Dünyanın müxtəlif ölkələrində uşaq müavinətləri (2-ci hissə)

posted in: Xəbər | 0

uşaq müavinətləri müavinətDünyanın müxtəlif ölkələrində uşaq müavinətləri

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz.

Uşaq doğulanda dövlət müavinət ödəməklə ailəni maddi cəhətdən dəstəkləyir. Hər bir ölkədə müavinətlərin miqdarı fərqlidir. Bəzi ölkələrdə, məsələn, BƏƏ və ya Küveytdə, ödəmələrin miqdarı çox yüksək olur. Bu da cütlüklərin çoxuşaqlı ailələrə üstünlük verməsini şərtləndirən əsas amillərdən birinə çevrilir. Lakin MDB ölkələri məkanında bunu söyləmək mümkün deyil. Çünki sözügedən ölkələrdə həmin müavinətlərin məbləği çox azdır və ya ümumiyyətlə yoxdur.

BƏƏ-də uşaqlara görə verilən müavinət

Ərəb əmirliklərində dövlət yerli əhali artımına böyük qayğı göstərir, belə ki, ailədə uşaq doğularkən verilən müavinət 50 000 dollardan 200 000 dollara kimi təşkil edir, əgər ailənin öz evi yoxdursa, onda alınan evin pulunu da dövlət ödəyir.

Norveçdə uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğularkən 5 000 dollar birdəfəlik müavinət verilir, aylıq müavinətin həcmi isə 150 dollar təşkil edir.

Küveytdə uşaqlara görə verilən müavinət

Dövlət körpənin doğulmasına görə özünəməxsus müavinətlər icad edib. Uşağın anadan olmasından sonra valideynləri xüsusi şərtlərlə 240 000 dollar kredit götürə bilirlər. Həmin krediti isə ayda 20 dollar məbləğlə ödəmək mümkündür.

Avstraliyada uşaqlara görə verilən müavinət

Bu ölkədə uşaq doğulduqdan sonra birdəfəlik verilən müavinətin həcmi 3000 dollar, aylıq müavinətin məbləği isə 850 dollar təşkil edir.

Kanadada uşaqlara görə verilən müavinət

Kanadada uşaq altı yaşına çatana kimi verilən aylıq müavinət 388 dollar və 18 yaşına kimi verilən müavinət isə 328 dollar təşkil edir.

Çində uşaq müavinətləri

2016-cı ildən başlayaraq, ailələr 2 uşaq dünyaya gətirə bilərlər. Növbəti uşaq doğumlarına görə isə cərimə nəzərdə tutulub. Cərimənin miqdarı pozucuların valideynlərinin yaşadığı region sakinlərinin 8 orta illik gəlirləri qədərdir.

Hazırda bu ölkədə uşaq müavinətlərinin verilməsi nəzərdə tutulmayıb. Lakin, yaxın vaxtlarda ikinci uşağın doğumuna görə 2000 dollar həcmində müavinət verilməsi planlaşdırılır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb

posted in: Məqalə, Xəbər | 0

işsizlikDünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb.

BMT ekspertləri koronavirus pandemiyası səbəbiylə bütün dünya üzrə iş yerlərinin geniş miqyasda ixtisara düşəcəyini proqnozlaşdırıblar. Bu haqda sözügedən təşkilatın hesabatında məruzə olunub ki, həmin məlumat barədə RİA Novosti agentliyi xəbər verib.

Koronavirus pandemiyasının doğurduğu böhran dünya iqtisadiyyatını tarixi işsizlik səviyyəsi ilə resesiyaya sürükləyir, mütəxəssislər belə bəyan ediblər. Onların proqnozlarına görə, 195 milyondan çox adam (tam iş stavkası hesabında) yalnız cari ilin ikinci rübünə görə öz iş yerlərini itirə bilərlər.

COVİD-19 pandemiyası məşğulluq və həyat səviyyəsi sahəsində böhrana gətirib çıxarıb. Özü də bu zaman pandemiyadan ən çox kiçik və orta müəssisələr, kənd təsərrüfatı işçiləri, özünüməşğulluq sahəsində çalışanlar, muzdlu işçilər, qaçqınlar və mühacir-işçilər zərər görüblər. Eləcə də turizm və mədəniyyət sənayesi, həmçinin xidmət sahələri də çox ciddi zərbə alıblar.

Bundan əvvəl ABŞ prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Kevin Hassett bildirmişdi ki, ölkəsini Böyük depressiya dövrü səviyyəsindəki işsizlik gözləyə bilər. Həmin vaxt işsizlik 25 faiz səviyyəsinə yüksəlmişdi. “Yeni böhranın eyni səviyyəni təkrar etmək şansı çox böyükdür, çünki, hazırda təkcə 10 gün ərzində işsizliklə bağlı müavinət almaq üçün müraciət edənlərin sayı bunu deməyə əsas verir. Belə ki, biz 10 gün ərzində əvvəlki 10 ayda olduğu qədər adam, işsizlik müavinəti almaq üçün qeydiyyatdan keçib”, – o, belə söyləyib.

Con Hopkins Universitetinin məlumatına görə, aprel ayının 27-nə görə dünyada 3 milyon nəfərdən çox koronavirusa yoluxan qeydə alınıb, onlardan 208 min nəfəri ölüb, 873 min nəfəri isə sağalıb. İnfeksiyadan ən çox ziyan çəkən ölkələr – ABŞ, İspaniya, İtaliya, Fransa və Almaniyadır. Rusiyada isə koronavirusa yoluxanların sayı 87 147 nəfəri ötüb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müvəqqəti rejimdə ərzaq məhsulları ƏDV-dən azad ediləcək

posted in: Vergi, Xəbər | 0

Müvəqqəti rejimdə ərzaq məhsulları ƏDV-dən azad ediləcək.

ƏDV EDVAzərbaycanda ərzaq məhsullarının idxalının ƏDV-dən azad olunması təklif olunur.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Təklif olunan dəyişikliklə müvəqqəti vergi rejimi müddətində əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi məqsədilə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məhsul (mal) növlərinin idxalı Əlavə Dəyər Vergisindən azad edilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə koronavirusla bağlı fəsil əlavə edilir.

Vergi MəcəlləsiAzərbaycanın Vergi Məcəlləsinə bağlı yeni fəsilin əlavə edilməsi təklif edilir.

Vergi Məcəlləsi -nə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) əlavə olunur.

Məcəlləyə dəyişiklik Milli Məclisin mayın 1-i keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun