Əmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib

posted in: Xəbər | 0

hüquq pozuntularıƏmək qanunvericiliyinə əməl olunması sahəsində hüquq pozuntuları aşkar edilib.

2020-ci ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə vətəndaşlar tərəfindən ərizə formasında daxil olan 4407 müraciət araşdırılaraq cavablandırılıb.

Vətəndaş müraciətləri daha çox, emal, tikinti, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, ictimai iaşə və digər sahələrdə əmək münasibətlərinə aid olub. Müraciətlərin araşdırılması zamanı əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi (o cümlədən, əmək haqlarının ödənilməməsi, məzuniyyət hüquqlarının pozulması, əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi və s.) ilə bağlı 352 hüquq pozuntusu aşkar edilib.

Qeyd edilən hüquq pozuntularının aradan qaldırılması üçün Xidmət tərəfindən qanunvericiliyə uyğun inzibati tədbirlər görülüb. Həmçinin hüquq pozuntularına yol vermiş işəgötürənlərə əmək qanunvericiliyinin müvafiq məsələlərlə bağlı tələblərinə dair ətraflı məlumatlar verilib.

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank 2020-ci ilin ikinci rübünün nəticələrini elan edib

posted in: Bank, Xəbər | 0

Kapital BankKapital Bank-ın aktivləri 1 iyul 2020-ci il tarixinə 4,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2020-ci il tarixinə 3,6 milyard manat olub.

Bankın 1 iyul 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 487 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Diaqramlarda Maksimum və Minimum dəyərlərin fərqləndirilməsi

posted in: Excel, Xəbər | 0

VİDEO DƏRS – Seçdiyimiz diapazondakı ən yüksək və ən kiçik dəyəri Excel diaqramında dinamik olaraq fərqləndirmək mümkündür. Dəyərlərimiz dəyişsə belə, diaqram avtomatik yenilənəcəkdir.

 

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Vergi məcəlləsində kiçik dəyişiklik edilib

posted in: Xəbər | 0

Vergi MəcəlləsiVergi məcəlləsində dəyişiklik edilib. Belə ki Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Torpaq Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Seçki Məcəlləsində, Mənzil Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanun imzalayıb.

Maddə 7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12 (I kitab), maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12,

maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 6, maddə 608, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11, № 12, maddə 1433; 2016, № 2 (I kitab), maddə 207, № 3, maddələr 396, 402, № 5, maddə 848, № 6, maddələr 973, 974, 1015, № 7, maddə 1245, № 10, maddə 1603, № 11, maddələr 1752, 1792, 1793, № 12, maddələr 2001, 2037, 2046; 2017, № 2, maddə 146, № 5, maddələr 695, 723, 737, № 6, maddə 1055, № 7, maddə 1304, № 8, maddə 1509, № 12 (I kitab), maddələr 2219, 2251, 2270; 2018, № 2, maddə 149, № 5, maddə 863, № 6, maddə 1193, № 7 (I kitab), maddələr 1414, 1427, № 10, maddə 1962, № 11, maddələr 2186, 2210, № 12 (I kitab), maddələr 2498, 2509; 2019, № 1, maddə 30, № 4, maddə 590, № 5, maddələr 796, 801, 804, 812, 814, № 8, maddələr 1364, 1373, 1378, № 12, maddə 1894) aşağıdakı dəyişikliklər edilsin:

7.1. 102-ci maddə üzrə:

7.1.1. 102.2.4-cü maddədə “əlillərinin” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilsin;

7.1.2. 102.3-cü maddədə “II qrup əlillərin” sözləri “II dərəcə əlilliyi olan şəxslərin” sözləri ilə, “əlillərindən” sözü “ilə əlaqədar əlilliyi olan şəxslərdən” sözləri ilə və “şəxslərin” sözü “uşaqların” sözü ilə əvəz edilsin;

7.1.3. 102.4.4-cü maddədə “I qrup əlilə” sözləri “I dərəcə əlilliyi olan şəxsə” sözləri ilə əvəz edilsin;

7.2. 106.2-ci maddənin birinci hissəsində “Əlillərin və ya sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri “Əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə, “əlillərdən və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək” sözləri “əlilliyi olan” sözləri ilə və həmin maddənin ikinci hissəsində “əlillər və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər” sözləri “əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri ilə əvəz edilsin;

7.3. 199.1-ci maddədə “əlillərin, sağlamlıq imkanları məhdud uşaqların ictimai” sözləri “əlilliyi olan şəxslərin qeyri-hökumət” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 may 2020-ci il.

Mənbə: president.az