“Nizamnamə”ni necə yazmalı?
«Nizamnamə» sözü “nizam” (ərəb) və “namə” (fars) sözlərinin birləşməsindən əmələ gəlib, hər hansı bir şeyin icrası, tətbiqi üçün düşünülmüş qayda, qanun, hökm kimi mənaları ifadə edir.
Məsələn: Nizamnamə üzrə hərəkət etmək – hər hansı təşkilatın fəaliyyətini, quruluşunu müəyyən edən qanunlar toplusuna riayər etmək deməkdir. Hər bir qurumun, təşkilatın özünəməxsus nizamnaməsi olur. Məsələn: Partiya nizamnaməsi, Gənc Müəllimlər Birliyinin nizamnaməsi, Səhmdar cəmiyyətin nizamnaməsi və s.
Nümunə
Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin
NİZAMNAMƏSİ
- Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyi müstəqil fəaliyyət göstərən könüllü, kütləvi, ictimai-siyasi təşkilatdır.
- Birlik Gürcüstan vətəndaşlarını mənşəyindən, yaşayış yerindən, siyasi mənsubiyyət və baxışlarından, sosial və əmlak vəziyyətindən asılı olmayaraq könüllülük əsasında birləşdirir.
- Birliyin təsisçiləri qismində onun vəzifələrini həyata keçirmək istəyən və bacaran ayrı-ayrı şəxslər müxtəlif ictimai qurumlarda çıxış edə bilərlər.
- Təsisçi cəmiyyətlərin nümayəndələri Birliyin rəhbər orqanlarına seçilə bilərlər.
- Birliyin üzvü olmayan Gürcüstan vətəndaşları, əmək kollektivləri, tədris müəssisələri, səhmdar cəmiyyətləri, ruhani idarələri, ictimai təşkilatlar və həmçinin xarici ölkə vətəndaşları və təşkilatları könüllülük əsasında birliyin işində iştirak edə bilərlər.