Dövlət Vergi Xidmətinin hazırladığı yeni qayda banklara təqdim edilib

posted in: Xəbər | 0

banklarAzərbaycan Mərkəzi Bankı, Dövlət Vergi Xidməti və Azərbaycan Banklar Assosiasiyasına (ABA) üzv bankların rəhbər nümayəndələrinin, həmçinin nəzdində fəaliyyət göstərən “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvlərinin iştirakı ilə görüş keçirilib.

Görüş zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən hazırlanmış “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması” Qaydasının layihəsi, bununla əlaqədar banklar tərəfindən toplanmış, “Risklərin idarə edilməsi üzrə Ekspert Qrupu”nun üzvləri tərəfindən sistemləşdirilmiş təkliflər Dövlət Vergi Xidmətinin nümayəndələri ilə müzakirə edilib.

ABA tərəfindən verilmiş təkliflər əsaslandırılaraq Dövlət Vergi Xidmətinin diqqətinə çatdırılıb və qaydalara müvafiq olaraq əlavə və düzəlişlər edilməsi müzakirə edilib.

Qeyd edək ki, müzakirələr nəticəsində Qayda layihəsinin son versiyası hazırlanaraq banklara təqdim edilib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

posted in: Xəbər | 0

“Məcburi köçkün statusuna dair arayışın verilməsi” xidməti elektronlaşdırılıb

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, ölkəmizdə dövlət xidmətlərinin elektronlaşdırılması, dövlət informasiya ehtiyatlarının inteqrasiyası üzrə ardıcıl və məqsədyönlü iş aparılır. Nəticədə məmur-vətəndaş təması aradan qaldırılır,   şəffaflıq mühiti yaradılır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən bildirilib ki, Komitə ölkə rəhbərinin tələblərini yerinə yetirərək, vətəndaşların müraciətlərinə həssaslıq göstərir, müasir texnoloji yeniliklərdən istifadə etməklə bu sahədə işin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirir.

Belə tədbirlərdən biri “Məcburi köçkün statusuna dair arayışın verilməsi” üzrə xidmətin elektronlaşdırılmasıdır. İyul ayından  tətbiqinə başlanan bu elektron xidmət vətəndaşların vaxtına, komitənin isə resurslarına qənaət olunmasına şərait yaradır.

Qeyd edək ki, buna qədər məcburi köçkün statusunu təsdiq edən arayışı almaq üçün vətəndaşlar müvəqqəti qeydiyyatda olduqları rayonlar üzrə komitənin nümayəndəliklərinə  müraciət edirdilər. Yeni elektron xidmət vətəndaşlara heç bir yerə getmədən internet üzərindən müvafiq sənədi əldə etmək imkanı verir. Məcburi köçkün statusunu təsdiq edən arayışı elektron qaydada əldə etmək üçün “myGov” portalına daxil olmaq tələb olunur. “myGov” portalına “ASAN Login” sistemi üzərindən daxil olmaq mümkündür.

Portala daxil olmaq üçün istifadəçi FİN-i, “Asan imza”, elektron imzadan istifadə etmək olar. Bu xidmətlərdən istifadə ilə bağlı, “myGov” portalında yerləşdirilmiş təlimat videosunda məlumat ala bilərsiniz.

Portala daxil olduqdan sonra “Bütün xidmətlər” bölməsindən, “Qurumlar üzrə” altbölməsinə keçid edilir və “Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi” seçilir. Açılan pəncərədə “Məcburi köçkün statusu haqqında arayış” xidmətinin üzərinə klik etməklə elektron arayış əldə olunur. Arayışda vətəndaşın ad, soyad və təvəllüdü, məcburi köçkün statusu, məcburi köçkün vəsiqəsinin seriya nömrəsi, verilmə tarixi və son istifadə tarixi kimi məlumatlar əks olunur. Həmçinin, “Yüklə” düyməsini sıxaraq elektron arayışın PDF formasını əldə etmək mümkündür.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabineti üzərindən “eAgro”, “eSatınalma”, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilər. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 710 elektron xidmətə çıxış təmin olunub. Bundan başqa “myGov”da vətəndaşlara ilkin olaraq 18 növ bildiriş xidməti də göstərilir.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tailandda pandemiya səbəbindən əmlak vergisi 90% aşağı salınıb

posted in: Xəbər | 0

Tailandda pandemiya səbəbindən əmlak vergisi 90% aşağı salınıb

əmlak vergisiTailandın nazirlər kabineti koronavirus pandemiyasına görə zərər çəkmiş iqtisadiyyatın dəstəklənməsi üçün bütün 2020-ci il ərzində ölkədə daşınmaz əmlak vergisini 90% azaltmaq qərarına gəlib.

2019-cu ildə tətbiq edilən daşınmaz əmlak vergisi-nin (torpaq və tikililər üçün) azaldılması haqqında qərar qəbul edilib. Bundan əlavə, gəlir vergisinin ödənilməsi ilə bağlı müddət fevral ayından may ayına keçirilmişdi. Yəni, üç ay müddətinə təxirə salınmışdı. Daha sonra həmin müddətin daha iki ay, avqusta kimi uzadılması barədə də qərar qəbul olunub.

Bununla yanaşı, Tailand parlamentinin aşağı palatası bir qədər əvvəl iqtisadiyyatın sağlamlaşdırılması üçün fövqəladə büdcə haqqında üç qanun layihəsini təsdiqləyib. Bu məqsədlər üçün ümumilikdə 58 milyard dollar vəsait yönəldilmişdi. Ölkə Senatı da həmin sənədləri təsdiqləyib.

Onlardan birincisi hökumətə hüquqi və fiziki şəxslərə yardım etməyə və iqtisadiyyatın stimullaşdırılması üçün 34,9 milyard dollardan artıq borc vəsaitləri cəlb etməyə imkan verir. İkinci qanun layihəsi kiçik və orta biznes müəssisələrinə aşağı faizli kreditlərin verilməsinə 15,8 milyard dollardan artıq vəsait ayırmağa imkan verir. Üçüncü qanun layihəsi isə maliyyə sisteminin sabitləşdirilməsi və ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi üçün vəsait ayırır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlar üçün “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək

posted in: Xəbər | 0

Assosiasiyada effektiv menecmentSahibkarlar üçün “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcək

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə ASK komandasının moderatorluğu altında – biznesə dəstək təşkilatların, assosiasiyaların effektiv menecmenti və iş fəaliyyətinin daha səmərəli təşkili istiqamətində 6-11 iyul 2020-ci il tarixlərində, saat 09:30-11:00 aralığında, Zoom proqramı üzərindən video-konfrans formatında “Assosiasiyada effektiv menecment” mövzusunda seminar keçiriləcəkdir.

Onlayn seminarın əsas məqsədi, assosiasiya və biznesə dəstək təşkilatların işinin düzgün strategiya və fəaliyyət planı üzərində qurulması və nəticə etibarı ilə sahibkarlığın inkişafına töhvə verilməsindən ibarətdir.

Seminar zamanı aşağıda qeyd olunan mövzularla yanaşı digər məsələlər də müzakirə olunacaqdır:
• Təşkilatın strukturu;
• Dövlət-özəl dialoq;
• Lobbiçilik;
• Üzvlük;
• Beynəlxalq layihələr;
• Biznes xidmətlər;

Sizi sözügedən online seminarda iştirak etməyə dəvət edirik. 3 iyul tarixinə qədər göstərilən linkə daxil olaraq https://forms.gle/rYPPcU9e4nx7pCvp9 qeydiyyatdan keçməyinizi xahiş edirik.

Seminarda iştirak üçün link qeydiyyatdan keçmiş şəxslərə əlavə olaraq göndəriləcəkdir.

Mənbə: ask.org.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun