» » » Dünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb

Dünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb

posted in: Məqalə, Xəbər | 0
birbank biznes

işsizlikDünyada işsizliyin tarixi səviyyəsi proqnozlaşdırılıb.

BMT ekspertləri koronavirus pandemiyası səbəbiylə bütün dünya üzrə iş yerlərinin geniş miqyasda ixtisara düşəcəyini proqnozlaşdırıblar. Bu haqda sözügedən təşkilatın hesabatında məruzə olunub ki, həmin məlumat barədə RİA Novosti agentliyi xəbər verib.

Koronavirus pandemiyasının doğurduğu böhran dünya iqtisadiyyatını tarixi işsizlik səviyyəsi ilə resesiyaya sürükləyir, mütəxəssislər belə bəyan ediblər. Onların proqnozlarına görə, 195 milyondan çox adam (tam iş stavkası hesabında) yalnız cari ilin ikinci rübünə görə öz iş yerlərini itirə bilərlər.

COVİD-19 pandemiyası məşğulluq və həyat səviyyəsi sahəsində böhrana gətirib çıxarıb. Özü də bu zaman pandemiyadan ən çox kiçik və orta müəssisələr, kənd təsərrüfatı işçiləri, özünüməşğulluq sahəsində çalışanlar, muzdlu işçilər, qaçqınlar və mühacir-işçilər zərər görüblər. Eləcə də turizm və mədəniyyət sənayesi, həmçinin xidmət sahələri də çox ciddi zərbə alıblar.

Bundan əvvəl ABŞ prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Kevin Hassett bildirmişdi ki, ölkəsini Böyük depressiya dövrü səviyyəsindəki işsizlik gözləyə bilər. Həmin vaxt işsizlik 25 faiz səviyyəsinə yüksəlmişdi. “Yeni böhranın eyni səviyyəni təkrar etmək şansı çox böyükdür, çünki, hazırda təkcə 10 gün ərzində işsizliklə bağlı müavinət almaq üçün müraciət edənlərin sayı bunu deməyə əsas verir. Belə ki, biz 10 gün ərzində əvvəlki 10 ayda olduğu qədər adam, işsizlik müavinəti almaq üçün qeydiyyatdan keçib”, – o, belə söyləyib.

Con Hopkins Universitetinin məlumatına görə, aprel ayının 27-nə görə dünyada 3 milyon nəfərdən çox koronavirusa yoluxan qeydə alınıb, onlardan 208 min nəfəri ölüb, 873 min nəfəri isə sağalıb. İnfeksiyadan ən çox ziyan çəkən ölkələr – ABŞ, İspaniya, İtaliya, Fransa və Almaniyadır. Rusiyada isə koronavirusa yoluxanların sayı 87 147 nəfəri ötüb.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun