Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0

Sığorta sektoru üzrə Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

Sığorta sektoru, sığorta, əmlak, Əlavə dəstəkləyici tədbirlərDəyərli izləyicilər, bu yazımızda 19.03.2020-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Prezidentinin pandemiya ilə bağlı sərəncamından irəli gələrək Azərbaycan Respublikası Mərkəzi Bankının 23.04.20-ci il tarixli qərarı ilə təsdiq edilmiş Əlavə dəstəkləyici tədbirlər-dən sığorta sektoru üzrə nəzərdə tutulanlar barədə məlumat verməyə çalışacağıq.

Xüsusilə qeyd etmək zəruridir ki, bu tədbirlər dövlətin hər bir sektoru diqqətdə saxlamağını bir daha sübut edir.

1) Sığorta hadisələri barədə video və foto görüntülər daxil olmaqla, zərərlə bağlı müraciətlərin elektron poçt və elektron qaydada qəbul edilməsi sığorta şirkətlərinə tövsiyə edildi.

2) Könüllü sığorta müqavilələri üzrə sığorta haqlarının ödənilməsi barədə xüsusi karantin rejimindən təsirlənən şəxslərə (sığortalı) 30.09.20-ci il tarixə kimi möhlət verilməsi tövsiyə edildi.

3) Biznes proseslərin yeni şəraitə uyğunlaşdırılması üçün texnoloji tədbirlərin görülməsi ilə yanaşı, könüllü müqavilələrin elektron formada tərtibi də tövsiyyə olundu.

4) Sığorta şirkətlərinə (sığortaçı) internet səhifələrində iş rejimləri və zərər tənzimlənməsi prosedurları barədə məlumatları yerləşdirməsi, həmçinin sığortalıların hüquqlarının qorunması məqsədilə qaynar xəttin fasiləsiz işləkliyi və video zənglər vasitəsilə sığortalıların qəbulu da tövsiyə edildi.

Sığorta şirkətləri (sığortaçı) barədə tədbirlər isə aşağıdakılardır:

a) xüsusi karantin rejimindən təsirlənmiş sığortalılar üzrə 01.03.20-ci il tarixdən yaranan və 90 gün gecikmiş borcların şirkətlərin sığorta ehtiyatı və öz vəsaitləri hesablanarkən nəzərə alınması qeyd edildi.

b) Səyyar yoxlamaların (növbəti yoxlamalar) təxirəsalınmaz reaksiya halı istisna olmaqla, 30.09.20-ci ilədək təxirə salınması nəzərdə tutuldu.

c) İcbari Sığorta Bürosuna (İSB) ödənilməli təqvim haqlarının ödənişinə 30.09.20-ci ilədək möhlət verilməsi İSB-yə tövsiyə edildi

d) 2019-cu ilin nəticələri üzrə dividend ödənilməsinin 30.09.20-ci ilədək təxirə salınması, 2020-ci ildə aralıq dividend ödənilməməsi tövsiyə edildi.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Bax: İqtisadiyyata dəstəklə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyata dəstəklə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

posted in: Xəbər | 0

İqtisadiyyata dəstəklə bağlı Əlavə dəstəkləyici tədbirlər (Tədbirlər Planından irəli gələrək)

Qeyd edək ki, bu tədbirlər mütərəqqi xarakter daşıyır və dövlətin sahibkarlığa dəstəyini bir daha təsdiq edir.

Pandemiyadan təsirlənmiş sahibkarlarla bağlı tədbirlərə aid edilir:

01.03.20-ci il tarixə vəziyyəti qənaətbəxş olan

1) Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı üzrə kredit faizləri subsidiyalaşdırılmış sahibkarların kreditləri restrukturizasiya olunduqda 30.09.20-ci ilədək onların maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi barədə qərar qəbul olundu.

2) Sahibkarlığın İnkişafı Fondu və Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitləri hesabına verilmiş kreditlərin bu qurumların razılığı əsasında 30.09.20-ci ilədək restrukturizasiya olunması və borcalanın maliyyə vəziyyətindən asılı olmayaraq kreditin keyfiyyətinin pisləşdirilməməsi qərara alındı.

3) 30.09.20-ci il tarixədək əsas borc və ya fauz üzrə kredit öhdəlikləri gecikdirilərsə, əlavə cərimə faizi, dəbbə puıu və digər ödənişlərin tutulmaması və hesablanmaması banklara tövsiyə olundu.

4) Borcunu gecikdirən borcalanlar üzrə neqativ məlumatların Kredit Bürosuna kredit tarixçəsinin pisləşdirilməməsi barədə xüsusi qeydlə təqdim olunması qeyd edildi.

5) Banklararası ödəniş sistemləri üzrə banklar tərəfindən tutulan xidmət haqlarının 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi qərara alındı. Bu tədbir nağdsızlaşdırmanın stimullaşdırılması ilə əlaqədar həyata keçiriləcək.

6) Bankların müştərilərinə ödəniş xidmətləri üzrə göstərəcəyi xidmətlərdə də tariflərin 50%-ə qədər azaldılması tövsiyə edildi.

7) Sahibkarlıq subyektlərinin kartla ödənişlərinin qəbulunda xərclərin azaldılması üçün ekvayer tariflərinin də 30.09.20-ci ilədək 50%-ə qədər endirilməsi tövsiyə edildi.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyalılar rublun ucuzlaşmasından bəhrələnməyə başlayıblar

posted in: Xəbər | 0

Rusiyalılar rublun ucuzlaşmasından bəhrələnməyə başlayıblar.

RusiyalılarRusiyalılar rublun kursunun çöküşündən yararlanaraq, valyuta bazarında əməliyyat sayını xeyli artırıblar. Bu haqda forex-dilerlər Assosiasiyasının xəbərlərində məlumat verilir ki, həmin məlumatı RBK saytı yayıb.

Təşkilatdan verilən məlumata görə, 2020-ci ilin ilk üç ayı ərzində Rusiya valyuta dilerləri, 2019-cu ilin dördüncü rübündəki 1,3 trilyon rubl dövriyyə ilə 430 min əməliyyata qarşı, ümumi dövriyyəsi 1,6 trilyon rubl təşkil edən 724 min əməliyyat həyata keçiriblər. Bu isə sözügedən dövrlə müqayisədə əməliyyatların sayında 294 min artım olduğunu göstərir.

2020-ci ilin əvvəlində bazarda aktiv iştirakçıların sayı 3222 nəfərə çatıb. 2019-cu ilin son rübündə isə həmin bazarda aktivlik göstərənlərin sayı 2398 nəfər olub. Assosiasiyasının rəhbəri Yevgeniy Maşarovub sözlərinə görə, OPEK+sövdələşməsinin iflasa uğraması fonunda neftin qiymətinin kəskin ucuzlaşmasından sonra başlayan valyuta bazarında dəyişkənlik müştərilərin fəallaşmasına başlıca səbəb olub.

Birjada müştəriləri üçün vasitəçi rolunu oynayan brokerlərdən fərqli olaraq, forex dilerləri öz adlarından və öz hesablarına əməliyyatlar bağlayırlar və komissiya ödəmirlər. Müştərinin qazancı və ya itkisi uğurlu və ya uğursuz əməliyyatlar hesabına formalaşır. Eyni zamanda, Forex bazarındakı əməliyyatlar valyutanın tədarükünü təmin etmir – əsas aktivlərin valyuta məzənnələrinin hamısı fyuçers və opsionlarla aparılır.

Yanvar ayında Rusiyanın iki böyük birjasında – Moskva və Sankt-Peterburqda müştərilərin rekord axını qeydə alınmışdı.  O vaxt bu, bir çox hesabın avtomatik açılması və gələcəkdə istifadə edilməməsi ilə izah edilmişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Avropa iqtisadi böhrandan qurtulmaq üçün 2 trilyon avroluq plan hazırlayacaq

posted in: Xəbər | 0

iqtisadi böhranAvropa komissiyası Avropa birliyini koronavirus pandemiyasının doğurduğu iqtisadi böhrandan çıxarmaq üçün iki trilyon avroluq plan üzərində düşünür. Bu təşəbbüs Avropa ittifaqının aprelin 23-də İttifaq liderlərinin video-görüşü ərəfəsində müzakirə olunub. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Hazırda formalaşmaqda olan 2021-2027-ci illər üçün Aİ-nin yeddi illik büdcəsi çərçivəsində təxminən 300 milyard avro ayrılması nəzərdə tutulur ki, həmin vəsaitlərin büdcənin digər proqramlarından kəsilərək bu məqsədlərə yönəldilməsi gözlənilir. Avropa ittafqı hakimiyyəti eləcə də müxtəlif bazarlardan daha 320 milyard avro toplamağı planlaşdırır. Yerdə qalan vəsaitlərin isə haradan əldə olunacağı barədə agentlik heç bir məlumat verməyib.

Yeni plan aprel ayının əvvəlində razılaşdırılmış 540 milyard avroluq təcili tədbirlər proqramına əlavə edilməlidir. Həmin planın aprel ayının sonlarındək işə salınması planlaşdırılırdı.

Qlobal pandemiya Avropa birliyinin iqtisadiyyatına çox ciddi zərbə vurub. Brüsseldə 2020-ci ilin yekunları üzrə işgüzar fəallığın aşağı düşməsi ucbatından Avropa istehsal həcmlərinin 10 faiz azalacağını gözləyirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun