Adına VÖEN olan şəxslərə müavinətdən imtina edilməsinə aydınlıq gətirilib

posted in: Xəbər | 0

müavin VÖENİşsiz kimi qeydiyyata alınmış və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsinə aydınlıq gətirilib.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan və adına VÖEN olan şəxslərə birdəfəlik müavinətlərin verilməsindən imtina edilməsi bəzi anlaşılmazlıqlar yaradıb. Məsələyə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov aydınlıq gətirib.

Onun sözlərinə görə, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.

Nazirlər Kabinetinin 127№-li 7 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, birdəfəlik sosial yardımdan imtina olunmasının bəzi şərtləri mövcuddur ki, bunlardan biri şəxsin, yaxud onun əri və ya arvadının sahibkar kimi aktiv VÖEN-ə sahib olmasıdır. Başqa sözlə, fəaliyyəti dayandırılmış (VÖEN-i passiv olan) şəxslər üçün birdəfəlik ödəmənin alınmasında heç bir məhdudiyyət yoxdur. Fəaliyyətini dayandırmış, yəni VÖEN-i passiv olan fiziki şəxslər birdəfəlik ödəmənin alınması üçün müvafiq qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.

Birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir.

N.Dərgahov dövlət dəstəyi çərçivəsində fərdi sahibkarların muzdlu işçilərinə ödədikləri əməkhaqqının bir hissəsinin dövlətin ayırdığı vəsait hesabına ödənilməsi, fərdi (mikro) sahibkarlara isə birbaşa maliyyə dəstəyi göstərilməsi barədə də məlumat verib. Qeyd edib ki, bugünə qədər 200 mindən çox fərdi sahibkar və muzdlu işçi bu proqramdan yararlanıblar. Onu da əlavə edib ki, bir sıra sahibkarlar maliyyə dəstəyi proqramına qoşulmaq üçün İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərində yaradılmış müvafiq ərizə formasını doldurub göndərmək əvəzinə, maliyyə dəstəyi almaq üçün İqtisadiyyat Nazirliyinə və Dövlət Vergi Xidmətinə məktubla müraciət edirlər. Bir daha sahibkarların nəzərinə çatdırılır ki, onlar İnternet Vergi İdarəsində olan şəxsi kabinetlərinə daxil olmaqla müvafiq ərizə formasını dolduraraq təqdim etməlidirlər. Həmin müraciətlər araşdırıldıqdan sonra göstəriciləri Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə uyğun gələn vergi ödəyicilərinə ödənişlərin həyata keçirilməsi təmin olunacaqdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Xarici dövlətdə ödənilmiş verginin nəzərə alınmasına dair” Ərizə (DTA-02 forması)

posted in: Vergi, Xidmət, Xəbər | 0

“Xarici dövlətdə ödənilmiş verginin nəzərə alınmasına dair” Ərizə (DTA-02 forması)

verginin nəzərə alınması DTA-02 formasıXidmətin adı: “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 forması).

Tələb olunanlar: – VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza;

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 127-ci maddəsi;

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları;

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az);

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri;

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü;

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş;

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

Qeyri-rezident öz təsis payını digər qeyri-rezidentə satdıqda vergi öhdəlikləri necə hesablanır?

vergi öhdəlikləri Qeyri-rezidentSual: Açıq səhmdar cəmiyyətin qeyri-rezident səhmdarı (fiziki və hüquqi şəxs) öz səhmini digər qeyri-rezidentə (fiziki və hüquqi şəxs) satır. Əvvəlki qeyri-rezidentin adı və səhm payı Nizamnamədə əks olunub. Bu məsələlərlə bağlı aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunur. Səhmdar qeyri-rezident öz səhmini digər qeyri-rezidentə satdıqda hansı vergilər yaranır və onların ödənişi necə həyata keçirilməlidir?

Cavab: Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsin təsisçisi olan qeyri-rezident şəxs tərəfindən payının digər qeyri-rezident şəxsə təqdim edilməsi zamanı qeyri-rezident şəxsin Azərbaycan mənbəyindən əldə olunan gəlirləri üzrə vergi öhdəlikləri həmin qeyri-rezidentin özü tərəfindən vergi orqanında uçota alınaraq mənfəət və ya gəlir vergisinə cəlb edilməklə və ya onun təyin etdiyi vergi agenti tərəfindən yerinə yetirilir.

Belə ki, Vergi Məcəlləsinin 13.2.16.6-cı maddəsinin müddəalarına əsasən rezident hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir Azərbaycan mənbəyindən gəlirə aid edilmişdir.

Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alğı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 104.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasındakı daimi nümayəndəliklə bağlı olmayan əmlak təqdim edilməsindən gəlir əldə edən qeyri-rezident müəssisəsinin təqvim ili ərzində Azərbaycan mənbəyindən əldə etdiyi bu növ ümumi gəlirindən həmin Məcəllədə göstərilən və həmin dövrdə bu cür gəlirə aid olan xərclər çıxıldıqdan sonra vergi tutulur.

Vergi Məcəlləsinin 149.1.3-cü və 149.1.3-1-ci maddələrinin müddəalarına görə vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezident şəxs və ya onun təyin etdiyi vergi agenti tərəfindən Məcəllənin 149.2-ci maddəsində müəyyən edilmiş müddətdə müvafiq vergi bəyannamələri vergi orqanlarına təqdim olunur.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Nizamnamə”ni necə yazmalı?

posted in: Xəbər | 0

Nizamnamə“Nizamnamə”ni necə yazmalı?


«Nizamnamə» sözü “nizam” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda, qanun, hökm kimi mənaları ifadə edir.

Məsələn: Nizamnamə üzrə hərəkət etmək – hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusuna riayər etmək deməkdir. Hər bir qurumun, təşkilatın özünəməxsus nizamnaməsi olur. Məsələn: Partiya nizamnaməsi, Gənc Müəllimlər Birliyinin nizamnaməsi, Səhmdar cəmiyyətin nizamnaməsi və s.

 

Nümunə

Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin

 NİZAMNAMƏSİ

  1. Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi müstəqil fəaliyyət göstərən könüllü, kütləvi, ictimai-siyasi təşkilatdır.
  2. Birlik Gürcüstan vətəndaşlarını mənşəyindən, yaşayış yerindən, siyasi mənsubiyyət və baxışlarından, sosial və əmlak vəziyyətindən asılı olmayaraq könüllülük əsasında birləşdirir.
  3. Birliyin təsisçiləri qismində onun vəzifələrini həyata keçirmək istəyən və bacaran ayrı-ayrı şəxslər müxtəlif ictimai qurumlarda çıxış edə bilərlər.
  4. Təsisçi cəmiyyətlərin nümayəndələri Birliyin rəhbər orqanlarına seçilə bilərlər.
  5. Birliyin üzvü olmayan Gürcüstan vətəndaşları, əmək kollektivləri, tədris müəssisələri, səhmdar cəmiyyətləri, ruhani idarələri, ictimai təşkilatlar və həmçinin xarici ölkə vətəndaşları və təşkilatları könüllülük əsasında birliyin işində iştirak edə bilərlər.

Bax: “Etibarnamə”ni necə yazmalı?


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun