Azərbaycanda xüsusi karantin rejimi uzadıldı

posted in: Xəbər | 0

Azərbaycanda xüsusi karantin rejimi uzadıldı.

KarantinAzərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkədə xüsusi karantin rejimin uzadılması barədə qərar qəbul edib.

Qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın.

2. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır.

3. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

5. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bəzi malların idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib

posted in: Xəbər | 0

Bəzi malların idxal gömrük rüsumlarının dərəcələrində dəyişiklik edilib.

İcbari tibbi sığorta

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 11, maddə 2164; 2018, № 3, maddə 586, № 9, maddə 1904, № 10, maddə 2169, № 11, maddə 2427; 2019, № 1, maddə 148, № 2, maddə 332, № 4, maddələr 747, 748, 759, № 5, maddə 939, № 7, maddələr 1314, 1323, № 8, maddə 1473, № 12, maddələr 2047, 2055, 2061; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 yanvar tarixli 28 nömrəli, 7 fevral tarixli  34  nömrəli,  17  fevral  tarixli  44  nömrəli,  27  fevral  tarixli  72 nömrəli və 5 mart tarixli 84 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə 9018 31 100 0 alt yarımmöv- qeyinə aid sətir aşağıdakı redaksiyada verilsin:
9018 31 100 – – – plastmasdan:
 

9018 31 100 1

– – – – insulin üçün nəzərdə tutulan və həcmi 1 millilitr (ml) və ya daha az olan  

əd

 

0

9018 31 100 2 – – – – həcmi 2 millilitr və ya daha az olan əd 0,02

ABŞ dolları

9018 31 100 3 – – – – həcmi 2 millilitrdən çox, lakin 5 millilitrdən çox olmayan əd 0,025

ABŞ dolları

9018 31 100 4 – – – – həcmi 5 millilitrdən çox, lakin 10 millilitrdən çox olmayan əd 0,03

ABŞ dolları

9018 31 100 5 – – – – həcmi 10 millilitrdən çox, lakin 20 millilitrdən çox olmayan əd 0,04

ABŞ dolları

9018 31 100 9 – – – – digərləri əd 0,04

ABŞ dolları

2. Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2022-ci il dekabrın 31-dək qüvvədədir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 17 aprel 2020-ci il

№ 141

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Birinci rübdə 18,3 milyard manatlıq ÜDM istehsal edilib

posted in: Xəbər | 0

Birinci rübdə 18,3 milyard manatlıq ÜDM istehsal edilib.

statistika hesabatlarının vaxtıYanvar-mart aylarında ölkədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq 18 milyard 321,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 3,5 faiz artıb, neft-qaz sektorunda isə 2,1 faiz azalıb.

ÜDM istehsalının 40,2 faizi sənaye, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2 faizi informasiya və rabitə sahələrinin, 19,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1840,2 manata bərabər olub.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi orqanlarının vəzifəli şəxslərinə məzuniyyətə çıxarkən müavinət ödənilə bilər

posted in: Xəbər | 0

Vergi orqanlarının vəzifəli şəxsləri müavinətVergi orqanlarının vəzifəli şəxslərinə əsas məzuniyyətə çıxarkən ildə bir dəfə bir aylıq vəzifə maaşı həcmində müavinət ödənilə bilər.

Bu, 17 aprel tarixində Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Bu praktika hazırda dövlət qulluğunda çalışan dövlət qulluqçularına tətbiq olunur.

Layihə plenar iclasda səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun