Bu işçilərin sosial müdafiəsi gücləndirilir

posted in: Xəbər | 0

Bu işçilərin sosial müdafiəsi gücləndirilir.

işçilərin sosial müdafiəsiPrezident İlham Əliyev “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncam koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədi daşıyır. Sənədə əsasən, sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının bir misli miqdarında müddətli əlavə müəyyən edilib.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etmək tapşırılıb.

Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə elan edilmiş xüsusi karantin rejimi dövründə çətin vəziyyətdə olan şəxslərə və tənha yaşayan 65 yaşdan yuxarı vətəndaşlara sosial xidmətlər göstərilməsinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsinə cəlb edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrində və tabeliyindəki sosial xidmət müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 1 (bir) misli miqdarında müddətli əlavə müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə müəyyən edilən müddətli əlavənin şamil olunacağı işçilərin əhatə dairəsini və əlavənin ödənilmə müddətini müəyyən etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 aprel 2020-ci il.

Mənbə: president.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu şirkətlər üçün icazə almaq asanlaşdı

posted in: Xəbər | 0

icazəTikinti şirkətləri üçün onlayn rejimdə icazə almaq asanlaşdı.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Evdə qal, işlərindən qalma!” devizi ilə tikinti şirkətlərinə müraciət edərək “Bir pəncərə” elektron sisteminin imkanlarından yararlanmağa çağırır.

Bu barədə Komitənin açıqlamasında bildirilir.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırığına əsasən istifadəyə verilmiş “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazənin alınması presedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb. Məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə elan etdiyi xüsusi karantin rejimi ilə əlaqədar tikinti sektorunda çalışan sahibkarlar www.birpencere.arxkom.gov.az internet səhifəsi vasitəsilə onlayn rejimdə icazə ala bilər.

Komitə tərəfindən təmin edilmiş bu imkan sayəsində tikinti niyyəti olan hər bir iş adamı olduğu yeri tərk etmədən “Bir pəncərə” sisteminə internet vasitəsilə elektron qaydada müraciət edərək Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə icazəni 15 iş günü müddətində, istismarına icazəni isə 10 gün müddətində onlayn əldə edə bilər. Bu növ tikinti obyektləri üçün hər iki icazə pulsuzdur və sifarişçi tərəfindən hər hansı ödənişin edilməsi tələb olunmur.

Bununla yanaşı, sistem vasitəsilə ekspertizasının keçirilməsi tələb olunan tikinti obyektlərinin də istismarına icazə almaq mümkündür. İstənilən istifadəçi sistemdə şəxsi kabinetə daxil olmadan “kalkulyator” bölümündən tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı baxışın keçirilməsinə görə xidmət haqqını öyrənə bilər. Bunun üçün sistemdə göstərilən xəritədə zonalar üzrə seçim edilir, obyektin sahəsi qeyd olunur və əmsal müəyyənləşərək məbləğ çıxarılır. Tikinti sifarişçiləri tələb olunan sənədləri yükləyərək müraciəti tamamlayır və istismara icazə ilə bağlı bu müraciətə 20 gün müddətində baxılır.

Eyni zamanda “Bir pəncərə” sistemi xidmətin göstərilməsi üçün tərəflər arasında müqavilənin elektron formada imzalanmasına və sifarişçinin onlayn ödəniş etməsinə də imkan verir. Bütün prosedur başa çatdırıldıqdan sonra icazə sənədi elektron formada təqdim olunur.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr (18-ci hissə)

posted in: muhasibat, Xəbər | 0

Mühasibatlığın rolu MühasibatMühasibatlığın rolu və əhəmiyyəti barədə ibrətamiz ifadələr

18-ci hissə.

Məqalənin 17-ci hissəsini buradan oxuya bilərsiniz.

Mühasibat uçotu ilə tətbiqi sahə kimi tanış olmayan bir nəzəriyyəçi-mühasib pisdir. Ancaq daha pisi, mühasib-praktikdir, hansı ki, kitabı gözəyarı, hissiyatla aparır və mühasibat nəzəriyyəsinin geniş sahələrini bilmir.

Q. Arsenyev

Əksər mühasib-praktiklər hesabdarlığın elmi məsələləri ilə nəinki maraqlanmır, hətta onları mənasız sayırlar; onların fikrincə, mühasibat uçotu sırf praktiki işdir və heç də hər hansı fəlsəfi bacarıqlara ehtiyac duymur.

V.D. Belov

Lakin məlumdur ki, nəzəriyyə nə qədər düzgün və rasional olsa da, hər zaman bu və ya digər səbəblərdən müəssisənin praktik həyatına bütün dəqiqliklə tətbiq oluna bilməz.

K.İ. Videman

Yaxşı bir nəzəriyyənin mühasibat uçotunun düzgün aparılmasına zəmanət verdiyini iddia etmək, yaxşı tərtib edilmiş cinayət məcəlləsinin cəmiyyəti cinayətkarlıqdan xilas edə biləcəyini iddia etmək qədər, düzgün olmazdı.

A.İ. Qulyayev

Hal-hazırda, mühasibatlıq təkmilləşdirilmiş praktikaya nisbətən daha düzgün bir nəzəriyyənin daha da inkişaf etdirilməsinə ehtiyac duyur.

Q.R. Qatfeld

Göründüyü kimi, insanlar və mühasibat işçiləri hələ də XIX əsrin son illərində tədricən formalaşan mühasibat uçotu nəzəriyyəsinin artıq bitmiş bir elm olduğunu və ciddi şəkildə inkişaf etməməsinin təsiri altında qalırlar; mühasibat uçotu praktikasının inkişafı əsasən hüquqi-normativ sənədlərin təsiri altında həyata keçirilir.

D. Spasov

Nəzəriyyəsiz keçinmək istəyi insanın öz sözlərində və əməllərində özünə hesabat vermək vəzifəsindən azad olmaq iddiasında son dərəcə təkəbbürlü ifadə olunur.

P.Kollard

İşgüzar dilin əsasını həmişə və hər yerdə mühasibat uçotu sistemində formalaşan məlumatlar təşkil edirdi.

A.N. Xorin

Sözlərin mənaları aydın şəkildə fərqləndirildikdə elm başlayır. Sözlər mövcud lüğətdən seçilə bilər və ya yeni sözlər yaradıla bilər, lakin onların hamısı tətbiq olunduğu elm bölməsi çərçivəsində anlaşılmazlıq və qeyri-müəyyənliyi istisna edən yeni bir tərif almalıdırlar.

A.Brillyuen

Aydınlıq üçün dil aydın olmalı, müəyyən terminologiyaya söykənməlidir və bu terminologiyanın olmaması mühasibatlığın əsas çatışmazlığıdır.

Q.R. Qatfeld


Məqalənin 19-cu bissəsini buradan oxuya bilərsiniz.



Ən son xəbərləri qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İqtisadiyyat Nazirliyinə müraciət edən sahibkarların sayı məlum olub

posted in: iqtisadiyyat, Xəbər | 0

İqtisadiyyat Nazirliyinə müraciət edən sahibkarlar


İqtisadiyyat Nazirliyi Maliyyə dəstəyi İşçi QrupuAzərbaycan Prezidentinin bu il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər planına əsasən, aprelin 14-nə İqtisadiyyat Nazirliyinə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş 10 914 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 16 502 fərdi (mikro) sahibkar, ümumilikdə 27 416 vergi ödəyicisi müraciət edib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 10 914 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 124 510 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 78 068 işçini əhatə edən 8 487 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiq edilib. Ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib.

Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 33,78 mln manat, o cümlədən 1-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 16,9 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2 636 vergi ödəyicisinə 24 463 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 5,31 mln manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 16 502 vergi ödəyicisindən müraciət daxil olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 15 689 müraciət araşdırılaraq təsdiq edilib. Maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 15,48 mln manat təşkil edir. Aprelin 13-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 3,53 mln manat vəsaitin 3 041 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin edilib.

Qeyd edək ki, müraciətlərin operativ qaydada araşdırılması üçün müvafiq işçi heyət intensiv olaraq çalışır. Bu barədə ictimaiyyətə gündəlik məlumat veriləcəkdir. Maliyyə dəstəyi proqramı çərçivəsində edilmiş müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə məlumat bildiriş formasında vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə və SMS şəklində mobil telefonlarına göndərilir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin “195” Çağrı Mərkəzinə və uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış ola bilərsiniz.

Xatırladaq ki, maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilir və mütəmadi olaraq yenilənir.

Muzdlu işçilərə əmək haqqının m üəyyən hissəsinin ödənilmə si üzrə hesabat (14.04.2020 il tarixinə)
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 215,0 milyon manat
Müraciət etmiş vergi ödəyicilərinin sayıVergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı 10.914 vergi ödəyicisi124.510 nəfər
Maliyyə dəstəyinin məbləğio cümlədən, 1-ci ay üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin məbləği (50%) 33.780,4 min manat16.890 , 2 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı 2.636 vergi ödəyicisi
Həmin vergi ödəyiciləri üzrə muzdlu işçilərin sayı 24.463 nəfər
Ödənilmiş vəsaitin məbləği 5.317,7 min manat
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə hesabat(14.04.2020 il tarixinə)
Tədbirin icrası üzrə nəzərdə tutulmuş vəsaitin məbləği 80 ,0 milyon manat
Müraciət etmiş vergi ödəyicilərinin sayı 16.502vergi ödəyicisi
Müraciəti araşdırılmış vergi ödəyicilərinin sayıMaliyyə dəstəyinin məbləği 15 . 689 vergi ödəyicisi15483 , 7 min manat
Faktiki ödəniş edilmiş vergi ödəyicilərinin sayı 3.041 vergi ödəyicisi
Ödənilmiş vəsaitin məbləği 3.530,9 min manat

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun