Sahibkarlara işçilərin ixtisar edilməməsi ilə bağlı – Xəbərdarlıq

posted in: Xəbər | 0

işçilərin ixtisarıSahibkarlara işçilərin ixtisar edilməməsi ilə bağlı Xəbərdarlıq.


Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir.

Bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verilir.

“Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir”, – məlumatda bildirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış 34 630 sahibkara 46,91 milyon manat maliyyə dəstəyi göstərilib.

Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 11 607 vergi ödəyicisinə 28,21 milyon manat, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 23 023 fərdi (mikro) sahibkara 18,7 milyon manat olmaqla onların müvafiq bank hesablarına köçürüb.

Tədbirlər Planında pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Virus demək olar ki, 3 milyard insanı məzuniyyətə göndərib

posted in: Məqalə, Xəbər | 0

virusRusiyanın kommersant.ru saytında çıxan məqalədə deyilir ki, Əmək bazarı İkinci Dünya müharibəsindən bəri ən böyük böhran yaşayır. 

Virus demək olar ki, 3 milyard insanı məzuniyyətə göndərib.

Beynəlxalq əmək Təşkilatı (BƏT) COVİD-19 koronavirus pandemiyasına görə əmək bazarının İkinci Dünya müharibəsindən sonra ən ağır böhran yaşadığını bildirib. Karantin tədbirləri nəticəsində müəssisələrin müvəqqəti olaraq tam və ya qismən bağlanması, 2,7 milyard insana – dünyanın bütün işçi qüvvəsinin 81% –  təsir göstərməsinə gətirib çıxarıb.

Mehmanxana və turizm biznesi, inzibati xidmətlər sahəsi, sənaye istehsalı, topdan-pərakəndə ticarət sferası daha çox əziyyət çəkir.

“Pandemiya COVİD-19 artıq dünya əmək bazarına fəlakətli təsir göstərir”, –  deyə BƏT-in dərc etdiyi məruzəsində bildirilir. Ekspertlər qeyd edirlər ki, hazırda müəssisələrin tam və ya qismən işinin müvəqqəti dayandırılması 2,7 milyard insana — dünyanın bütün işçi qüvvəsinin 81% – ə və ya 3,3 milyard insana təsir göstərmişdir. Karantin tədbirləri davam etdikcə BƏT artıq ikinci rübdə bütün dünyada ümumi iş saatlarının 6,7% – nin azaldılmasını gözləyir ki, bu da 195 milyon insanın tam məşğulluğu ilə işləməsinə bərabərdir.

İş saatları daha çox ərəb ölkələrində – 8,1% azalacaq. Bu, 5 milyon insanın tam məşğulluğu ilə işləməsinə bərabərdir. İkinci yerdə Avropa (7,8% iş saatları, 12 milyon işçinin tam məşğulluğu), üçüncü yerdə Asiya – Sakit okean regionu (ASR) (7,2%, 125 milyon nəfər).

“Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə müəssisə və biznes işçiləri əsl fəlakət qarşısında dayanır, – deyə BƏT-in baş direktoru Qay Rayder qeyd edib.

– Hamımız birlikdə özü də tez və qətiyyətlə hərəkət etməliyik. Əgər biz təcili və məqsədəuyğun tədbirlər görsək, onda elə edə bilərik ki, kollaps ilə sağ qalma arasındakı fərq nəzərə çarpsın”.

BƏT-in ekspertləri qeyd edirlər ki, təxminən 1,25 milyard insan işçi qüvvəsinin azalması və ya məşğulluğun azalması riski ilə üzləşən sənaye sahələrində məşğuldur. Bu insanların əksəriyyəti aşağı maaşlı vəzifələr tuturlar, ona görə də ixtisarların nəticələri onlar üçün xüsusilə həssas olacaqdır.

Hesabatın geniş versiyasına əsasən bildirilir ki, azalmanın ən aşağı riski təhsil, səhiyyə, kommunal xidmətlər, kənd təsərrüfatı, dövlət xidməti, ictimai təhlükəsizliyin təmin edilməsi kimi sahələrə təhlükə yaradır. Riskin orta dərəcəsi tikinti, maliyyə və sığorta xidmətləri sahəsində əmək bazarı üçün müəyyən edilir. Orta səviyyədən yuxarı olan risk incəsənət və əyləncə, nəqliyyat xidmətləri, mehmanxana və turizm biznesi, daşınmaz əmlak ticarəti, sənaye istehsalı, topdan və pərakəndə satış, avtomobil təmiri xidmətləri sahələrində əmək bazarlarını təhdid edir.

Yalnız aviasiya sənayesində Beynəlxalq hava nəqliyyatı assosiasiyasının (IATA) ekspertləri pandemiya fonunda hava əlaqəsinin intensivliyinin kəskin azalması səbəbindən 25 milyon iş yerinin azalmasını gözləyirlər. IATA – nın hesabatında bildirilir ki, aviaindustriyada ən çox iş yerləri Asiya – Sakit okean regionu ölkələri – 11,2 mln, ikinci yerdə Avropa-5,6 mln, üçüncü yerdə isə Latın Amerikası-2,9 mln itirə bilər.

BƏT-in mütəxəssisləri hesab edirlər ki, əmək bazarı üçün mənfi nəticələri minimuma endirməkdən ötrü hakimiyyət orqanları kompleks tədbirlər görməlidir. Birincisi, iqtisadiyyatın işini stimullaşdırmaq zəruridir, o cümlədən pul tədbirləri və ən həssas sektorlara ünvanlı dəstək vermək lazımdır.

İşə münasibətdə səlahiyyətlilər iş yerlərini mümkün qədər mühafizə etməyə imkan verən bir sıra tədbirlər görməlidirlər:

– vergilərin müvəqqəti aşağı salınması;

– sosial zərflərin genişləndirilməsi.

İşçilərə gəldikdə, dövlətlər məşğulluğu davam etdirərkən:

– məsafədən işə daha fəal keçmələrini stimullaşdırmalıdırlar;

– səhiyyə xidmətlərinə daha geniş çıxış təmin etməli;

– ödənişli məzuniyyət sistemlərini tətbiq etməli və ya aktivləşdirməlidirlər.

Dördüncü tədbirlər toplusu kimi BƏT mütəxəssisləri tərəfindən işəgötürənlər, dövlət və işçilər arasında “ictimai dialoqun gücləndirilməsi” hesab olunur. Hakimiyyət iş yerlərinin qorunması ilə bağlı müvəqqəti müqavilələr bağlamaq, işçilərin hüquqlarının qorunmasına yönəlmiş dövlət qurumlarının işlərini intensivləşdirmək üçün hər cür səy göstərməlidir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vəsait köçürülən işsiz şəxslərin sayı məlum olub

posted in: Xəbər | 0

işsiz şəxslərin sayı işsiz şəxslərVəsait köçürülən işsiz şəxslərin sayı məlum olub.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz kimi qeydiyyata alınan şəxslərdən daha 20 min nəfər üçün birdəfəlik vəsaiti bank filiallarına və poçt şöbələrinə köçürüb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, həmin şəxslərə işsiz kimi qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrələrinə bu barədə SMS göndəriləcək. Mesajı aldıqdan sonra evdən çıxmaq üçün müvafiq qaydada icazə almaqla, mesajda “Azərpoçt” MMC qeyd edilibsə – istənilən poçt şöbəsinə, bank göstərilibsə – həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edə bilərlər.

İşsiz şəxslərin birdəfəlik ödəmə ilə təminatına aprelin 9-dan başlanılıb və ödəniş prosesi gündəlik davam edir. Ötən 6 gündə Nazirlik tərəfindən artıq 120 min işsiz şəxs üçün birdəfəlik vəsaitin bank filiallarına və poçt şöbələrinə köçürülməsi təmin olunub.

Qeydiyyata alınan digər işsizlər də birdəfəlik ödənişlə təmin olunacaqlar.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Digər dövlətdə ödənilmiş vergi məbləğinin təsdiq edilməsi

posted in: Vergi, Xidmət, Xəbər | 0

vergi məbləğiXidmətin adı: Razılığa gələn digər dövlətdə ödənilmiş və Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmalı olan vergi məbləğinin təsdiq edilməsi (DTA-02 Forması).

Xidmətin göstərilməsi üçün tələb olunanlar:

– “Xarici dövlətdə ödənilmiş verginin Azərbaycan Respublikasında hesablanan vergidən çıxılmasına dair” Ərizə (DTA-02 Forması);

– digər dövlətdə vergilərin ödənilməsini təsdiq edən sənədlər.

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər:

– VM-nin 127-ci maddəsi

– VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları.

Xidmətin göstərildiyi yer:

ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzləri (MGD-nin inzibati binasında yerləşən xidmət mərkəzi yalnız MGD-da uçotda olan vergi ödəyiciləri üçün), Naxçıvan MR VNnin struktur bölmələrinin Bəyannamələrin yoxlanılması və uçotun təşkili bölmələri, Naxçıvan MR VNnin struktur bölmələrinin Koordinasiya şöbələri/koordinasi ya işləri üzrə mütəxəssisləri, MGD-nin Sənədlərlə iş şöbəsi, LGD-nin, KSİD-nin, ƏVD-nin və ƏVİ-nin Sənədlərlə iş və vətəndaş müraciətlərinə baxılması şöbəsi, RVŞ-lərin Dəftərxana və arxiv işləri üzrə baş mütəxəssisləri və ya kargüzarları.

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri.

İcra müddəti:

Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü.

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – DTA-02 formasının təsdiq edilməsi haqqında bildiriş.

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun