Rezidentlik sertifikatının alınması haqqında Ərizə

posted in: Vergi, Xidmət, Xəbər | 0

rezidentlikXidmətin adı: Rezidentlik sertifikatının alınması haqqında Ərizə (DTA-01 Forması)

Xidmətin göstərilməsi üçün tələb olunanlar: 

– VN tərəfindən verilmiş gücləndirilmiş elektron imza

Xidmətin göstərilməsinə əsas verən normativ sənədlər: 

  • VM-nin 24-cü maddəsi – VN Kollegiyasının 12.06.2017-cü ilə tarixli 1717050000009300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı Qaydaları” və müvafiq sənədlərin doldurulması qaydaları

Xidmətin göstərildiyi yer: İnternet Vergi İdarəsi (www.etaxes.gov.az)

Müraciəti emal edən struktur vahidi:

ərazi prinsipi nəzərə alınmaqla Naxçıvan MR VNnin struktur bölmələri, MGD-nin Bəyannamələrə nəzarət və kameral vergi yoxlamaları şöbələri, BŞLGDnin, BŞKSİD-nin, ƏVD-nin və ƏVİnin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları idarələri, RVŞ-nin İqtisadi təhlil və kameral vergi yoxlamaları bölmələri

İcra müddəti: Sənədlər daxil olduğu gündən sonra 20 iş günü – əlavə araşdırıl masına vaxt tələb edildikdə 20 iş günü

Xidmətin nəticəsində təqdim edilən sənədlər: – Rezidentlik sertifikatı

Elektronlaşdırma səviyyəsi: Tam elektronlaşıb

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

İşsiz və məşğul şəxs kimlər hesab edilir? Kimə ödəniş verilir?

posted in: Xəbər | 0

işsiz məşğul şəxslərİşsiz və məşğul şəxs kimlər hesab edilir? Kimə ödəniş verilir?

Bu yazımızda son günlərin ən aktual məsələlərindən biri olan işsiz və məşğul şəxslər barədə izah verməyə çalışacağıq.

Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planı ilə müvafiq olaraq Dövlət Məşğulluq Xidmətində qeydiyyata alınaraq işsiz statusu almış 200 min vətəndaşa birdəfəlik olmaqla işsizlik müavinətinin – 190 manatın 2 ay (aprel və may) müddətinə ödənilməsi müəyyən edildi.

Bu səbəbdən də artıq işsiz statusu alaraq 190 manat məbləğində birdəfəlik müavinəti 2 ay müddətində əldə etmək istəyən vətəndaşlar e-sosial.az saytında qeydiyyatdan keçməyə başladı.

Bəs işsiz şəxs anlayışı kimlərə aiddir?

Bu suala ən aydın anlayışı qanunvericilik bildirmişdir. Belə ki, işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs sayılır. Daha dəqiq desək, ölkə üzrə əmək qabiliyyətli yaş 15 yaş hesab edilir və səlahiyyətli qurum Dövlət Məşğulluq Xidmətidir.


Teleqram qrupumuza üzv olun


Məşğul şəxslərə isə aşağıda göstərilən şəxslər aiddir:

– əmək müqaviləsi ilə işləyənlər

– mülki-hüquqi (xidməti) müqavilə ilə ödənişli olaraq iş və ya xidmət göstərənlər

– sahibkarlar

– kənd təsərrüfatına yararlı torpaq payının mülkiyyətçiləri və ailə kəndli təsərrüfatının üzvləri

– haqqı ödənilən vəzifəyə seçilən və ya təyin edilənlər (deputat, bələdiyyə sədri və s)

– Silahlı Qüvvələrdə xidmət edənlər

– ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alanlar

– Qanuni əsaslarla bu ölkədə əmək fəaliyyəti ilə məşğul olan əcnəbi və vətəndaşlığı olmayanlar

– Ölkə ərazisindəm kənarda əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlar.

Qeyd edək ki, yaşa görə pensiya və ya müavinət alan şəxslər də dolayısı ilə işsiz kimi qeydiyyata alınmırlar.

Buna baxmayaraq qeyd etmək lazımdır ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 7 aprel 2020-ci il tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz  kimi qeydiyyatda  olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na görə aşağıdakı şəxslərə 190 manatlıq müavinət verilmir:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə;

– əmək pensiyaçılarına;

– aylıq müavinət alanlara;

– aylıq təqaüd alanlara;

– özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə;

– işsizlikdən sığorta ödənişi alanlara;

– peşə hazırlığına görə təqaüd alanlara;

– 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə;

– əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya aktiv əmək müqaviləsi bildirişi olanlara;

– əri və ya arvadı göstərilən bu ödənişlərdən birini alan şəxslərə.

Qeyd edək ki, birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir.

Xatırladaq ki, ikinci ay üçün ödəmə təkrar yoxlama aparılıb, status təsdiqləndikdən və ilk ödəmədən 30 gün keçdikdən sonra aparılacaq.

Müəllif: Praktiki Hüquqşünas / Şəhriyar Həbilov


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi

posted in: Xəbər | 0

“ASAN Xidmət” hüquqi və fiziki şəxslərə növbəti dəfə xəbərdarlıq etdi.

Asan XidmətPrezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi növbəti dəfə hüquqi və fiziki şəxslərə xəbərdarlıq edib.

Dövlət Agentliyindən verilən məlumata görə, “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların növbəti dəfə təhlili zamanı müəyyən edilib ki, bəzi hüquqi və fiziki şəxslər 2020-ci il 8 aprel tarixində edilmiş xəbərdarlıqdan nəticə çıxararaq icaze.e-gov.az portalından əsassız və lüzumsuz olan 50 000-dək icazəni ləğv edib.

Bununla belə, bir sıra hüquqi və fiziki şəxslər tərəfindən əmək və ya xidmət müqaviləsi olmadan qeydə alınmış 100 000-dən çox icazənin icaze.e-gov.az portalında aktiv qalması müəyyən edilib.

Ötən müddət ərzində portal daha da təkmilləşdirilib, istifadəçilər üçün yeni funksional imkanlar yaradılıb, fiziki və hüquqi şəxslərə sistemə yerləşdirdikləri şəxslərlə olan hüquqi münasibətlərinin (əmək və xidmət müqaviləsi) konkret qeydiyyatını aparmağa şərait yaradılıb.

Hüquqi şəxslərin vəzifəli şəxslərindən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən tələb olunur ki, 2020-ci il 13 aprel tarixinədək portalın yeni funksional imkanlarından istifadə edərək əvvəllər sistemə daxil etdikləri şəxslər arasından xidmət müqavilələri bağladıqları şəxslərin qeydiyyatını aparsınlar.

Hüquqi və fiziki şəxslər tərəfindən əmək müqavilələri və ya icaze.e-gov.az portalında qeydiyyatı aparılmış xidmət müqavilələri olmadan qeydə alınmış icazələr 2020-ci il 13 aprel tarixindən etibarən avtomatik rejimdə ləğv ediləcək.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Prezident: “Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”

posted in: Xəbər | 0

Prezident: “Digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”

icbari tibbi sığorta

“Sirr deyil ki, koronavirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına zərbə vurub”.

Bunu Prezident İlham Əliyev Türk Şurasının videokonfrans vasitəsilə keçirilmiş fövqəladə Zirvə görüşündə bildirib.

“Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla bağlı problemləri həll etmək və həm də makroiqtisadi və maliyyə vəziyyətimizi sabit saxlamaq üçün 2,5 milyard manat və yaxud təqribən 1,5 milyard ABŞ dolları vəsait ayrılıb. Pandemiyanın ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə Nazirlər Kabineti Tədbirlər Planı hazırlayıb və təsdiq edib.

Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, görərik ki, 600 minə yaxın insan bu vəziyyətdən daha çox əziyyət çəkir. Sahibkarlara müraciət olunub ki, iş yerləri ixtisar edilməsin. 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödəyəcək. Həmçinin dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaqdır. Bu proqramlar ümumilikdə 600 minə yaxın insanı əhatə edir. Ümumilikdə dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edilib.

İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yeri yaradılacaq. Qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələrə başlanıb.


Teleqram qrupumuza üzv olun


Banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat və yaxud təqribən 300 milyon ABŞ dollar kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq. Dövlət zəmanəti olmayan 1 milyard manat, təqribən 600 milyon dollar həcmində mövcud bank kreditləri üzrə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq. Bunun üçün dövlət büdcəsindən 50 milyon manat və yaxud təqribən 30 milyon dollar vəsait ayrılıb.

Bu tədbirin əsas məqsədi pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir. Sosial təcrid tədbirləri nəticəsində əhali tərəfindən elektrik enerjisi sərfi artıb. Bunu nəzərə alaraq kommunal ödəmələrə güzəşt edilib. Bu proqramlar dövlətin dəstəyinin yalnız bir hissəsidir və digər dövlət dəstəyi mexanizmləri üzərində hazırda iş aparılır”, – Prezident qeyd edib.

Mənbə: report.az



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun