Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək

posted in: Vergi, Xəbər | 0

müvəqqəti vergi rejimiAzərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək.


Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar müvəqqəti vergi rejimi tətbiq ediləcək.

Bununla əlaqədar Vergi Məcəlləsinə yeni – XVIII fəsil (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) təklif edilir.

Layihə  Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 5.1-5.11-ci bəndlərinin icrasının təmin edilməsi məqsədilə hazırlanıb və pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı istiqamətləri əhatə edən vergi güzəştlərinin və tətillərinin verilməsini nəzərdə tutulur:

Pandemiyanın bilavasitə təsir etdiyi aşağıdakı fəaliyyət istiqamətləri üzrə vergi ödəyicilərinə əmlak və torpaq vergiləri üzrə tam məbləğdə, əldə edilən mənfəətin (gəlirin) 75 faizi miqdarında vergi güzəştlərinin verilməsini nəzərdə tutulur:

 avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;

– yerləşmə vasitələri hesab edilən mehmanxana, motel, hostel və oxşar obyektlərin fəaliyyəti;

– turoperator və turagent fəaliyyəti;

– sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının daşınması və (və ya) çatdırılması fəaliyyəti;

– ictimai iaşə fəaliyyəti;

– sərgilərin təşkili, səhnə, istirahət  və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;

– idman-sağlamlıq obyektlərinin fəaliyyəti;

– hazırlıq (tədris) və ixtisasartıma  kurslarının, uşaq tədris və inkişaf mərkəzləri, uşaq klubları, psixoloji mərkəzlərinin fəaliyyəti;

– əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi ilə məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri.

Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə fəaliyyəti və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin yuxarıda qeyd edilən əmlak və torpaq vergiləri üzrə güzəştlərlə yanaşı, sadələşdirilmiş vergi məbləği üzrə 50 faiz güzəştin verilməsi nəzərdə tutulur.

Göstərilənlərlə yanaşı pandemiyasının mənfi təsir etdiyi yuxarıda göstərilən iqtisadi fəaliyyət sahələri üzrə aşağıdakı güzəştlərin verilməsi nəzərdə tutulur:

– fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi.

– 1 il müddətinə cari vergi ödəmələrindən və cari vergi ödəmələri ilə bağlı arayışların verilməsindən azad edilməsi, 2019-cu il üçün son vergini ödənilməsi müddətinin 1 sentyabr  2020-ci il tarixinədək uzadılması.

– mikro sahibkarlıq subyekti olmayan vergi ödəyiciləri əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin cari ilin 1 sentyabr tarixinədək uzadılması;

– ödənilməmiş vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanmasının 2020-ci ilin 1 aprel tarixdən 2021-ci ilin 1 yanvar tarixinədək təxirə salınması.

Mikro sahibkarlıq subyektlərinə:

– sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi;

– 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatlarının verilməsi və hesablanmış verginin büdəcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi nəzərdə tutulur.

Bütün sahibkarlıq subyektlərini əhatə edən aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur:

– epidemiyanın qarışının alınması və əhalinin həyat və sağlamlığının qorunması məqsədilə vergi ödəyicisi tərəfindən həyata keçirilən zəruri profilaktik, o cümlədən dezinfeksiya tədbirlərinə görə çəkilmiş xərclərin məhdudiyyət nəzərə alınmadan gəlirdən çıxılması;

– əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növlərinin ƏDV-dən müddətli azad edilməsi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunur

posted in: Xəbər | 0

Sahibkarlıq subyektləri üçün yeni sosial sığorta haqları müəyyən olunur.

Vergi orqanlarının vəzifəli şəxsləri müavinətMuzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqının dərəcələri azaldılır.

Bu, Milli Məclisin Əmək və Sosial siyasət komitəsində müzakirə olunan və Milli Məclisin plenar iclasına tövsiyə edilən “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir. Təklifə əsasən, 2021-ci il yanvarın 1-dən 2026-cı ilə yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək.

Bu il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqının tikinti və ticarət sahəsində 25 faizi, digər sahələrdə 15 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əmək haqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində  50 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödəniləcək. Beləliklə, ərazidən asılı olaraq diferensial dərəcə tətbiq olunmaqla bərabər ticarət sahəsinə tikinti sahəsindən fərqli yanaşma tətbiq olunacaq.

1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunur:

– toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – minimum aylıq əmək haqqının 5 faizi miqdarında;

– fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində – minimum aylıq əmək haqqının 5 faizi miqdarında;

– çəkməçi, pinəçi – minimum aylıq əmək haqqının 3 faizi miqdarında;

– saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri – minimum aylıq əmək haqqının 3 faizi miqdarında;

– fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) – minimum aylıq əmək haqqının 3 faizi miqdarında;

– naqqaşlıq emalatxanalarının fəaliyyəti – minimum aylıq əmək haqqının 3 faizi miqdarında;

– fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər – minimum aylıq əmək haqqının 3 faizi miqdarında;

– Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri – minimum aylıq əmək haqqının 6 faizi miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvləri istisna ilə, qeyd olunan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləği aşağıdakı əmsallar tətbiq edilməklə müəyyən olunacaq:

– Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) – 2;

– Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində – 1,5;

– Digər şəhər və rayonlarda -1.

Eyni zamanda sadalanan fiziki şəxslər (Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri istisna ilə) tərəfindən məcburi dövlət sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödəniləcək. Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada  “Fərqlənmə nişanı” alan avtomobil nəqliyyat vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən  vergi ödəyiciləri isə “Fərqlənmə nişanı” alarkən məcburi dövlət sığorta haqqını ödəməli olacaqlar.

Qüvvədə olan qanuna görə, hazırda mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əmək haqqının 6 faizi miqdarında məcburi dövlət sığorta haqqı ödənilirsə, layihəyə əsasən, 1 yanvar 2021-ci ildən 2026-cı il yanvarın 1-dək mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndi təsərrüfatlarında əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” qanunla müəyyən edilmiş yaş həddinədək olan şəxslər ) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əmək haqqının aşağıdakı dərəcələri üzrə hesablanacaq: 

– 5 hektaradək olduqda – 2 faizi miqdarında;

– 5 hektardan 10 hektaradək olduqda – 6 faizi miqdarında;

– 10 hektardan yuxarı olduqda – 10 faizi miqdarında.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolmanın tətbiq edilməsi (DTA-03 Forması)

posted in: Vergi, Xidmət, Xəbər | 0

DTA-03 Forması azadolmaXidmətin adı: Beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı vergi dərəcəsinin qeyri-rezidentə münasibətdə tətbiq edilməsi (DTA-03 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” Ərizə (DTA-03 Forması)

– Qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı

– gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) müvafiq qaydada təsdiq edilmiş (leqallaşdırılmış) surətləri Gəlirin növündən asılı olaraq, əlavə edilməli olan təsdiqedici sənədlər əsasən aşağıdakılardır:

– Göstərilmiş xidmətlərdən gəlir: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, müqavilə və ona əlavə sənədlər, işlərin görülməsi, xidmətlərin göstərilməsinin müddətini təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Dividend: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, iştirak payını təsdiq edən sənəd, dividendlərin bölüşdürülməsi barədə qərar, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Faiz: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, borc müqaviləsi, güzəştli vergitutmanın tətbiq edilməsi üçün hər hansı dövlət zəmanəti və ya resipientin dövlət və ya hökumət institutu olması tələb edilirsə, bu halları təsdiq edən sənədlər, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Royalti: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, royalti obyekti olan hüquq və ya əmlakdan istifadə hüququnun verilməsi haqqında müqavilə, müqavilənin obyekti olan hüquq və ya əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Beynəlxalq daşımalardan gəlir: daşıyıcının beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyini təsdiq edən sənəd, nəqliyyat vasitəsi özünün olmadığı halda, onun icarəyə götürülməsini, marşrutu, mövcud olduğu halda yüklərin daşınmasını təsdiq edən yol sənədləri (CMR, uçuş icazəsi, liman sənədləri və s.), habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər;

– Digər gəlirlər: beynəlxalq müqavilə bağlanmış xarici dövlətdə rezidentliyi təsdiq edən sənəd, gəlirin əldə edilməsi hüququnu təsdiq edən sənəd, habelə məsələyə aidiyyəti olan bütün digər sənədlər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 24-cü maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin rəyi əsasında

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırılmasına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: Razılıq məktubu.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Vəkalətnamə”ni necə yazmalı?

posted in: Xəbər | 0

VəkalətnaməVəkalətnamə qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq üçün lazımi şəxsə verilən xüsusi formada tərtib edilmiş sənəddir. İdarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin möhürü ilə təsdiq edir.

Vəkalətnaməni təkcə təşkilatlar arasında əməliyyata deyil, müəyyən şəxsə də aid etmək olar. Fərq bundadır ki, təşkilatların bir-birinə verdiyi vəkalətnamə xüsusi formada mətbəədə hazırlanır. Həmin sənəd aşağıdakı kimi tərtib edilir:

  1. Vəkalətnamə verilən şəxsin adı, atasının adı, vəzifəsi.
  2. Vəkalətnaməni verən şəxs və ya təşkilat (onun adı, atasının adı, soyadı, vəzifəsi, yaxud müəssisənin adı, yeri tam şəkildə göstərilməlidir).
  3. Alınan əşyanın miqdarı, yaxud etibar ediləcək materialın məzmunu.
  1. Vəkalətnamənin müddəti (həm rəqəm, həm də hərflə).
  2. Vəkalətnaməyə məsul olan şəxsin imzası.
  3. Vəkalətnamənin verildiyi tarix.
  4. Vəkalətnaməyə məsuliyyət daşıyan şəxsin vəsiqəsinin seriya və nömrəsi, hansı daxili işlər şöbəsindən verildiyi və şəxsiyyət vəsiqəsinin verilmə tarixi.

Nümunə üçün faylı yükləyin:  Vəkalətnamə-Nümunə (1418 downloads )


Bax: 

“Etibarnamə”ni necə yazmalı?

“Nizamnamə”ni necə yazmalı?

 


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun