Dəyişikliklərlə bağlı vergi ödəyiciləri nələrə diqqət yetirməlidirlər

posted in: Vergi, Xəbər | 0

Dəyişikliklərlə bağlı vergi ödəyiciləri nələrə diqqət yetirməlidirlər.

vergi ödəyiciləriPandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillər üzrə təklif olunan dəyişikliklər layihəsi ilə bağlı sahibkarlar nəyə diqqət yetirməlidir? Mövzunu sərbəst auditor Altay Cəfərov şərh edir.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətlərinin bərpa olunması, işçi qüvvələrinin saxlanması, vergi yükünün azaldılması ilə bağlı dövlət tərəfindən görülən genişmiqyaslı işlər və tədbirlər çox təqdirəlayiqdir. Təklif edilən güzəştlər, azadolmalar layihəsi də təsdiq edildikdən sonra normativ akt kimi qüvvəyə minəcək və sahibkarlar bundan tam yararlanacaqdır.

Layihə çox geniş sayda vergi ödəyicilərini əhatə edəcəkdir. Dəyişikliklərlə bağlı vergi ödəyiciləri özlərində nəyi araşdırmalıdırlar?

İlkin olaraq, vergi ödəyicisi fəaliyyət sahəsini dəqiqləşdirməlidir ki, azadolma və güzəştdən neqativ hallar üçün yararlanmasın. Vergi ödəyicisinin fəaliyyət sahəsinin həqiqətən də pandemiyadan zərər çəkmiş sahələrə aid olub-olmaması dəqiqləşdirilməlidir.

Pandemiyadan zərər çəkmiş sahələr layihədə ümumi şəkildə göstərilmişdir, tam siyahını isə Nazirlər Kabineti müəyyənləşdirəcəkdir.
Bundan əlavə, vergi ödəyicisi özünün statusunu müəyyənləşdirməlidir (yəni mikro, kiçik, orta və iri, sadələşdirmiş, gəlir vergisi, mənfəət vergisi ödəyicisi və s.). İcarəyəverən şəxslər də icarə münasibətlərini dəqiqləşdirilməlidir.

Qeyd olunduğu kimi, layihə bir çox sahələri və geniş dairədə vergi ödəyicilərini əhatə edir. Bəs pandemiyadan bilavasitə zərər çəkmiş mənfəət və gəlir vergisi ödəyicilərinə hansı güzəştlər veriləcək?

Qaydalarda yazılıb:

Təkliflər paketində koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə azadolma təklif edilir.

Koronavirus pandemiyasının təsirinə məruz qalan fəaliyyət sahələrinin əmlak və torpaq vergisindən azad olunması ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, 2020-ci il 1 yanvar tarixindən etibarən bir il müddətinə bir sıra vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərən ödəyicilər üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Azadolmaların tətbiqi sahələrinin dəqiqləşdilməsini bir neçə misal üzərində nəzərdən keçirək:

Misal 1. Tutaq ki, “AA” MMC pandemiyadan zərər çəkmiş fəaliyyətə aiddir. 2020-ci ildə torpaq vergisi 10.000 manat, əmlak vergisi də 50.000 manat olacaqdır. Sual meydana çıxır ki, vergi ödəyicisinə bu azadolma necə tədbiq ediləcək və hesabatlılıq necə olacaqdır? Yəni bir çox vergi ödəyiciləri elə başa düşə bilər ki, güzəşt və ya azadolma verilibsə, əlavə olaraq hesabatlılıq olmayacaq. Amma belə deyil.

Torpaq vergisi ilə bağlı 15 may 2020-ci ilə kimi hesabat verilməlidir. Orada 10.000 manat hesablama yazılacaq, eyni zamanda Vergi Məcəlləsində qəbul ediləcək müvafiq azadolma və ya güzəşt maddəsinə istinad edilməklə azadolma yazılacaq.

“AA” MMC-nin 2019-cu ildə əmlak vergisi ilə bağlı hesabalamaları olubsa, artıq müvafiq vergi orqanları rüblər üzrə cari hesablamaları müəssisənin şəxsi vərəqəsinə qeyd etməyəcəklər, amma MMC ilin sonunda 31 mart 2021-ci il tarixinə kimi 2020-ci ilin əmlak vergisi bəyannaməsini tərtib etməli və orada da müvafiq maddələrə istinad edərək azadolmanı yazmalıdır.

Burada vacib bir məqamı vurğulamaq istərdim ki, təklifdə vergi ödəmələri üzrə ödəmə müddətinin 1 il uzadılması nəzərdə tutulmayıb. Bu təklifdə konkret bir il müddətinə əmlak və torpaq vergisi üzrə tam məbləğdə azadolma göstərilib.

Misal 2. Birinci misalın davamı kimi nəzərə alaq ki, “AA” MMC 2020-ci ildə mənfəətlə işləmişdir və illik mənfəəti 100.000 manat olmuşdur. Bu halda onun mənfəətinə 75 faiz güzəşt verildiyindən yaranmış 75.000 manat mənfəətdən azaldılaraq 25.000* 20% = 5000 manat mənfəət vergisi hesablanacaqdır.

Yuxarıdakı məsələlər təkcə hüquqi şəxslərə yox, gəlir vergisi ödəyicisi olan pandemiyadan bilavasitə zərər çəkmiş fiziki şəxslərə də aiddir. Yəni fiziki şəxslərin də gəlir vergisinə eyni qayda ilə 75 faiz güzəşt veriəcəkdir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əcnəbilər üçün göstərilən xidmətlərə dəyişiklik edilib

posted in: Xəbər | 0

Əcnəbilər üçün göstərilən xidmətlərə dəyişiklik edilib.

ƏcnəbilərDMX əcnəbilərə göstərdiyi xidmətlərə dəyişiklik etdi.

Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə bağlı həyata keçirilmiş məhdudiyyətlərin bir qisminin aprelin 27-dən yumşaldılması ilə əlaqədar Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən vətəndaşlara göstərilən xidmət sahələri üzrə işin təşkilində bəzi dəyişikliklər edilib.

Bu barədə DMX-dən məlumat verilib.

Bildirilib ki, aprelin 27-dən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olduğu yer üzrə qeydiyyatı, müvəqqəti və daimi yaşama, iş icazələrinin alınması, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar müraciətlər “ASAN xidmət” mərkəzlərində qəbul ediləcək. Bu zaman “ASAN xidmət” mərkəzlərində əcnəbilərin qəbulu “ASAN xidmət” mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən növbə tutmaqla həyata keçiriləcək.

Hazır icazə vəsiqələrinin fiziki olaraq götürülməsi zamanı (elektron qaydada göndərilmədikdə) notarial təsdiq olunmalı sənədlərin, müvafiq tibbi arayışların təqdim edilməsi zəruridir. İcazə vəsiqələri Bakı şəhəri üzrə Bakı şəhər regional miqrasiya idarəsindən, digər regionlar üzrə regional miqrasiya idarələrindən əldə edilə bilər. Vəsiqələrin müvafiq “ASAN xidmət” mərkəzlərindən əldə etmək istəyən şəxslər Xidmətin “(012) 919” Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilər.

Karantin rejimi dövründə ölkədə müvəqqəti olma müddəti uzadılmış əcnəbilərin Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşması zəruri deyil. Belə şəxslər bu barədə qərarı Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/applicati… vasitəsilə əldə edə bilərlər. Elektron qaydada Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə dövlət rüsumunu ödəməklə belə şəxslər ölkədə qanuni qala biləcək.

Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, bərpa, xitamla bağlı müraciətlər regional miqrasiya idarələrində qəbul ediləcək.

Bakı şəhər regional miqrasiya idarəsində əcnəbilər -in qəbulu əvvəlcədən onlayn növbə tutmaqla, MigAZ mobil tətbiqi və ya Xidmətin internet səhifəsi (https://onlinequeue.migration.gov.az) vasitəsi ilə, digər regional miqrasiya idarələrində isə fərdi qaydada həyata keçiriləcək.

Miqrasiya qaydalarının pozulması halları ilə bağlı əcnəbilərin Dövlət Miqrasiya Xidmətinə müraciətləri qəbul ediləcək;

Bir daha diqqətə çatdırırıq ki, göstərilən xidmətlərdən yararlanmaq üçün Dövlət Miqrasiya Xidmətinə elektron qaydada müraciət edə bilərsiniz. Xüsusi zərurət yarandıqda şəxsən Qəbul şöbələrinə (bölmələrinə) yaxınlaşmağınız tövsiyə olunur.

Əlavə məlumat üçün Xidmətin www.migration.gov.az internet səhifəsini, “Facebook” və “Twitter” sosial hesablarını izləməyiniz və ya “(012) 919” Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0

Fiziki şəxslərin kreditləri üzrə Əlavə dəstəkləyici tədbirlər nədir? (Tədbirlər Planından irəli gələrək)

Əlavə dəstəkləyici tədbirlərBu yazımızda Azərbaycan Respublikası Prezidentinin 19.03.2020-ci il tarixli koronavirusla mübarizə ilə əlaqədar sərəncamından irəli gələrək 23.04.2020-ci il tarixdə Mərkəzi Bankın qərarı ilə təsdiq edilmiş əlavə dəstəkləyici tədbirlər barədə məlumat verməyə çalışacağıq.

Qeyd edək ki, bu tədbirlər dövlətin ölkə əhalisinə və sahibkarlığa verdiyi dəstəyi əks etdirən mütərəqqi addımlardan daha biridir.

Sahibkar olmayan fiziki şəxslərlə bağlı

1) İpoteka və Kredit Zəmanəti Fondunun vəsaitləri hesabına 01.03.2020-ci il tarixə alınmış kreditlərə münasibətdə

a) keyfiyyəti qənaətbəxş ipoteka krediti olan 23 min şəxsin müraciətinə və Fondun razılığına əsasən kreditlər 30.09.20-ci il tarixinədək restrukturizasiya olunacaq.

b) restrukturizasiya olunmuş belə kreditlərin 30.09.20-ci ilədək keyfiyyəti pisləşdirilməyəcək. Daha dəqiq desək kreditlərin keyfiyyətinin qənaətbəxş sayılması üçün tədbirlər görüləcək.

2) biznes və ya istehlak təyinatlı krediti olanlar əsas və ya faiz borclarını tam yaxud qismən gecikdirərsə, kredit təşkilatları tərəfindən 30.09.20-ci il tarixədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması banklara tövsiyə olunacaq, bu halda kredit tarixçəsi də pisləşdirilməyəcək. Qeyd edilir ki, bu müddət ərzində əsas borc üzrə faizlər kredit təşkilatları tərəfindən hesablanacaq deyə bu məbləğin ödənilməsi məqsədəuyğundur.

3) 01.03.20-ci il tarixinə vəziyyəti qənaətbəxş olsa da, 30.09.20-ci il tarixədək pandemiya ilə əlaqədar kredit borcunu gecikdirənlər barədə Kredit Bürosuna məlumatların kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə göndərilməsi nəzərdə tutulur.

Bu tədbirlərlə əlaqədar Mərkəzi Bank tərəfindən banklar üzrə məcmu kapital tələbinin 2020-ci ilin sonunadək 1%, bankların vəsaitləri hesabına ipoteka kreditləşməsini stimullaşdırmaq məqsədilə bu növ kreditlər üzrə risk dərəcələrinin isə 100%-dən 50%-dək azaldılması barədə qərar qəbul edilmişdir.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Bax:


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisdə müzakirə edilib

posted in: Xəbər | 0

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

vergi MəcəlləsiBu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, komitənin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.

Komitə sədri diqqətə çatdırıb ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir. Azərbaycan regionda ən böyük iqtisadi dəstək paketi elan edən ölkədir. Gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına uyğun olaraq Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı ilə əlaqədar hazırlanıb. Məcəlləyə təklif edilən dəyişikliklər pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) bir sıra  istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutur.

Məsələ barədə məlumat verən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov diqqətə çatdırdıb ki, bu dəyişikliklərdə nəzərdə tutulmuş vergi güzəştləri paketinin ümumi dəyəri 114 milyon manata yaxındır.   Bununla bağlı məcəlləyə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni on səkkizinci fəsil əlavə edilir.

Dəyişiklikdə pandemiyanın bilavasitə təsir etdiyi, sənəddə nəzərdə tutulan fəaliyyət sahələri  üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsi təklif olunur.

Bundan başqa,  sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı, pandemiyanın mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlərin də verilməsi planlaşdırılır. Belə ki, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi, 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son verginin ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması, mikro sahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması, ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması da bu güzəştlərə daxildir.

Mikro sahibkarlıq subyektlərinə sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi, 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların verilməsi və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Qeyd edilib ki, bütün sahibkarlıq subyektlərini əhatə edən vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması, əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi kimi vergi güzəştlərinin verilməsi də bu güzəştlər sırasındadır.

Müzakirələr zamanı çıxış edən komitə üzvləri Əli Məsimli, Vahid Əhmədov, Aydın Hüseynov, Vüqar Bayramov, Ağalar Vəliyev, Məşhur Məmmədov, İqbal Məmmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Məzahir Əfəndiyev, Elnur Allahverdiyev məcəlləyə təklif olunan vergi güzəştlərini yüksək qiymətləndirdilər, layihə barədə qeyd və təkliflərini veriblər.

Vergilər nazirinin birinci müavini Sahir Məmmədxanovun səsləndirilən fikirlərə münasibəti dinlənildikdən sonra Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

İclasda həmçinin “Dövlət rüsumu haqqında” qanuna biri ikinci oxunuşda, digəri isə üçüncü oxunuşda olmaqla iki dəyişiklik layihəsi,  “Dövlət satınalmaları haqqında” Qanuna, Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, həmçinin “Nağdsız hesablaşmalar haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun