İtaliya maliyyə fəlakəti astanasındadır

posted in: Xəbər | 0

İtaliyaİtaliya maliyyə fəlakəti astanasındadır.

İtaliya hökuməti pandemiya dövründə maliyyə fəlakəti ilə üzləşən ölkə iqtisadiyyatının vəziyyətini düzəltmək üçün 740 milyard avro ayırmağı vəd edib. Amma milli qanunvericiliyin özəlliyi səbəbi ilə ölkə şirkətləri ola bilsin ki, bu yardımı hələ çox gözləməli olacaqlar/ Bunun özü isə bütün ölkə üçün maliyyə fəlakətinə çevrilə bilər. Bu haqda Bloomberq saytı yazıb.

Hökumət proqramı bir neçə mərhələyə bölünür: ilk iki mərhələdə biznesə dəstək məqsədilə hər biri 25 milyard avroluq yardım zərfi ayrılmalıdır. Həmin məbləğlər banklar vasitəsilə köçürülməlidir ki, bu da onların sənədləşdirilməsini uzada bilər. Bu səbəbdən onu alacaq ünvanlar mövcud olmaq üçün maliyyəsiz qala bilərlər.

“Banklar kreditlərin rəsmiləşdirilməsi zamanı standart prosedurlara riayət etməlidirlər. Onlar müəyyən maliyyə riski daşıyırlar. İndi banklar öz adi yüklənmələrinin 30 faizi həcmində işləyirlər. Həmin səbəbdən bütün bu proses aylarla çəkə bilər”, – Milandakı Bakkoni universitetinin biznes-strategiyası üzrə professoru Karlo Alberto Karnevale Maffe belə söyləyib.

Haqqında söhbət gedən risklər borcalanın ödəniş qabiliyyətinin mümkün olmayacağını nəzərə almaqdan ibarətdir – baxmayaraq ki, kreditlər məqsədli xarakter daşıyır. Məhz, ən çox zərər çəkmiş firmaların maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Avropa Mərkəzi Bankının tələblərinə əsasən, proqramda iştirak edən kommersiya bankları verilən kreditlər üçün bütün zəruri ehtiyatlar yaratmağa məcbur olacaqlar ki, bu da onların göstəricilərinə mənfi təsir göstərəcək və ayrı-ayrı hallarda tənzimləyicinin normativlərinə riayət etməyə imkan verməyəcəkdir.

İtaliyanın baş naziri Cüzeppe Konte, tənqidlərə cavab olaraq, bürokratik prosedurların minimuma endirildiyini söyləyib.

“Banklar bizə deyirlər: əgər sizə adi kredit lazımdırsa, siz onu dərhal ala bilərsiniz. Yox, əgər güzəştli kredit almaq istəyirsinizsə, onda gözləmək lazım gələcək”, – Novation Tech SpA şirkətinin icraçı direktoru Luka Businaro belə deyir.

O, hökumətin SACE dövlət ixrac kredit agentliyi vasitəsilə biznesə 200 milyard avro həcmində kreditlər üçün təminat verəcəyi planlarına istinad edir. Businaronun sözlərinə görə, pul yalnız iyun və ya iyul aylarında daxil ola bilər, çünki bir çox razılaşdırmalardan keçmək tələb olunur. Bundan başqa, hökumət proqramının tam yerinə yetirilməsi üçün bir sıra qanun və normativ aktların qəbul edilməsi vacibdir.

Nəşr, 6 apreldə biznesi stimullaşdırma elanından sonra dörd banka müraciət edən Romada yerləşən Donati Spa şirkətindən Angelica Donatinini nümunə gətirir. Onların heç birinin mart ayında təsdiq edilmiş hətta köhnə tədbirlərin həyata keçirilməsi qaydası barədə məlumatı yox idi. UniChess şirkətinin sahibi Roberto Moranzini isə bəyan edib ki, bank hətta bir həftə sürən danışıqlardan sonra belə ona kömək edə bilməyib.

İtaliyanın ləngliyi Almaniyanın operativliyi ilə ziddiyyət təşkil edir. Berlində, freelancer-lərə və kiçik şirkətlərə artıq təxminən 1,3 milyard avro ödənilmişdir. Yalnız bir neçə gün ərzində təxminən 140 min ərizə emal olunmuşdur. Bəzi hallarda isə pullar 24 saat əzində daxil olmuşdur.  Oxşar problemlər İngiltərədə də yaşanmışdır. Belə ki, orada bu dəstəyi müəssisələrin yalnız 1%-i ala bilib. ABŞ-da borc emalı platforması gecikmə və texniki problemlərlə işləyir.

Bir çox kiçik biznes sahibləri isə hətta əlverişli şərtlərlə kredit götürmək istəməyərək, öz fəaliyyətlərini dayandırmağa üstünlük verirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Orta aylıq əmək haqqının artım faizi məlum oldu

posted in: Xəbər | 0

orta aylıq əmək haqqıAzərbaycanda orta aylıq əmək haqqı 28% artıb.

Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 107,2 min nəfər və yaxud 7% artaraq 1 641,5 min nəfər olub.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bunun 911,4 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 730,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 20,5%-i təhsil, 18%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1%-i sənaye, 8,2%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,9%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 13%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% artaraq 712,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahıları təqdim edilib

posted in: Vergi, Xəbər | 0

Maliyyə dəstəyi Vergi ödəyiciləriİqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi proqramlarının icrası davam etdirilir. Prosesin şəfaflığının təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahılarını təqdim edir. (siyahılar mütəmadi olaraq yenilənəcək). İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi saytlarında yerləşdirilmiş aşağıdakı keçidlərdən istifadə etməklə bu siyahılarla tanış olmaq mümkündür:

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti: https://bit.ly/34CBkEw

Qeyd edilməlidir ki, bu linklərdən istifadə etməklə vergi ödəyiciləri, həmçinin, pandemiyadan zərər çəkmiş sahələr, bu sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, eləcə də digər faydalı məlumatlarla tanış ola bilərlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb

posted in: Vergi, Xəbər | 0

Vergi stimulları“Vergi stimulları qanunvericilik paketi üzrə iş başa çatdırılıb”

“Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir”

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Müşavirədə İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək deyib:

2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirdi. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.

Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır.

Sizin tapşırığınıza əsasən, tədbirlər planına uyğun olaraq məruzə edirəm ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Onun ilkin nəticələrini, bu günə olan rəqəmləri məruzə etmək istərdim. Belə ki, muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək.

Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib.

Vergi stimulları -nı özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb.

Göstərişinizə uyğun olaraq, dövlət investisiya proqramı çərçivəsində iqtisadi artımın bərpa edilməsinə yönəlmiş layihələri təhlil edirik. Bu gün Sizin verdiyiniz tapşırığa uyğun olaraq, həmkar qurumlarla birlikdə çalışaraq qısa müddət ərzində məlumatı diqqətinizə təqdim edəcəyik.

Mənbə: marja.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun