Bu hallarda verilmiş maliyyə dəstəyi şirkətdən geri alınacaq

posted in: Xəbər | 0

Bu hallarda verilmiş maliyyə dəstəyi şirkətdən geri alınacaq.

maliyyə dəstəyiİqtisadiyyat Nazirliyi işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər davam edir.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, aprelin 16-na muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş 15.511 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 31.180 fərdi (mikro) sahibkar, cəmi 46.691 vergi ödəyicisi müraciət edib.

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi layihəsi çərçivəsində müraciət etmiş 15.511 vergi ödəyicisində çalışan muzdlu işçilərin sayı 169.069 nəfərdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən bu müraciətlərdən 134.472 işçini əhatə edən 13.075 vergi ödəyicisinin müraciətləri araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin vergi ödəyicilərinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir.

İndiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 61,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 11.567 vergi ödəyicisinə 123.343 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 28,17 mln. manat vəsaitin köçürülməsi təmin edilib.

Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 31.180 vergi ödəyicisindən müraciət daxil olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 29.946 müraciət araşdırılaraq təsdiq edilib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Bu proqram üzrə indiyədək təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 23,2 mln. manat təşkil edir. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən maliyyə dəstəyi çərçivəsində 18,65 mln. manat vəsaitin 22.949 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsi təmin olunub.

Bununla yanaşı, İqtisadiyyat Nazirliyi koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar maliyyə dəstəyi göstərilmiş sahibkarlıq subyektlərində işçi sayının ixtisarına yol verilməməsi haqqında xəbərdarlıq edib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisinin müavini Elşən Rəhimli bildirib ki, pandemiyanın yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əmək haqlarının azaldılması hallarına yol verilməməlidir. Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi sayının azaldılmaması, habelə dövlət tərəfindən verilmiş maliyyə dəstəyinin işçilərin əmək haqlarına və sosial sığorta ödəmələrinə yönəldilməsi ciddi nəzarətdə saxlanılır. Maliyyə dəstəyinin göstərildiyi vergi ödəyicilərində bu şərtlərə əməl edilməməsi hallarına yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı qanunvericilik çərçivəsində müvafiq tədbirlər görüləcək, verilmiş dövlət maliyyə dəstəyinin geri alınması təmin ediləcəkdir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu il özəl sektorda əmək müqavilələrinin sayında olan artım məlum olub

posted in: Xəbər | 0

Bu ilin əvvəlindən əmək müqavilələrinin sayında 80 min artım olub.

əmək müqavilələri əmək müqaviləsiPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq kölgə iqtisadiyyatına, qeyri-formal məşğulluğa qarşı həyata keçirilən kompleks mübarizə tədbirləri əmək müqavilələrinin sayının artmasına da imkan verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininin xidməti olan “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 80 min artıb.

Qeyd edək ki, pandemiya ilə əlaqədar qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi, özəl sektorda iş yerlərinin qorunması diqqətdə saxlanılır. Bu məqsədlə Nazirlik tərəfindən “Əmək müqaviləsi bildirişi” e-sistemi üzərindən əvvəlcədən işəgötürənlərə müvafiq bildiriş-xəbərdarlıq göndərilib, gündəlik nəzarət aparılır.

Bu sektorda iş yerlərinin qorunması, xüsusilə də əmək müqavilələrinin sayının artması işəgötürənlərin sosial həmrəylik prinsipinə sadiqliyini göstərir.

İşəgötürənlə işçi arasında bağlanan əmək müqaviləsi işçinin əmək və sosial hüquqlarının yaranmasına və müdafiəsinə əsaslı hüquqi təminat yaradır.

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Etibarnamə”ni necə yazmalı?

posted in: Xəbər | 0

Etibarnamə“Etibarnamə”ni necə yazmalı??


Etibarnamə ərəb mənşəli “etibar” və fars kəlməsi olan “namə” sözlərindən düzələrək, bir şəxsin və ya idarənin adından iş görmək üçün verilən rəsmi sənəddir. “Etibar” ərəbcə çoxmənalı sözdür: a) nəzərə almaq, əhəmiyyət vermək: b) hörmət və nüfuz: c) etimad. “Namə” isə farsca məktub, əsər mənasındadır. Bütövlükdə etibarnamə zaminlik kağızı, etibaretmə sənədi mənası verir.

Etibarnamənin mahiyyəti. Etibarnamə hər hansı bir işin icrasını bir tərəfin (etibar edən, etibarnaməni verən) başqa bir nəfərə (etibar edilənə, etibarnamə alana) etibar etdiyini bildirən sənəddir. Sənəd hüquqi əhəmiyyət daşıyır. Etibar edilən şəxs etibar edilən işi icra etməyə borcludur. Hər hansı bir səbəbdən iş icra edilə bilmədikdə, etibar edənə mütləq məlumat verilməlidir.

Etibarnamənin məzmunu. Etibarnamələr müxtəlif məzmunda ola bilər. Səlahiyyət həcminə görə etibarnamələrin 3 növü qeyd edilir:

Konkret bir işi görmək üçün birdəfəlik etibarnamə verilir. Buna birdəfəlik etibarnamə deyilir. Bir nəfər imkanı olmadığı üçün əmək haqqını, ev orderini, mükafatı ala bilmədikdə istədiyi adama etibarnamə verir ki, bu, birdəfəlik etibarnamə adlanır.

Xüsusi etibarnamə müəssisə rəhbəri tərəfindən müəssisənin hüqüq məsləhətçisinə verilir. Arbitraj – iqtisad məhkəməsində etibar edilən şəxs etibarnaməni qeydiyyatdan keçirərək təmsil etdiyi müəssisənin hüquqlarını, mənafeyini qoruyur.

Bundan əlavə, ümumi və baş etibarnamə də vardır ki, bu etibarnamənin səlahiyyəti daha böyükdür. Son vaxtlar belə etibarnamələr daha çox avtomobillər üçün verilir. Baş etibarnamə mülkiyyətin başqa növlərini də idarə etmək üçün verilə bilər. Məsələn, sürülərin, evlərin və başqa əmlakın idarə edilməsi üçün verilən etibarnamələr 3 il müddətinə verilir. Əgər etibarnamədə idarəetmə müddəti göstərilməyibsə, onda həmin etibarnamə verildiyi gündən bir il keçdikdən sonra öz əhəmiyyətini itirmiş olur. Etibarnaməni verən şəxsin ünvanı, habelə pasport və ya onu əvəz edən sənəd haqqında məlumat, etibarnaməni alanın adı, atasının adı və soyadı, ünvanı haqqında məlumat da etibarnamənin məzmununa aiddir.

Etibarnamənin forması. Etibarnamənin (xüsusən də baş etibarnamənin) xüsusi forması olur və notarius tərəfindən təsdiq edilir. Birdəfəlik etibarnamə vəkalətnaməyə çox oxşayır. Birdəfəlik etibarnamədə vərəqin ortasında «Etibarnamə» sözü yazılır. Aşağıdakı sətirdə sol tərəfdə etibarnamənin yazıldığı şəhər, həmin sətirdə, vərəqin sağ tərəfində etibarnamənin verildiyi tarix göstərilir. Etibarnamənin məzmunu qurtardıqdan sonra etibar edən şəxs onu imzalayır. Əgər tərəflər bir müəssisədəndirlərsə, müəssisənin kadrlar şöbəsinin rəisi və ya rəhbəri tərəfindən, əgər tərəflərlər müxtəlif idarə və təşkilatlara aiddirlərsə, onda etibarnaməni notarius təsdiq edir.

Faylı yükləyin:  Etibarnamə-Nümunə (1390 downloads )


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tədbirlər Planı ölkədə biznesin gələcək inkişafı üçün etibarlı stimul yaradır

posted in: Xəbər | 0

Tədbirlər Planı ölkədə biznesin gələcək inkişafı üçün etibarlı stimul yaradır


Prezident İlham Əliyevin “Koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamına əsasən, iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramların hazırlanmasını və icra edilməsini biznes ictimaiyyəti böyük razılıqla qarşılayıb.

Bəşir Yusifov, “Forella” MMC-nin maliyyə direktoru: “Pandemiyanın mənfi təsirini hiss edən sahələrdən biri də mebel sektorudur. Əsas çətinliyimiz mebel mağazalarının bağlanması və satışın, demək olar ki, sıfıra düşməsi ilə bağlıdır. Onlayn satış mebel sektoru üçün o qədər praktik deyil və bizim ölkədə geniş yayılmamışdır. Karantin müddəti uzandıqca istehsal gücü get-gedə azaldılmağa davam edir, artıq anbarlar məhsullarla doludur.

Koronavirusa görə mebel ixracı da dayanıb. ABŞ, Qırğızıstan, Gürcüstan, Rusiya ilə ixracla bağlı müqavilələrimiz var. İndi bütün ölkələr karantin rejimindədir. Tələbat azaldığı üçün, təbii ki, biz də istehsalı müəyyən qədər azaltmışıq. Lakin, işlərimiz azalsa da, işçiləri ixtisar etməmişik. Onların hər biri ilə görüşüb söhbət apararaq, dövlət dəstəyinin mahiyyətini onlara izah etmişik. İşçilərdə əminlik yaratmışıq ki, heç bir işçi iş yerini itirməyəcək.

Nazirlər Kabinetinin müəyyənləşdirdiyi Tədbirlər Planı ölkədə biznesin davam etməsi və gələcək inkişafı üçün etibarlı stimul yaradır. Həmişəki kimi, bu çətin günlərdə də vətəndaşların yanında olan, iş adamlarının qayğılarını nəzərə alan dövlətimizə və dövlətimizin başçısına arxalanırıq”.

Adil Quliyev, “Masal-944” MMC-nin direktoru: “Dövlət tərəfindən həyata keçirilən proqramlar pandemiyadan zərər çəkmiş sahələrdə çalışan minlərlə muzdlu işçinin əməkhaqqının ödənilməsi üçün böyük maliyyə dəstəyi təmin edir.

Ölkədə xüsusi karantin rejimi elan olunduğuna görə rəhbəri olduğum müəssisənin və orada çalışan işçilərin karantin rejiminə uyğun olaraq fəaliyyəti tam dayandırılıb. Buna baxmayaraq, ölkə rəhbərinin çağırışına qoşularaq işçilərimizin iş yerlərini və aylıq əməkhaqqını tam saxlamışıq.

Müəssisəmiz, əsasən ofis ləvazimatlarının, məktəb və uşaq baxçası üçün mebel və avadanlıqların satışı ilə məşğul olur. Bu fəaliyyət növü də koronavirus pandemiyasından zərər çəkmiş sahəyə aid olduğu üçün işçilərə əməkhaqqının ödənilməsinə görə dövlət tərəfindən bizə maliyyə yardımı göstərilib və işçilərin əməkhaqqı tam ödənilib.

Buna görə dövlət başçısına bir sahibkar kimi öz adımdan, işçilərimiz və onların ailə üzvləri adından minnətdarlığımı bildirirəm.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun