Şəhid ailəsi üçün nəzərdə tutulmuş təminatlar

posted in: Xəbər | 0

şəhid ailəsi təminatlarMövzuya keçməzdən əvvəl Vətən torpaqlarının müdafiəsi naminə Şəhidlik zirvəsinə çatan hərbçilərimizə ALLAH (c.c)dan rəhmət diləyirik.

Bu mövzu çərçivəsində şəhid ailəsi statusu, bu şərəfli statusa çatmış şəxslər üçün nəzərdə tutulmuş təminatlar və qanunvericiliyin mövqeyi barədə izah verməyə çalışacağıq.

Bu şərəfli statusla bağlı münasibətlər Azərbaycan Respublikası qanunvericiliyi ilə birbaşa tənzimləndiyi üçün sadə və qısa izahlar verəcəyik.

Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada (hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında) ölmüş hesab edilən şəxsdir.

Həmçinin göstərilən şəxslər də Şəhid hesab edilirlər:

– 1990-cı il yanvar ayındakı faciəvi hadisələr nəticəsində Bakı, Lənkəran və Neftçalada həlak olanlar

– 11.12.1988-ci ildə Leninakanda təyyarə qəzasında həlak olanlar

– 1988-1990-cı ilin yanvarınadək Azərbaycan Respublikasında Sovet Ordusunun qeyri-qanuni hərəkətləri, manevrləri nəticəsində həlak olan vətəndaşlar

– Düşmənlə sərhəd rayonlarında və Qarabağda düşmən təcavüzü nəticəsində həlak olmuş, itkin düşmüş mülki vətəndaşlar

– Ərazi bütövlüyümüz uğrunda aparılan hərbi əməliyyatlarda həlak olmuş, itkin düşmüş hərbi qulluqçular

– Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər

– Dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Bu şəxslər isə şəhid ailəsi üzvü sayılır:

ər-arvad,

valideyn,

18 yaşına çatmamış uşaqlar, 

18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları,

qardaşlar və bacılar,

uşaq evlərində tərbiyə olunanlar;

peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək;

qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.

Şəhid ailəsi statusu olan şəxslər üçün nəzərdə tutulmuş bir sıra təminatlar aşağıdakı kimidir:

– Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü – hər şəhidə görə 300 manat məbləğində aylıq

Bu təqaüd şəhidin ailə üzvü statusu olan arvadı (əri), valideynləri, 18 yaşına çatmamış və ya 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına (tədris müəssisələrində əyani təhsil aldıqda, həmin təqaüd təhsili bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək), uşaq evlərində tərbiyə olunan qardaş və bacılarına (uşaqları ilə eyni müddətdə ən çoxu 23 yaşına çatanadək), qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələrinə.

– hərbi qulluqçu (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının şəxsi heyəti, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər) həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə, vərəsələrə 11000 manat məbləğində Dövlət Sığorta Kommersiya Şirkəti tərədindən sığorta ödənişi verilir.

– həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi (gəlir vergisi) tutulmalı olan aylıq gəliri 400 manat məbləğində, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri və 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadlarının (ərləri) (təkrar nikaha girmiş olmayan) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

– şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı müəyyən edilib və icra edilir.

– bu statusu almış ailə üzvləri sırasında işləyənlər iş yerindən, işləməyənlər isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları tərəfindən sanatoriya-kurort putyovkası  təmin olunurlar (tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində).

– Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ

– 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına müavinət almaq hüququ

– kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir.

– dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar təhsil haqqını ödəməkdən azad olunurlar.

– Milli Qəhrəmanların ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 110, şəhid ailəsi üzvlərində isə 93.5 manat əlavələr hesablanır.

– ixtisarla bağlı əmək müqaviləsi xitam zamanı işdə saxlanmağa üstünlük hüququ verilir.

Qeyd edək ki, qanunvericiliklə digər təminatlar da nəzərdə tutulmuşdur.

Müəllif: Praktiki hüquqşünas / Şəhriyar Həbilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Ölkədə məşğul əhalinin sayı açıqlandı

posted in: Xəbər | 0

Ölkədə məşğul əhalinin sayı açıqlandı

İyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 220,6 min nəfər olub, onlardan 4883,1 min nəfərini məşğul əhali təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, iyunun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 681,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 930,0 min nəfər, qeyri-dövlət sektorunda isə 751,7 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1647,8 min nəfər çalışıb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan zərər çəkən sahibkarlara dövlət dəstəyi davam edir

posted in: Xəbər | 0

Pandemiyadan zərər çəkən sahibkarlara dövlət dəstəyi davam edir

Sahibkarlara dövlət dəstəyiİcazənizlə, ilk növbədə, pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində İqtisadiyyat Nazirliyinə həvalə olunmuş tapşırıqların icrası istiqamətində məruzə edim. İqtisadi artıma və sahibkarlığa dəstək Tədbirlər Planının mühüm istiqamətlərindən biridir. Burada da pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.

Bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir.

Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov pandemiyadan zərər çəkən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsi ilə bağlı həyata keçirilən tədbirlər planı çərçivəsində görülən işlərdən də danışaraq dedi:

“Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

posted in: Xəbər | 0

Azərbaycan iqtisadiyyatı 2,7% kiçilib

Azərbaycan iqtisadiyyatı

Bu ilin I yarısında Azərbaycanda 33 803,9 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7% azdır.

6 aylıq ÜDM-in 23 043,5 milyon manatlıq hissəsi qeyri-neft-qaz sektorunun payına düşüb. Bu 1 il əvvələ nisbətən 2,5% azdır.

Hesabat dövründə ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 3,4% azalaraq 3 393,7 manata düşüb.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun