Ödəniş sistemlərində banklardan tutulan xidmət haqqı endirilir

posted in: Xəbər | 0

Banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqqı 50%-ə qədər endirilir.

banklardan tutulan xidmət haqqıNağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması üçün bir sıra xidmət haqqı -nın aşağı salınması nəzərdə tutulur.

Bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verilir.

“İqtisadi aktivliyin azalması, biznes və ev təsərrüfatlarının gəlirlərinin aşağı düşməsinin ödəniş xidmətlərindən istifadə göstəricilərinə mənfi təsir etməsini nəzərə alaraq nağdsız ödəniş xidmətlərinin stimullaşdırılması və xərclərin azaldılması məqsədilə 30 sentyabr 2020-ci il tarixinədək banklararası ödəniş sistemlərində banklardan tutulan xidmət haqlarının 50%-ə qədər endirilməsi və bank müştərilərinə göstərilən ödəniş xidmətləri üzrə tariflərin analoji qaydada azaldılması, eləcə də sahibkarların ödəniş kartlarının qəbulu üzrə tariflərinin 50%-ə qədər endirilməsi tədbirləri nəzərdə tutulur.”

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Xarici dövlətdə ödənilmiş verginin nəzərə alınmasına dair” Ərizə (DTA-02 forması)

posted in: Vergi, Xidmət, Xəbər | 0
vergi DTA-02 forması verginin nəzərə alınmasıXidmətin adı: “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza;

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 127-ci maddəsi;

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları;

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az);

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri;

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş;

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Aprelin 27-dən Bu iş və xidmət sahələrində fəaliyyət bərpa olunur

posted in: Xəbər | 0

Azərbaycanda aprelin 27-dən məhdudiyyətlərin bir qismi yumşaldılacaq.

gömrük rüsumlarının dərəcələri gömrük rüsumları2019-cu ilin dekabr ayından yayılan yeni növ koronavirus (COVID-19) xəstəliyi 2020-ci ilin mart ayından Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada pandemiya elan olunub. COVID-19 ilə mübarizə sahəsində hazırda əksər dövlətlərdə karantin rejimi tətbiq olunsa da, mövcud məhdudiyyətlər sanitar-epidemioloji vəziyyətə uyğun olaraq yumşaldılır, karantin rejimindən mərhələli çıxış mexanizmləri tətbiq edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli, 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti uzadılıb. COVID-19 virusu ilə bağlı hazırkı sanitar-epidemioloji vəziyyət, xüsusilə də xəstəliyin yayılma dinamikası və coğrafiyası, karantin zonalarındakı şəxslərin sıxlığı, onlar arasında virusa yoluxma halları təhlil edilib və 2020-ci il 27 aprel tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan daxil olan məlumatda bildirilib.

Beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:

1) “ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:

● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)

● kitab satışı

● qəzet satışı

● dəftərxana mallarının satışı

● çap və surətçıxarma fəaliyyəti

● fotoatelye/fotostudiyalar

● fərdi mənzillərdə təmizlik xidmətləri

● dərzi xidmətləri

● kosmetika və ətriyyat satışı

● geyim satışı

● ayaqqabı və dəri məmulatlarının satışı

● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti

● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri

● kompüter avadanlıqlarının satışı və təmiri

● elektronika və məişət texnikasının satışı

● mebel satışı

● avtomobil satışı

● kimyəvi məhsulların satışı

● gül və bitki məhsullarının satışı

● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı

● gübrə və aqrokimyəvi məhsulların satışı

Ticarət Mərkəzləri və “Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.

Məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.

Pandemiya dövründə ölkə ərazisində müvafiq strukturların və xidmət sahələrinin fəaliyyəti zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilməlidir. Qeyd olunan qaydalar Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hazırlanaraq ictimaiyyətə təqdim ediləcək.

Bununla yanaşı, 27 aprel 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılır. Qeyd edilən tarixdən etibarən bəzi fəaliyyət sahələrinə dair məhdudiyyətlər aradan qaldırıldığından 8103 nömrəsinə icazə almaq üçün aşağıdakı hallarda müraciət olunacaqdır:

● 1 rəqəmi – təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);

● 2 rəqəmi – hazırda fəaliyyətinə icazə verilən sahələr üzrə xidmətlərdən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir);

● 3 rəqəmi – yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün

Elan olunduğu kimi, COVID-19 virusu zəminində ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək mövcud vəziyyətə uyğun qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə əlaqədar ölkədəki ümumi vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

COVID-19 virusuna qarşı bütün tədbirlər əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi naminə həyata keçirilir. Ötən müddət ərzində ölkə ərazisində virusun geniş yayılmasının qarşısını məhz dövlət-vətəndaş həmrəyliyinin nəticəsində almaq mümkün olmuşdur. Bu baxımdan, hər bir şəxsi sosial məsuliyyətdən irəli gələrək dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək olmağa, Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməyə çağırırıq.

COVID-19 ilə bağlı hazırkı vəziyyətdə hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. COVID-19 virusu ilə mübarizə uzunmüddətli proses olduğundan xəstəliyə qarşı qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzi kimi tövsiyə edilir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi güzəştləri ilə bağlı təkliflər müzakirə edilib

posted in: Vergi, Xəbər | 0

Sahibkarlar Konfederasiyasında vergi güzəştləri ilə bağlı təkliflər müzakirə edilib.

vergi güzəştləriAzərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən, kiçik və orta sahibkarlığa) vergi güzəştləri -nin və tətillərinin verilməsi ilə bağlı vergi və sosial qanunvericiliyə ediləcək əsas dəyişikliklər layihəsi müzakirə olunub.

ASK-dan bildirilib ki, konfederasiyanın vitse-prezidenti Zakir Nuriyevin sədrliyi ilə aparılan müzakirələrdə əsas təkliflərlə bağlı vergi üzrə mütəxəssis Zakir Kazımov çıxış edərək sahibkarlara məlumat verib. “Vergi Məcəlləsi”ndəki bəzi anlayışların dəqiq verilməsi, ƏDV, mənfəət vergisi ilə bağlı təklif edilən dəyişikliklərin izahı verilib.

Müzakirələr zamanı ianələrin vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı ilə bağlı vergitutma mexanizmi, riskli vergiödəyicisi kateqoriyası ilə bağlı qarşıya çıxan problemlər üzrə konkret təkliflər dinlənilib. Müzakirələrin sonunda həmin təkliflərin vahid sənəd formasına salınaraq İqtisadiyyat Nazirliyinə və Milli Məclisə göndırilməsi qərara alınıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun