizə yaxşı məlum olan kağızda deyil, mühasiblərin beyinlərində aparılır.  Bütün bu informasiya daşıyıcıları yalnız mühasibin “iradəsindən” asılı olurlar. O isə canlı insandır və bizlərdən hər biri kimi öz məqsədinə doğru irəliləyir.

Mühasibin məqsədləri açıq qanunidir:

  • çevik iş qrafiki;
  • şirkətin stabil mövcudluğu;
  • yaxşı məzuniyyətlər;
  • müalicə üçün pul;
  • layiqli və daim yüksələn əmək haqqı;
  • müxtəlif əsaslarla mükafatlar.

Bütün bunlar mühasibat uçotunun özü deyil, mühasibat uçotuna aid olan şəxsin necə başa düşülməli olduğunu göstərir. Yalnız bir insanı başa düşdükdən sonra mühasibat uçotunu da anlamaq şansı olacaq.

Soruşula bilər, niyə? Bir sadə həqiqətə görə, çünki əşyaların niyyəti olmur, insanın isə niyyəti olur, hesablayıcıda bu olmur, mühasibdə isə olur. Buradan niyyətin insanı yaxşı bir insana necə çevirdiyini bilmək vacibdir.

Bununla əlaqədar, tez-tez unudulan bir hala diqqət yetirməlisiniz: mühasibat uçotu yalnız insanlara bilik vermir, həm də onları yetişdirir. Daha doğrusu, məhz insanın yenidən qurulması üçün bir vasitə ola bilər. Belə ki, əgər effektiv uçot sistemi və nəzarət olan yerdə bir məkrli fırıldaqçını mağaza müdiri vəzifəsinə qoysanız, bütün cəhdlərinə və oğurlamaq mahirliyinə baxmayaraq, o burada heç nə edə bilməyəcək, bir növ “müqəddəsə” çevriləcək.

Buna çoxlu nümunələr var. Əgər şirkətdə bundan sonra da çatışmazlıqlar və ya şübhəli artıqlıqlarla bağlı dəlillər ortaya çıxacaqsa, bunu hər şeydən öncə uçot sistemində olan çatışmazlıqlar olduğunu söyləyəcəklər.

Lakin, bu və buna oxşar hallarda uçotun deyil, uçotla məşğul olan insanların çatışmazlıqlarından söhbət gedə bilər. Əgər istəsəniz, bunu onların günahı kimi də dəyələndirmək olar. Kimin nə deməsindən asılı olmayaraq, amma mühasibatlıq zorakılığın qanuni vasitəsidir və səmərəli işləyirsə, təşkilatın bütün komandası belə təzyiq altında mehriban və əyləncəli şəkildə çalışır. Məhz, məcburiyyət və zorakılığın düzgün dozası sayəsində vəzifə hissi yaranır və bütün iqtisadi sistem səmərəli işləməyə başlayır.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı

posted in: Xəbər | 0

Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı.

birdəfəlik ödəməPandemiya ilə əlaqədar ölkəmizdə geniş miqyas alan sosial dəstək tədbirlərindən biri kimi iş yerlərinin qorunması təmin olunmaqla, məşğulluq imkanlarının artırılması üçün mühüm addımlar atılır. İşsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslərin birdəfəlik ödəmə (190 manat) ilə təminatı proqramı icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ödənişli ictimai iş yerlərinin sayının 90 minə çatdırılması üçün işlər aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə son günlərdə əlavə olaraq 18 min nəfər ödənişli ictimai işlərə cəlb olunmaqla, bu işlərdə çalışanların sayı 55 minə çatdırılıb.
Eyni zamanda, dövlət başçısının göstərişi ilə birdəfəlik ödəmə proqramının əhatə dairəsi 3 dəfə artırılmaqla, proqramın əhatə etdiyi aztəminatlı şəxslərin sayı 200 mindən 600 minə çatdırılıb.

Bu günədək onlardan 400 min şəxsə birdəfəlik ödəniş təyin edilib. Və müraciətlərə baxıldıqca nəticəsinə uyğun daha 200 min şəxsə də ödəniş aparılacaq.

Ümumilikdə isə, işsiz və xüsusi karantin rejiminə görə işini itirən aztəminatlı şəxslər tərəfindən birdəfəlik ödəmə ilə bağlı e-sosial.az portalına edilən müraciətlərin qəbulu artıq yekunlaşıb.
Daxil olmuş müraciətlərin emalı prosesi isə davam edir. Birdəfəlik ödəmələrin təyinatında ünvanlılıq prinsipi üstün tutulur. Xüsusilə aprelin 1-dək işsiz kimi qeydə alınan, çalışdığı qeyri-formal iş yerini xüsusi karantin dövründə itirən, ailə gəlirlərinin daha aşağı səviyyədə olduğu (e-informasiya bazalarının məlumatları əsasında) müəyyən edilən şəxslər diqqətdə saxlanır.

Bununla belə, aztəminatlı işsiz şəxslərlə bağlı bir çox istiqamətlərdə sosial dəstək tədbirləri davam edir:

  • Həmin şəxslərin işlə təminatı, bunun üçün onlara vakansiyalar, habelə ödənişli ictimai iş yerləri təklif olunur.
  • İş tapmaqda çətinlik çəkənlərin peşə hazırlığına cəlb edilməsi işləri aparılır.
  • Kiçik ailə təsərrüfatlarını qurmaq üçün maddi imkanları olmayanlara özünüməşğulluq proqramı çərçivəsində dəstək göstərilir. Bu il minimum 12 min ailə üçün belə təsərrüfatlar qurulur, onlara gəlir əldə etmək imkanları yaradılır.
  • Qeyri-rəsmi çalışanların müəyyən edilməsi və onların əməyinin rəsmiləşdirilməsi üçün tədbirlər görülür.
  • Mövcud vəziyyətdə maddi çətinlikləri olan ailələr hazırda ölkədə geniş miqyas alan sosial dəstək aksiyalarından yararlanır. Təkcə aprel ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və sosial tərəfdaşlarla birgə belə ailələrə 28 min ərzaq payı verilib. Daha 30 min ərzaq payının verilməsi nəzərdə tutulub.
  • Gəlirləri ehtiyac meyarından aşağı olan ailələrin ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunması işləri aparılır. Proqramın şərtləri də yumşaldılır ki, bu da sosial yardım alanların sayının artmasına imkan verib.

Təkcə aprel ayında əlavə olaraq 12 min (50 min ailə üzvü) ünvanlı yardım təyin olub və bu yardımı alanların sayı 82 minə (340 min ailə üzvü) çatıb.

Beləliklə, dəstəyə ehtiyacı olan şəxslər müəyyən edilməklə onlarla bağlı bütün istiqamətlərdə sosial müdafiə tədbirləri həyata keçirilir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Tələbnamə”ni necə yazmalı?

posted in: Xəbər | 0

TələbnaməTələbnamə ərəb mənşəli “tələb” (istəmək, tələb etmək) və fars mənşəli “namə” (məktub, əsər, bəzən də yazı) sözlərinin birləşməsindən yaranıb. Bir şeyin verilməsi və ya bir işin görülməsi, yaxud bir şəxsin müəyyən adamın sərəncamına göndərilməsi haqqında rəsmi yazılı xahişdir.

Tələbnamə hər hansı bir şeyi tələb etmək, istəmək məqsədilə yazılmış sənəddir. Tələbnamə ərizədən fərqli olaraq, yalnız xahiş-istəmə məqamında yazılır. Onların tərtib formaları, demək olar ki, eynidir.


Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfatı Birliyinə
47 saylı orta məktəbin direktoru Ə.Səfərovdan

TƏLƏBNAMƏ

Son günlər hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dolunun yağması nəticəsində məktəbimizin dam örtüyü yararsız hala düşmüşdür. Təmir–tikinti briqadasını göndərərək bu problemin aradan qaldırılmasında bizə yardımçı olmanızı xahiş edirik.


7 nömrəli dəftərxana mağazasının
direktoruna

TƏLƏBNAMƏ

Aşağıdakı dəftərxana ləvazimatlarını köçürmə yolu ilə buraxmağınızı xahiş edirik:
1. Dəftərxana kitabı-100 əd.
2. Kağıztikən qovluq-100 əd.
3. Kağız üçün qovluq-100 əd.
4. Diyircəkli qələm-30 əd.
5. Diyircəkli qələm içi-100 əd.
6. Adi qələm-30 əd.
7. Xətkeş -30 əd.
8. Yapışqan-40 əd.
9. Pozan-30 əd.
10. Dəftərxana düyməsi-20 əd.
11. Sancaq-20 əd.
12. Deşikaçan-20 əd.
13. Stolüstü təqvim-20 əd.
14. Əlifbalı dəftərçə-20 əd.
15. Qeyd aparmaq üçün kağız-40 dəst
16. Qeyd dəftəri-30 əd.
17. Möhür yastıqçası-10 əd.
18. Möhür boyağı-10 şüşə
19. Mürəkkəb-5 şüşə

Bizim hesabımız: Bakı şəhəri, Muğan Kommersiya Bankının Yasamal rayon şöbəsi hesab № 6854653

Pulun ödəniləcəyinə təminat veririk.

«Fidan» EİB-in direktoru:                                            Ə.Əliyev

Baş mühasib:                                                              N.Abbasov

Nümunə üçün faylı yükləyin:  Tələbnamə-Nümunə (203 downloads )

Bax: 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi

posted in: Xəbər | 0

Kapital Bank növbəti xeyriyyə aksiyasına dəstək göstərdi.

Kapital BankKapital Bank korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, mütəmadi şəkildə müxtəlif aksiyaları keçirir. Hazırki xüsusi karantin rejimini dövründə də belə aksiyalar təşkil edilir. Bank bu dəfə “Beat Group” şirkətinin keçirdiyi xeyriyyə aksiyasına dəstək göstərib.

Şirkət, pandemiya zamanı yığılan ianələr hesabına “Beat Group”a daxil olan restoranlar şəbəkəsində müxtəlif yeməklər hazırlayaraq, hər gün aztəminatlı ailələrə yardım formasında könüllülər tərəfindən çatdırırlar.

Kapital Bank bu layihəyə dəstək verməklə, ianələrin yığılması üçün “Beat Group” tərəfindən açılan bank hesabları haqqını, həmçinin elektron POS terminallar üzrə qəbul olunan komissiyaları 0 AZN olaraq müəyyən edib.

Qeyd edək ki, xeyriyyə təşəbbüsünə qoşulmaq istəyənlər www.evdeq.al saytındakı anketi doldurmaqla həmin təşəbbüsü dəstəkləyə bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun