İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyində maliyyə dəstəyi ilə bağlı İşçi Qrupu yaradılıb.

İqtisadiyyat Nazirliyi

Koronavirus (COVID-19) pandemiyasının ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əməkhaqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, maliyyə dəstəyinin göstərilməsi çərçivəsində İqtisadiyyat Nazirliyinin qurumları arasında məsələlərin əlaqələndirilməsi üçün İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərovun rəhbərliyi ilə İşçi Qrupu yaradılıb. İşçi Qrupuna Nazirliyin müvafiq strukturlarının rəhbərləri daxildir.


Teleqram qrupumuza üzv olun


Qeyd edək ki, artıq sahibkarlıq subyektlərindən maliyyə dəstəyinin göstərilməsi ilə bağlı müraciətlərin qəbuluna və ödənişlərin həyata keçirilməsinə başlanıb. Aprelin 9-dan başlayaraq 10 853 muzdlu işçisi olan 1 000-dən yuxarı vergi ödəyicisi olan hüquqi şəxs və 600-dən çox fərdi sahibkar maliyyə dəstəyi proqramından yararlanmaq üçün müraciət edib.

Fərdi mikro sahibkarlara ödənişin həcmi minimum 250 manat təşkil edir. Əgər onun ödənişləri 2019-cu il ərzində 250 manatadək olubsa, həmin sahibkara 250 manat ödəniləcək. Əgər vergi ödənişləri daha böyük məbləğdə olarsa, sahibkarlara ödənilən vəsaitlərin məbləği 5 000 manata qədər ola bilər.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“İcbari tibbi sığorta” barədə qərar ləğv edildi, yeni qərar imzalandı

posted in: Xəbər | 0

“İcbari tibbi sığorta”nın şəhər və rayonlar üzrə tətbiqi ardıcıllığı müəyyənləşdi.

işsiz birdəfəlik ödəmə

“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli qərarı ləğv edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilib (əlavə olunur).

Eyni zamanda qərarla icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı müəyyənləşib.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

– Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

– Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

– Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.


“İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi və “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarının ləğv edilməsi barədə

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 20 dekabr tarixli 418 nömrəli və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2019-cu il 24 dekabr tarixli 898 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 mart tarixli 979 nömrəli Fərmanının 1.1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı” təsdiq edilsin (əlavə olunur). 2. “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 2085; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 111 nömrəli Qərarı) ləğv edilsin.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 10 aprel 2020-ci il
№ 136

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 10 aprel
tarixli 136 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.
İcbari tibbi sığortanın ölkənin inzibati ərazi
vahidləri üzrə tətbiqi ardıcıllığı.
1.“Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə aşağıdakı ardıcıllıq nəzərə alınmaqla tətbiq edilir:

1.1. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Qusar, Xaçmaz, Quba, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında 2020-ci ilin yanvar ayından etibarən;

1.2. Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad və Hacıqabul rayonlarında 2021-ci ilin yanvar ayından etibarən;

1.3. Bakı, Sumqayıt, Xankəndi şəhərlərində, Abşeron, Qubadlı, Zəngilan və Şuşa rayonlarında 2021-ci ilin aprel ayından etibarən.

Mənbə: nk.gov.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Koronavirus varlıların 402 milyard dollarlıq sərvətinin axırına çıxıb

posted in: Məqalə, Xəbər | 0

Koronavirus varlıların 402 milyard dollarlıq sərvətinin axırına çıxıb.

Planetin varlı adamlarının siyahısı açıqlanıb.

1. Amazon şirkətinin qurucusu Jeff Bezos, yenə də Forbes jurnalı tərəfindən hər il tərtib edilən dünyanın ən varlı adamlarının siyahısına başçılıq edir. Bezos bu siyahıda sərvətinin həcmi 100 milyard dolları ötən yeganə biznesmendir. 7 aprel 2020-ci il tarixində onun şəxsi kapitalı 113 milyard dollar həcmində dəyərləndirilib.

2. İkinci sırada mart ayının ortalarında Microsoft şirkətinin direktorlar şurasını tərk edən sözügedən şirkətin qurucusu Bill Gates  qərar tutub. Onun sərvəti 98 milyard dollar həcmindədir.

3. Üçüncü yeri 76 milyard dollar vəsaitlə Avropnın ən varlı adamı, Louis Vuitton Moet Hennessi (LVMH) şirkətlər qrupunun rəhbəi Bernard Arnault  tutur. Maraqlıdır ki, bir neçə ay bundan əvvəl o, düyanın ən varlı adamları siyahısına başçılıq edirdi. Koronovirus pandemiyası dövründə ən çox sərvət itirən də məhz, o, olub.  Milyarder səhmlərin qiymətdən düşməsi səbəbi ilə 30 milyard dollarından olub.

4. Liderlər onluğuna həmçinin 67,5 milyard dollarla sərmayəçi Warren Buffett;

5. 59 milyard dollarla Oracle şirkətinin banisi Larry Ellison, Bershka, Zara, Massimo Dutti və digər brendlərin daxil olduğu İnditex-in rəhbəri Amancio Ortega (55,1 milyard dollar);

6. Facebook təsisçisi Mark Zuckerberg (54,7 milyard dollar) də daxildirlər.

7. Liderlər onluğunu isə Walmart-marketlər şəbəkəsinin banisi Sam Walton-un uşaqları qapadırlar. Onun kiçik oğlu Jim-in varidatı 54,6 milyard, qızı Alice-in 54,4 milyard, böyük oğlu Robson-un isə 54,1 milyard dollar sərvəti var.

Ümumiyyətlə, reytinq siyahısına 2095 biznesmenin adı düşüb. Onların ümumilikdə sərvəti 8 trilyon dollar həcmində dəyərləndirilir.

Yeri gəlmişkən, koronavirus pandemiyası dövründə dünyadakı milyarderlərin sayı 20% azalıb. Ümumilikdə milyarderlər 2020-ci ilin yanvar-mart ayları ərzində  402 milyard dollar sərvət itiriblər.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank POS terminallar üzrə xidmət haqqını ləğv etdi

posted in: Bank, Xəbər | 0

Kapital BankKapital Bank ölkədə xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən müştərilərə bir sıra güzəştlər təqdim edir. Asan olmayan bu şəraitdə ən çox ziyan çəkən sahələrdən biri də sahibkarlardır. Bunu nəzərə alaraq, Kapital Bank sahibkarlar üçün növbəti güzəşt imkanını verir.

İndiyədək Kapital Bank-ın POS terminalını əldə edən sahibkarlar, aylıq dövriyyəsindən asılı olaraq, xidmət haqqı ödəyirdilər. Mövcud vəziyyəti nəzərə alaraq, sahibkarlardan aprel ayı üzrə xidmət haqqı tutulmayacaq. Bunu etməklə Bank, hər zaman sahibkarlığı dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.

Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun “Təməl”, “Uğur”, “İnkişaf” və “Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun