Ezamiyyə günlərində əmək haqqının hesablanması

posted in: Xəbər | 0

Ezamiyyə günlərində əmək haqqı hesablanması.

Ezamiyyə əmək haqqı

Əmək Məcəlləsinin 179-cu maddəsinə əsasən, işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir. Həmin maddə yaşadığı inzibati ərazi vahidindən başqa bölgəyə, habelə xarici ölkələrə ezamiyyətə göndərilən şəxslərə də şamil edilir.

Sərbəst auditor Altay Cəfərov bildirib ki, işçilərin ezamiyyətdə olduğu zaman əmək haqqının hesablanılması və ödənilməsi aktual məsələlərdəndir.

Ezamiyyə qaydaları haqqında Maliyyə Nazirliyinin qərarında qeyd edilib ki, ezamiyyətdə olduğu vaxt, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əmək haqqı saxlanılır.

Bundan əlavə, Əmək Məcəlləsində də işçilərin ezamiyyətə göndərilməsi zamanı əmək haqqının ödənilməsi ilə bağlı müddəalar yer alıb. Həm Əmək Məcəlləsində, həm də qaydalarda bir şeyə diqqət yetirilməlidir ki, ezamiyyətdə olan işçiyə orta əmək haqqı ödənilməlir.


Teleqram qrupumuza üzv olun


Orta əmək haqqının hesablanması qaydası Əmək Məcəlləsinin 177-ci maddəsi ilə müəyyənləşdirilib:

Maddə 177. Orta əmək haqqı və onun hesablanması qaydası

1. Orta əmək haqqı — işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.

2. Əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölünməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.

Misal: Tutaq ki, “AA” MMC-nin işçisi 1-10 avqust tarixlərində ezamiyyətdə olub. Bu zamanı işçinin ezamiyyətdə olduğu zaman orta əmək haqqı necə hesablanılmalıdır?

Əmək Məcəlləsinin 177-ci maddəsinə görə, əvvəlki iki ayın əməkhaqqı cəmlənib, iki ayda olan iş günlərinin sayına bölünür və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Tutaq ki, işçi iyun ayında 400 manat və iyul ayında 400 manat əməkhaqqı alıb və “AA” MMC 5 günlük iş rejimi ilə işləyir. Onda iyunda iş günlərinin sayı 16 və iyul ayında iş günlərinin sayı isə 23-dür. Bu halda bir günə düşən orta əməkhaqqı 20,51 manat təşkil edir.

( 400+400)/(16+23) = 800/39 = 20,51 manat

Sonrakı addım kimi, 1-10 avqust tarixlərində neçə iş günü olduğunu aydınlaşdırmaq lazımdır. Bu arada 7 iş günü vardır. Onda işçinin ezamiyyətdə olduğu dövrdə orta əməkhaqqı belə hesablanır:
20,51 * 7 = 143,57 manat.

“AA” MMC 11-31 avqust tarixləri üçün işçiyə əməkhaqqı hesablamalı, tutulmaları isə yaranan məbləğə 143,57 manat əlavə etməklə həyata keçirməlidir.

Belə hesablamalar çox praktiki olmur. Adətən, müəssisələr işçilər ezamiyyətdə olan müddətdə onların orta əməkhaqqını yox, aylıq əməkhaqqını saxlayırlar. Bu zaman hesablamalarda böyük fərqlər olmur, hətta bəzi hallarda eyni məbləğlər əmələ gəlir.

Mənbə: vergiler.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlərə sığorta ödənişinin müddəti artırıldı

posted in: Xəbər | 0
sığortaCOVID-19 ilə mübarizə şəraitində işsizlərə sığorta ödənişinin müddəti artırıldı.
Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” qərar imzalayıb.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdiriləcək. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsizlərə birdəfəlik ödəmənin verilməsi qaydası təsdiqlənib

posted in: Xəbər | 0

COVID-19 pandemiyası dövründə işsiz kimi qeydiyyatda olanlara birdəfəlik ödəmənin verilməsi şərtləri təsdiq edilib.

işsiz birdəfəlik ödəmə

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarını imzalayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qərara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə veriləcək. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, həmçinin “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilib.


“Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə

 

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.5-ci bəndinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı tədbirlər planı”nın II hissəsinin 4-cü bəndinin icrasını təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusikarantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilsin.
  2. “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası” təsdiq edilsin (əlavə olunur).
  3. Bu Qərar 2020-ci il 1 aprel tarixindən tətbiq olunur.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

Bakı şəhəri, 7 aprel 2020-ci il

№ 127

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 7 aprel

tarixli 127 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası

 

1.  Ümumi müddəalar

1.1. Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVID-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir.

1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir.

1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir.

1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.

 2. Birdəfəlik ödəmənin verilməsi şərtləri

2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata

alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir.

2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir:

2.2.1.2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə;

2.2.2.pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə.

2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir:

2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

2.3.2. əmək pensiyaçılarına;

2.3.3. aylıq müavinət alanlara;

2.3.4. aylıq təqaüd alanlara;

2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

2.3.6. işsizlikdən sığorta ödənişi alanlara;

2.3.7. peşə hazırlığına görə təqaüd alanlara;

2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara;

2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci – 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə.

2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

3. Birdəfəlik ödəmənin verilməsi qaydası

3.1. Şəxs birdəfəlik ödəmənin alınması üçün “e-sosial” portalında “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” xidmətindən istifadə edərək müraciət

3.2. İşsiz statusu olanlara münasibətdə MAS tərəfindən bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır və müvafiq qərar qəbul

3.3. İşsiz statusu olmayan şəxs isə bu statusun alınması üçün bu Qaydanın 3.1-ci bəndində göstərilən qaydada müraciət edir.

Bu zaman MAS tərəfindən şəxsə münasib işin təklif edilməsi mümkün olmadıqda, dərhal işsiz statusunun verilməsi haqqında qərar qəbul olunur və bu Qaydanın 3.4-cü və 3.5-ci bəndlərinə uyğun olaraq yoxlama aparılır.

3.4. MAS tərəfindən işsiz şəxsin bu Qaydanın 2.3-cü bəndində göstərilən şəxslərə aid olması yoxlanılır. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydanın 2.3-ci bəndində göstərilən şəxsə aid olması müəyyən edildikdə, MAS tərəfindən elektron qaydada birdəfəlik ödəmənin verilməsindən imtina olunur, bu barədə işsiz şəxsə imtinanın səbəbi göstərilməklə, mobil telefon vasitəsilə SMS göndərilir və onun elektron kabinetinə əsaslandırılmış bildiriş yerləşdirilir.

3.5. Yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəməin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul

3.6. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir.

3.7. Birdəfəlik ödəmənin pandemiya ilə əlaqədar xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. Növbəti ay üçün birdəfəlik ödəmə təkrar yoxlama keçirildikdən sonra əvvəlki ödənişdən 30 (otuz) gün sonra həyata keçirilir.

3.8. Bu Qaydanın 2.3.9-cu və 2.3.10-cu yarımbəndlərinə uyğun olaraq, işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən yoxlanılır.



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

icaze.e-gov.az portalında iki yeni funksiya yaradılıb

posted in: Xəbər | 0

icaze.e-gov.az portalında iki yeni funksiya yaradılıb.

icazə

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaş sorğularının cavablandırılması davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən məlumata görə, əməkdaşlar üçün icazənin alınması ilə bağlı 38819 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 583092  icazə qeydiyyata alınıb.

 Aparılan təhlillər nəticəsində icaze.e-gov.az portalına yeni funksiyalar əlavə edilib. Belə ki, dövlət və özəl təşkilatlar portal üzərindən əldə edilmiş icazələri həm də PDF formatında yükləyərək əməkdaşlarına təqdim edə bilər. Bunun üçün “İcazələr” bölməsində sətrlər üzrə əks olunan müvafiq icazə açılır və yuxarı sağ küncdə yerləşən “PDF” düyməsi klik edilərək icazə yüklənilir. Bundan əlavə, elə həmin bölmədə əməkdaşlar üzrə icazələrin ad, soyad və ya ata adı daxil edilərək axtarılması imkanı da yaradılıb.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 901 min telefon nömrəsindən 2 milyon 289 min SMS göndərilib ki, bunlardan da təqribən 1 milyon 219 mini, yəni 53 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 98 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb: “Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız zərurət yarandığı halda bu xidmətlərdən istifadə etmək tövsiyə olunur.

SMS sistemi vasitəsi ilə icazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək”.

Mənbə: apa.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun