Bu günə qədər neçə muzdlu işçinin əmək haqqı kompensasiya edilib?

posted in: Xəbər | 0

Bu günə qədər neçə muzdlu işçinin əmək haqqı kompensasiya edilib?

vergi sosial yükAzərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, 27 aprel tarixinə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 22 976 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 73 760 fərdi (mikro) sahibkar, cəmi 96 736 vergi ödəyicisi müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verilir.

“Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 178 587 işçini əhatə edən 19 061 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir”, – məlumatda bildirilir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 80,72 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 40,36 mln manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 17 568 vergi ödəyicisinə 168 778 nəfər muzdlu işçinin əmək haqqı üzrə 38,46 mln manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 73 760 vergi ödəyicisindən müraciət daxil olub, 67 497 müraciət araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 44,42 mln manat təşkil edir. Aprelin 27-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən artıq 40,03 mln manat vəsaitin 59 148 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Karantini pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanıldı

posted in: Xəbər | 0

saxta arayışlarKarantini pozmaq üçün saxta arayışlar satan daha bir şirkət rəhbəri saxlanıldı.

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən məqsədyönlü tədbirlər davam etdirilir.

Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Keçirilmiş növbəti uğurlu əməliyyat nəticəsində Şəki şəhər sakini Orxan Ələkbərov karantin rejimi ilə bağlı polis postlarına təqdim olunması və sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə direktoru olduğu, faktiki heç bir fəaliyyət göstərməyən “Vest Corporation” MMC-nin adından saxta arayışlar -ın hər birini 60-100 manat müqabilində satarkən saxlanılıb.

Araşdırma zamanı müəyyən olunmuşdur ki, adıçəkilən şəxs özü də daxil olmaqla 18 vətəndaşın saxta sənədlər əsasında “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirib həmin şəxslərin adına saxta əmək müqavilələri tərtib edib. Bununla da Orxan Ələkbərov saxta sənəd satdığı şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıb.

Saxlanılan şəxsin paytaxt ərazisindəki yaşayış ünvanına baxış zamanı eyni məqsədlə hazırlanmış saxta arayışlar, boş blanklar, möhür və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. Orxan Ələkbərov və digər şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (1-ci hissə)

posted in: Xəbər | 0

uşaq müavinətləriDünyanın müxtəlif ölkələrində uşaq müavinətləri

1-ci hissə

Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur, bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin, MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil, çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.

ABŞ-da uşaqlara görə verilən müavinət

Amerika qanunvericiliyi uşağın doğulmasına görə müavinətin verilməsini nəzərdə tutmur, amma, buna görə vergi güzəşti mövcuddur. Həmin güzəşt məbləği 1000 dollar təşkil edir, yaxın vaxtlarda isə onu 1600 dollara kimi qaldırılacağı nəzərdə tutulur.

Böyük Britaniyada uşaqlara görə verilən müavinət

İngiltərədə uşaqlar 16 yaşına çatana kimi onlara həftəlik müavinət verilir, eyni zamanda əgər uşaq təhsil alırsa, onda həmin müavinət 20 yaşına kimi ödənilir. Böyük uşağa və ya yeganə övlada görə həftədə 20,7 funt sterlinq, digər uşaqlara görə isə 13,7 funt sterlinq müavinət ödənilir.

Almaniyada uşaq müavinətləri

Ölkə vətəndaşları uşaqlar 18 yaşına çatana kimi müavinət alırlar, özü də bu zaman əgər yeniyetmə məşğulluq mərkəzində qeydiyyatdırsa və hələ iş tapa bilməyibsə müavinət 21 yaşına çatana kimi ödənilir. Əmək qabiliyyəti olmayan vətəndaş 25 yaşına kimi müavinət alır.

Müavinətin aylıq həcmi: Birinci və ikinci uşağa görə – 192 avro, üçüncü uşağa görə 198 avro və sonrakı uşaqlara görə 223 avro pul ödənilir.

Fransada uşaqlara görə verilən müavinət

Uşaq doğulan zaman dövlət 927 avro və övladlığa qəbul etmə zamanı isə 1855 avro birdəfəlik müavinət ödənilir. Bundan əlavə, uşaqlar 3 yaşına çatana kimi aylıq müavinət də mövcuddur. Həmin müavinətin həcmi valideynlərin qazancından asılı olaraq 92 avrodan 185 avroya kimi təşkil edir.

İkinci və sonrakı uşaqların doğumundan sonra müvainət onlar 21 yaşına çatana kimi ödənilir. İki uşağa görə verilən aylıq müavinət 130 avro, üç uşağa görə 297 avro, dörd uşağa görə isə 464 avro təşkil edir.

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezidentə ödənilən məbləğə görə əvvəlcədən ödənilən ƏDV-nin məbləğini əvəzləşdirə bilərik?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDVSual: Şirkət il ərzində hər ay qeyri-rezidentə ödəniş edir və bu ödənişdən məsələn deyək ki, təxmini 5000 manat qeyri-rezidentin ƏDV-si öhdəliyi yaranır. Əgər şirkət belə bir öhdəliyinin yaranacağını əvvəlcədən bilərək yanvar ayında qeyri-rezidentin ƏDV-si üçün, məsələn 80000 min manat avans ödəyərsə və il ərzində aylar üzrə yaranan qeyri-rezidentin Əlavə Dəyər Vergisini həmin avansdan əvəzləşdirə bilərmi?

Cavab: Bildiririk ki, ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti Əlavə Dəyər Vergisinin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün Əlavə Dəyər Vergisinin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

ƏDV-nin əvəzləşdirilməsi qeyri-rezident tərəfindən yerinə yetirilmiş işlərə görə hesablanmış Əlavə Dəyər Vergisinin dövlət büdcəsinə ödənişinin həyata keçirildiyi ayın Əlavə Dəyər Vergisi bəyannaməsində əks etdirilməlidir. Göründüyü kimi, qeyri-rezidentə ödənilən məbləğə görə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi hesab olunur və qabaqcadan ödənilmiş məbləğin əvəzləşdirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun