İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edildi

posted in: Xəbər | 0

İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edildi.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik İnzibati Xətalar MəcəlləsiRəisin şərəf və ləyaqətini alçaltmaya görə cəzalar müəyyənləşib.

İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə Məcəlləyə yeni 41-ci fəsil əlavə edilir.

Yeni fəsilin 610-cu maddəsində (Rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin şərəf və ləyaqətini alçaltma) qeyd edilib ki, rəisin, yaxud hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar şərəf və ləyaqətini alçaltmaya görə 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Sənədin yeni 611-ci maddəsində (Tabelikdə olan hərbi qulluqçunun şərəf və ləyaqətini alçaltma) isə bildirilib ki, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsin şərəf və ləyaqətini alçaltmaya görə on gündən iyirmi günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Bundan əlavə, sənədin yeni 612-ci maddəsində (Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) bildirilib ki, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma, yəni bir hərbi qulluqçunun digərinin şərəf və ləyaqətini alçaltması və ya ona zor tətbiq etməsinə görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmçinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantları arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsə qarşı zor tətbiq etməklə, yaxud hədə-qorxu tətbiq etməklə özgənin az miqdarda əmlakını və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə bir aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.

Məcəlləyə dəyişikliklər müzakirələrdən sonra III oxunuşda qəbul edilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb

posted in: Müqavilələr, Xəbər | 0

Nazirlik: Bu il əmək müqavilələrinin sayında 100 minə yaxın artım qeydə alınıb.

əmək müqavilələriPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğuluq imkanlarının artırılması və qeyri-formal məşğulluğun qarşısının alınması, formal məşğulluğa keçidin stimullaşdırılması istiqamətində görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında artımın davam etməsinə imkan yaradıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Nazirliyin “Əmək müqaviləsi bildirişi” e-sistemindən əldə olunan məlumata əsasən, əmək müqavilələrinin sayı bu ilin əvvəlindən 1 may 2020-ci il tarixədək 98 min artıb. Əmək müqavilələrində artımın 88 mini özəl sektorun payına düşüb.

Pandemiya ilə əlaqədar iş yerlərinin və əməkhaqlarının qorunması istiqamətində  Nazirlik tərəfindən işəgötürənlərlə, o cümlədən sahibkarlarla mütəmadi işlər aparılıb. Bu istiqamətdə e-sistem üzərindən gündəlik nəzarət həyata keçirilib. İş yerlərinin qorunması təmin edilməklə, eyni zamanda, əmək müqavilələrinin sayında ciddi artımın baş verməsi işəgötürənlərin, həmçinin sahibkarların sosial məsuliyyət prinsipinin daha da gücləndiyini və mövcud şəraitdə sosial həmrəyliyə fəal dəstəyini ifadə edir.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Naxçıvanda Maliyyə Nazirliyi mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr üçün videotəlim keçib

posted in: Xəbər | 0

Naxçıvanda Maliyyə Nazirliyi mühasibat uçotu ixtisası üzrə təhsil alan tələbələr üçün videotəlim keçib.

Maliyyə NazirliyiTədris planına uyğun olaraq muxtar respublikanın Maliyyə Nazirliyinin əməkdaşlarının Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri ilə videogörüşü təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən Naxçıvan bürosuna bildirilib ki, görüşdə Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat uçotu ixtisası üzrə təhsil alan üçüncü kurs tələbələri iştirak edib.

Nazirliyin baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərov “Büdcə təşkilatlarında maliyyə hesabatlarının mühasibat uçotunun beynəlxalq standartlarına uyğun hazırlanması” mövzusunda videotəlim keçib.

Videotəlimdə mühasibat uçotunda hesab anlayışı, müxabirləşmələr, büdcə təşkilatları üçün hesablar planının tətbiqi, maliyyə hesabatlarının formaları və tərtib edilməsi barədə tələbələrə elektron materiallar əsasında ətraflı məlumat verilib.

Mənbə: azertag.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Şirkətdə əməkdaşlar bir-birinin maaşını bilməlidirlərmi?

posted in: Məqalə, Xəbər | 0

Şirkətdə əməkdaşlar bir-birinin maaşını bilməlidirlərmi?

maaşƏminəm ki, bu suallar zaman – zaman bir çoxumuzu maraqlandırıb və bu mövzu ilə bağlı hər kəs müxtəlif fikirlərə sahibdir. Bir çox şirkətlər əmək haqqı məlumatlarının şirkət daxili gizli saxlanılması ilə bağlı sərt qaydalar tətbiq edirlər.

Yəni bir işçinin maaşı haqqında məlumatı digər işçilər ilə bölüşməsinə icazə verilmir və maaş məlumatlarına çox az sayda əməkdaşın çıxışı olur (baxmayaraq ki bunun qarşısını tam olmaq yenə də mümkün olmur, işçilər bəzən öz aralarında bu məlumatları bölüşürlər). Şirkətlər də var ki bu mövzu ilə bağlı hansısa qaydalar tətbiq etmirlər.

Fikrimcə burda tək bir yol izləmək çətindir və fikirlər müxtəlifdir. Hər yanaşmanın öz mənfi və müsbət tərəfləri vardır. Lakin təcrübədə qarşılaşdığım hal o olub ki, işçilər bir çox hallarda öz gördüyü işləri və əməkhaqlarını digərləri ilə müqayisə edirlər.

Heç kəs öz gördüyü işi və nəticəsini başqasının gördüyü işdən və nəticədən aşağı qəbul etmir və öz əmək haqqını hər zaman özü ilə oxşar işləri görən digər şəxslər ilə müqayisə edir. Oxşar işləri görən digər əməkdaş ondan cüzi də olsa artıq əmək haqqı alırsa, bu halda bu hal işçilər arasında narazılıq və demotivasiya yaradır.

Düşünün ki, siz iş axtarırsınız, əmək haqqı gözləntiniz aylıq 1000 AZN-dir. Bir müddət sonra siz o arzusunda olduğunuz işi tapırsınız. Daha sonra öyrənirsiniz ki, sizinlə eyni vəzifədə olan, oxşar işləri görən bir neçə əməkdaş 1200 AZN əmək haqqı alır. Bu zaman müqayisə edirsiniz və baxmayaraq ki, gözlədiyiniz əmək haqqı məbləğinə uyğun iş tapmısınız, yenə də oxşar işləri görən digər əməkdaşların sizdən daha çox əmək haqqı alması faktı sizi narahat edir. Həvəsdən düşürsünüz və düşünürsünüz ki, sizə qarşı ədalətsizlik edilib.

Bununla bağlı uzun-uzun müzakirələrin getdiyinin, konfliktlərin və narazılıqların dəfələrlə şahidi olmuşam.

Dyuk Universiteti professoru, Davranış İqtisadçısı (Behaviroal Economist) Dan Ariely bu mövzuyla bağlı öz kitabında belə izah edir:

Böyük bir investisiya şirkətinin rəhbəri ilə görüş zamanı O bildirmişdi ki, bir dəfə əməkdaşlarından biri öz əmək haqqı məbləğinin az olması ilə bağlı ona şikayət etməyə gəlmişdi və O həmin əməkdaşa nə qədər müddətdir ki, şirkətdə çalışdığını soruşduqda, işçi bildirmişdi ki, universiteti bitirdiyi vaxtdan, toplamda 3 ildir, burada çalışır. Növbəti sualı isə, bura gələrkən 3 il ərzində nə qədər məbləğ əmək haqqı almaq səni qane edirdi? İşçi isə cavabında təqribən 100 000 $ deyib. Bəs sən nə qədər əmək haqqı almısan? 300 000 $.

Bəs o zaman nədir şikayətin? İşçinin cavabı isə belə olub. Yanımda çalışan məndən heç də daha ağıllı olmayan bir neçə əməkdaş 310 000 $ qazanıb.

İnsanlar özlərini başqalarından daha yüksək qiymətləndirir

Oxuduğum məqalələrin birində Avstraliyada şirkət əməkdaşları arasında keçirilən bir sorğunun nəticələri ilə qarşılaşmışdım. Sorğuda iştirak edən işçilərin 86 %-i, özlərinin digər oxşar işləri görən işçilərdən daha yaxşı nəticə ortaya qoyduğunu iddia etmişdilər.

Xatırlayıram əvvəllər şirkətlərin birində belə bir qiymətləndirmə aparmışdım. Şirkətdə işçilər müəyyən kriteriyalar üzrə özlərini qiymətləndirmişdi (1 və 5 aralığında, pisdən yaxşıya doğru). Daha sonra isə eyni kriteriyalar üzrə rəhbərləri onları qiymətləndirmişdi. Cavablar çox təəccübləndirici idi.

Bəzi hallarda rəhbərin işçisinə bəzi kriteriyalar üzrə 2-3 olaraq verdiyi qiymətlərin əksinə, həmin işçi eyni kriteriya üzrə özünü 4-5 və bəzən isə bütün kriteriyalar üzrə 5 olaraq qiymətləndirmişdi.

Ümumi ortalamada bütün şöbələr üzrə işçilərin özlərinə verdiyi qiymətlər, rəhbərlərin həmin kriteriyalar üzrə onlara verdiyi qiymətlərdən daha yuxarı çıxmışdı.

İnsanlar çalışıb yaxşı nəticələr ortaya qoyduqda, əsasən səbəb kimi özlərinin ağıllı və çalışqan olduqlarını göstərirlər. Nəticələr pis olduqda isə bunun onların günahı ucbatından olmadığını bildirirlər. Bəhanələr tapmağa çalışırlar. Bəzən başqalarını günahlandırırlar. Eyni zamanda oxşar hallar ilə insanlar komanda şəklində çalışdığı hallarda da qarşılaşmaq mümkündür.

Komanda yaxşı nəticələr əldə etdikdə, hər kəs burda özünün böyük səyi və rolu olduğunu düşünür. Amma komandanın işinin nəticəsi pis olduqda heç kim özünü günahlandırmaq istəmir və digər komanda üzvlərini mühakimə etməyə başlayır və ya xarici digər faktorları səbəb kimi göstərir.

Bir misal ilə izah edim, şirkətdə çalışan satış təmsilçisi hər ay yaxşı satış edir və satış hədəflərinə çatır və hər zaman bunu öz səylərinin nəticəsi kimi izah edir. Amma müəyyən aylarda nəticələr aşağı olduqda bəhanələr gətirir, səbəb kimi xarici faktorları, iqtisadi vəziyyətin pisləşməsini və sair səbəblər göstərərək izah edir. Çox zaman problemi özündə axtarmır. Əminəm oxşar hallar ilə bir çoxumuz qarşılaşmışıq.

Gəlin çalışaq müqayisə etmək əvəzinə və ya başqalarını günahlandırmaq əvəzinə (çünki bu hər zaman məsələni həll etmir hətta daha da pisləşdirir) bir az da bunun həllini başqa yerlərdə axtaraq. Əlbət ki, müəyyən vaxtlar insanlar iş yerlərində müəyyən ədalətsizliklər ilə qarşılaşır. Bu qaçılmaz haldır. Amma hər zaman başqalarını günahlandırmaq doğru deyil. Yeri gəldikdə özümüzü tənqid (self-criticism) etməyi bacarmalıyıq. Bəlkə elə şeylər var ki, özümüzü dəyişdirmək ilə əldə edə bilərik.

Aldığımız əmək haqqını və ya işimizin nəticəsini digərləri ilə müqayisə etmək əvəzinə, özümüzə baxaq və öz sahəmiz ilə, yanaşmamız, xarakterimiz və ya davranışımız ilə bağlı nələri dəyişə və ya inkişaf elətdirə bilərik, bunlara nəzər yetirək. Bəlkə də ondan sonra məmnun olmadığımız bir çox məsələlər həllini tapacaqdır.

Digər məsələ isə, özümüzü müqayisə etdiyimiz iş yoldaşımızın qatdığı dəyərə, rəhbərimiz olan şəxsin gözü ilə baxmaq lazımdır. Bu çox önəmlidir. Biz bəzən buna baxmırıq. Filankəs nə iş görür ki, bu qədər əmək haqqı alır, sualını verən çox şəxs görmüşəm. O işçinin şirkətə qatdığı dəyərə onun rəhbərinin gözündən baxmaq lazımdır.

Əgər mən düşünürəmsə mən hamıdan yaxşıyam və ağıllıyam və düşünürəmsə mənim bütün uğursuzluqlarımın arxasında bəhanələr və ya kimlərinsə səhvləri dayanır, o zaman mənim özümü inkişaf elətdirməyim və vəziyyəti düzəltməyim heç zaman mümkün olmayacaqdır. Buna görə də çalışıb məsələlərə hərtərəfli baxmaq lazımdır.

Amma unutmamaq lazımdır ki, hər şeyi limitində etmək, balans saxlamağı bacarmaq da lazımdır. Yəni baş verən hər pis şeydə özünü günahlandırmaq və ya başqalarını özündən daha üstün görmək isə bir xəstəlikdir.

Mənbə: apa.az / Müəllif: Allahverdi Bağırov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun