Dövlət Agentliyi icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq edib

posted in: Xəbər | 0

Dövlət Agentliyi icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq edib.

icaze.e-gov.az

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

Dövlət Agentliyindən verilən məlumata görə, təhlillər zamanı müəyyən edilib ki, xüsusi karantin rejimi dövründə hüquqi şəxslərin vəzifəli şəxsləri və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər tərəfindən işçilər barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilərkən “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının tələblərinin pozulması hallarına yol verilib. 


Teleqram qrupumuza üzv olun


“Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 2020-ci il 9 aprel tarixindən etibarən icaze.e-gov.az portalından aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

– xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

– fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərinin;

– yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərinin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, xüsusi karantin rejimi dövründə fəaliyyətini iş yerindən davam etdirmələri zəruri olan işçilərinin say həddini müəyyən etsinlər. Və işə gəlməsi vacib olmayan, fəaliyyətini evdən davam etdirən digər işçilərinin icazələrini portaldan silsinlər. 2020-ci il 10 aprel tarixindən başlayaraq karantin rejimi qaydalarına zidd olan icazələr portaldan avtomatik rejimdə ləğv ediləcək. Eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslər barəsində hüquq mühafizə orqanlarına məlumat veriləcəkdir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlara və onun işçilərinə dövlət dəstəyinin mexanizmi açıqlandı

posted in: Xəbər | 0

İqtisadiyyat naziri sahibkarlar və onun işçilərinə dövlət dəstəyinin mexanizmini açıqlayıb.

maliyyə hesabatları

İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmlərini açıqlayıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi ilkin mərhələdə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi ilə bağlı aşağıdakıları vergi ödəyicilərinin diqqətinə çatdırır:

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində:

Bu tədbir pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında, qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əməkhaqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürüləcək.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq alt bölmədə olan müraciət formasını elektron qaydada doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, bank hesabları, 1 mart və müraciət tarixinə əmək müqavilələri üzrə işçi sayları) avtomatik əks olunacaq. Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əməkhaqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdır. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir. Bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin fəaliyyət sahəsinin və təsərrüfat subyektinin (obyektinin) pandemiya üzrə zərər çəkmiş sahəyə uyğun gəlməməsi, müraciət tarixinə işçi sayında azalmaların olması, riskli vergi ödəyiciləri ilə əməliyyatların aparılması kimi hallardır. Reyestr məlumatları üzrə uyğunsuzluq aradan qaldırılarsa, vergi ödəyicisinə şəxsi kabinet vasitəsilə onlayn qaydada yenidən müraciət etmək imkanı yaradılacaq.

Vergi ödəyicilərinə ödəmələr aprel və may ayları daxil olmaqla 2 mərhələdə aparılacaq.

Xüsusi qeyd: Bank tərəfindən ayrılan maliyyə dəstəyi vəsaitinin yalnız əmək ödənişləri üzrə köçürülməsinə icazə verilir. Vergi ödəyiciləri bu vəsaitlərdən hər hansı digər məqsədlər üçün istifadə edə bilməzlər və bu məsələyə ciddi nəzarət olunacaq.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi zamanı ölkə üzrə orta aylıq əməkhaqqı (712 manat) əsas meyar olaraq götürüləcək. Əgər müəssisədə çalışan işçilərin bir qismi orta aylıq əməkhaqqından daha yuxarı əməkhaqqı alırsa, o zaman onlara kompensasiyalar orta aylıq əməkhaqqı həddini aşmamaq şərtilə hesablanacaq.

Maliyyə vəsaitlərinin ayrıldığı vergi ödəyiciləri barədə məlumatlar İqtisadiyyat Nazirliyinin və onun qurumlarının internet resursları və KİV-lər vasitəsilə ictimaiyyətə çatdırılacaq.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlar üçün maliyyə dəstəyinin göstərilməsi mexanizmi çərçivəsində:

Bu mexanizm çərçivəsində pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində sahibkarlıq fəaliyyəti göstərən 300 min fərdi sahibkara dövlət tərəfindən 80 milyon manat həcmində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulur. Bu maliyyə yardımı 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə şamil ediləcək. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim edir və dövlət büdcəsindən ayrılan vəsaitlər həmin fərdi sahibkarların bank hesablarına köçürülür.

Vəsaitlərin ödənilməsi aşağıdakı qaydada həyata keçiriləcək:

Qeydiyyatda olan bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi  proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndəriləcək. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “fərdi sahibkarlara ödənişlər üzrə müraciət” alt bölməsinə  daxil olaraq buradakı müvafiq alt bölmədə elektron qaydada müraciət formasını doldurmalıdır.

Müraciət formasında reyestr məlumatları (vergi ödəyicisinin adı, VÖEN-i, fəaliyyət sahələri, bank hesabları, 2019-cu il ərzində ödənilmiş vergilər) avtomatik əks olunacaq.

Vergi ödəyiciləri müraciətdə öz vergi rejimi (2 faiz sadələşdirilmiş vergi ödəyicisi olması, sabit qəbz almaqla fəaliyyət göstərməsi, daşıma fəaliyyəti ilə məşğul olması və ya gəlir vergisinin ödəyicisi (mikro) olması) barədə məlumatları onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır.

Sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və vergi ödəyicisinə bu barədə bildiriş göndərilir.

Qeyd: Müraciətin yoxlanması zamanı sistem tərəfindən uyğunsuzluqlar aşkar edilə bilər. Bu, vergi ödəyicisinin seçdiyi vergi rejiminin məlumat bazasında mövcud vergi rejiminə uyğun gəlməməsi, vergi ödəyicisinin fəaliyyətinin mart ayından əvvəl dayandırılmış olması, 2019-cu il ərzində büdcəyə vergi ödəmələri aparmaması, riskli vergi ödəyicisi ilə əməliyyat aparması ilə bağlı ola bilər. Bu hallarda vergi ödəyicisinə aşkar edilimiş uyğunsuzluqları aradan qaldırmaq və yenidən müraciət etmək imkanı veriləcək.

Fərdi sahibkar olan vergi ödəyicisinin dövlət büdcəsinə və ya  büdcədənkənar dövlət fondlarına borcu ilə əlaqədar bank hesablarında sərəncam olduğu halda, köçürülən vəsaitin dondurulmaması və ya silinməməsi təmin olunacaq.

Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250,0 manatdan az olduğu təqdirdə ona 250,0 manat məbləğində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyinin maksimal həddi 5 000 manat olacaq.

Bütün vergi ödəyicilərindən xahiş olunur ki, İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetlərini mütəmadi qaydada izləsinlər.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank-dan təqaüd və sosial kart sahiblərinə növbəti müjdə!

posted in: Bank, Xəbər | 0

kapital bank təqaüdBildiyiniz kimi, ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi səbəbindən insanların kütləvi toplaşması tövsiyə olunmur. Bu səbəbdən Kapital Bank -ın sosial müavinət, pensiya və kompensasiya ödənişləri alan müştərilər üçün xüsusi şərtlər tətbiq edilir.

Belə ki, 8 aprel 2020-ci il tarixindən Kapital Bank-ın ödəniş kartları ilə pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım alanlar, vəsaitlərini ərazilərinə yaxın olan istənilən bankın və ya Azərpoçt-un bankomatlarından 2 ay ərzində komissiyasız nağdılaşdıra biləcəklər. Tranzaksiyalar üzrə bütün xərclər Kapital Bank tərəfindən ödənilir.

Bu addımı atmaqla, bank filialları və bankomatların qarşısında olan növbələr azalacaq və insanların karantin rejiminin tələblərinə əməl etmələrinə kömək olacaq. Kapital Bank-ın bütün bankomatlarında hər gün müvafiq dezenfeksiya işləri aparılır. Həmçinin ölkə üzrə Kapital Bank-ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılır.

Qeyd edək ki, hazırda dövriyyədə Kapital Bank-ın 3 milyondan artıq ödəniş kartı vardır. Bu ödəniş kartları ilə onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. Kapital Bank-ın ölkə üzrə 800-dək bankomatı, 10 000-dək POS terminalı vardır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Son 10 gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb

posted in: Müqavilələr, Xəbər | 0

əmək müqavilələriDövlət sektorunda əmək müqaviləsi ilə 910 min insan çalışır. Onların hər biri sosial müdafiə tədbirləri ilə əhatə olunub. Bütün dövlət qurumlarına müvafiq tapşırıq verilib və hər hansı əsassız ixtisarlara yol verilmir. Müəyyən edilmiş kvota çərçivəsində həyati vacib qurumların fəaliyyətini davam etdirməsi üçün minimal sayda işçi işə cəlb olunub. Digərləri isə əməkhaqqı saxlanılmaqla məzuniyyətə göndərilib. Onların gəlirlərinin davamlılığı təmin edilir.

Martın 23-nə olan məlumata görə, qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə işləyən insanların sayı 660 min nəfər idi. Onların qorunması üçün də işəgötürənlərlə ciddi şəkildə iş aparıldı.

Sevindirici haldır ki, son on gün ərzində əmək müqavilələrinin sayında ciddi artım qeydə alınıb.

Teleqram qrupumuza üzv olun


Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev aprelin 7-də “Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən məşğulluğun və sosial rifahın dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, sahibkarlar həm dövlətin göstərəcəyi dəstək tədbirləri, həm də digər inzibati tədbirlər nəticəsində ixtisarlara yol vermədilər, öz işçilərini qorumağa çalışdılar, onlara ödənişli məzuniyyət verdilər. Yəni hansı sahələrin fəaliyyətinin davam etdirilməsinə icazə verilibsə, onlar davam etdilər, hansıların ki, fəaliyyəti dayandırılıb onlar da ödənişli məzuniyyətə göndərildilər. Bu da insanların gəlirlərinin azalmasına imkan vermədi. “Ümumilikdə əmək müqavilələri sistemi üzərindən nazirlik tərəfindən gündəlik monitorinq aparılır. Ləğv edilən hər bir əmək müqaviləsi üzrə işəgötürən, sahibkar, şirkətlə müzakirə aparılır. Onların obyektiv əsaslı səbəbləri olduğunu müəyyən etməyə çalışırıq. Sahibkarlara veriləcək bütün dövlət dəstəyi tədbirlərinin onların bu dövr ərzində işçilərin ixtisarına yol verməyəcəyi, işçilərin sosial müdafiəsinə zərər vuran addımlar atılmayacağı halda onlara çatacağı diqqətə çatdırılır. Bu tədbirlər nəticəsində hazırda qeyri-neft sektorunda əmək müqaviləsi ilə çalışan 690 min nəfəri əhatə edə bildik”.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun