21 aprel Rusiyada Baş mühasib günüdür

posted in: muhasibat, Məqalə, Xəbər | 0

21 aprel Rusiyada Baş mühasib günüdür


Aprelin 21-də Rusiyada baş mühasiblər öz peşə bayramını qeyd edirlər. Təsadüfi deyil ki, sözügedən bayramın tarixi 1994-cü ildə “Главбух” jurnalının ilk nüsxəsi köşklərdə satışa çıxarılan günə təsadüf edir. Məlumdur ki, bu bayramın təsisçisi çox dar dairələrdə populyar olan mətbu nəşrin redaksiyası olub.

Bu gün baş mühasib olmadan uğurlu bir şirkət və ya müəssisə təsəvvür etmək çox çətindir. Çünki məhz, onun səyləri və peşəkarlığı sayəsində yüksək nəticələr əldə edilir, istehsal mənfəəti artır və şirkətin uğuru təmin edilir. Bu gün əvəzolunmaz baş mühasib nə işlə məşğul olur? Obyektiv danışsaq, onun çoxlu vəzifələri var, məsələn, maaşların hesablanmasına nəzarət edir, auditor vəzifələrini yerinə yetirir, kommersiya direktorunun işinin öhdəsindən asanlıqla gələ bilir və s. Əslində, uğur qazanmış baş mühasibi tam məsuliyyətlə maliyyə dahisi adlandırmaq olar Çünki bu şəxs şirkətdə demək olar ki, bütün pul axınlarına və maddi dəyərlərə görə məsuliyyət daşıyır.


Teleqram qrupumuza üzv olun


Bu bayram günündə məsuliyyətli baş mühasiblər həm bilavasitə rəhbərlikdən, həm də tabeliyindəki işçilərdən məmnuniyyətlə təbrikləri qəbul edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, bayramın “Главбух” jurnalı tərəfindən təsis olunduğunu çox az adam bilir. Amma, buna baxmayaraq, sözügedən bayram öz yerini ala bilib və aprelin 21-də mühasibatlıq işçilərini öz həmkarları ilə bayram stolu arxasına keçib bayram tortu ilə bir fincan çay içməyə imkan yaradır. Həmin anda onlar az vaxt ərzində olsa belə kompüter proqramlarından, debet və kreditdən ayrıla bilirlər.

Baş mühasib Günü kimi bayramlar çox mühümdür, onlar peşəkar birliklərin formalaşmasına kömək edirlər. Hətta işlərinə fanatik şəkildə bağlı olan, təcrübə və biliklərini gənc, yeni başlayan həmkarları ilə bölüşən insanlar üçün bəzən belə tədbirlər qeyri-formal komanda qurma təlimlərinə də çevrilə bilir.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş istifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

posted in: Xəbər | 0

Elektron kabinetə daxil olmaq üçün nəzərdə tutulmuş İstifadəçi kodu, parol və şifrə unudulduqda, yenisi necə əldə edilə bilər?

İstifadəçi kodu parol şifrəİstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada tərtib olunmalı, poçt vasitəsilə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına göndərilməlidir.

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Elektron sənəd mübadiləsi haqqında ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:
https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Yol vergisi malın dəyərinə aid edilməlidirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

yol vergisiYol vergisi malın dəyərinə aid edilməlidirmi?

Sual: Bildiyiniz kimi yanacaq doldurma məntəqələri Neft Bazalardan yanacaq məhsullarını aldığı zamanı təqdim edilən e-qaimələrdə yol vergisi də qeyd olunur. Ancaq bu qaimələrdə malların cəmi qiyməti və ya məbləği sətirində sırf ƏDV-yə cəlb edilən məbləğ göstərilir. Misal üçün Neft Baza 11461.14 manatlıq qaimə təqdim edib. Bu məbləğin 9476.98 manatı malların cəmi qiyməti, 1705.86 manatı ƏDV, 278.30 manatı isə yol vergisidir. Sualım ondan ibarətdir ki, gəlir vergisi bəyannaməsi təqdim edən şəxs 1226.4-cü sətirdə (malın dəyəri) 9476.98 manatımı yoxsa 9755.28 manatımı (9476.98+278.30) qeyd etməlidir?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 209-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tarifləri Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 14 yanvar 2015-ci  il tarixli 2 nömrəli Qərarı ilə tənzimlənir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən neft məhsullarının satışını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti topdansatış tariflərinə qanunvericiliyə uyğun olaraq yol vergisini əlavə edib təchizat tariflərini çıxmaqla, təchizat təşkilatları isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər.

Neft məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər tərəfindən neft məhsullarının alınması zamanı ödənilmiş yol vergisi malın dəyərinə aid edildiyindən həmin məhsulların təqdim edildiyi hesabat dövrləri üzrə təqdim edilən malların həcminə uyğun olaraq malın dəyəri kimi gəlirdən çıxılır və gəlir vergisi bəyannaməsinin “Xərclər” bölməsinin 1126.4-cü sətrində (malın dəyəri) əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 139-cu və 209-cu maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizliyə görə müavinət kimlərə şamil edilir?

posted in: Xəbər | 0

İşsizliyə görə müavinət kimlərə şamil edilir?

dəstək proqramı

Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı əsasında Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu alan vətəndaşlara birdəfəlik işsizlik müavinətinin verilməsi davam etdirilir.

Qərara əsasən, müavinətin məbləği minimum yaşayış məbləği həcmində -190 manat müəyyən edilib. Aprel və may aylarında həmin məbləğ işsiz vətəndaşlara ödəniləcək. Artıq işsiz statusu alaraq birdəfəlik müavinəti əldə etmək üçün işsiz şəxslər e-sosial.az saytında qeydiyyatdan keçməyə başlayıb.

Bəs işsiz şəxs anlayışı kimlərə aiddir? Mövzunu hüquqşünas Şəhriyar Həbilov şərh edir.

İşi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Ölkə üzrə əmək qabiliyyətli yaş 15 yaş hesab edilir və səlahiyyətli qurum Dövlət Məşğulluq Xidmətidir.

Məşğul şəxslərə isə aşağıda göstərilən şəxslər aiddir:

  • əmək müqaviləsi ilə işləyənlər;
  • mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər;
  • sahibkarlar;
  • kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri;
  • haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s);
  • Silahlı Qüvvələrdə xidmət edənlər;
  • ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar;
  • qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar;
  • ölkə ərazisindən kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.
Yaşa görə pensiya və ya müavinət alan şəxslər də dolayısı ilə işsiz kimi qeydiyyata alınmırlar. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 aprel 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə, aşağıdakı şəxslərə 190 manatlıq müavinət verilmir:
  • ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;
  • əmək pensiyaçılarına;
  • aylıq müavinət alanlara;
  • aylıq təqaüd alanlara;
  • özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;
  • işsizlikdən sığorta ödənişi alanlara;
  • peşə hazırlığına görə təqaüd alanlara;
  • 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;
  • əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya aktiv əmək müqaviləsi bildirişi olanlara;
  • əri və ya arvadı göstərilən bu ödənişlərdən birini alan şəxslərə.

Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. İkinci ay üçün ödəmə təkrar yoxlama aparılmaqla status təsdiqləndikdən və ilk ödəmədən 30 gün keçdikdən sonra aparılacaq.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun