Ticarət obyektlərində karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir

posted in: Xəbər | 0

karantinİqtisadiyyat Nazirliyində iri market şəbəkələrinin rəhbərləri və menecerləri ilə onlayn görüş keçirilib. Görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, nazirliyin digər rəhbər vəzifəli şəxsləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak edib.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş tədbirdə iri market şəbəkələrinin fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə, ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına əməl olunması vəziyyəti müzakirə edilib.

Tədbirdə saticıların, istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin zəruriliyi, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Vurğulanıb ki, pandemiyanın mənfi təsirlərinin uzun müddət davam edəcəyi istisna olunmur. Bu baxımdan istər cəmiyyət, istərsə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalı, biznes yeni şərtlər, sanitar – karantin və sosial-davranış qaydaları əsasında işləməyə öyrənməlidir. Ticarət və xidmət obyektlərinin də yeni qaydalara tez vərdiş etməsi onların biznesləri üçün vacibdir.

Qeyd edilib ki, bu tələblərə riayət edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi aidiyyəti qurumlarla birlikdə monitorinqləri davam etdiriləcək və müəyyən olunmuş tələblərə əməl etməyən ticarət obyektləri barəsində ciddi tədbirlər görüləcəkdir.

Görüşdə market şəbəkələri rəhbərlərinin təklifləri dinlənilib, sualları cavablandırılıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Mark Zukerberg bir gün ərzində 7 milyard dollar itirdi

posted in: Xəbər | 0

Mark ZukerberqMark Zukerberg bir gün ərzində 7 milyard dollar itirdi.

Milyarder, Facebook-un yaradıcısı Mark Zukerberg bəzi iri şirkətlərin sosial şəbəkədə reklam yerləşdirməkdən imtina etməsindən sonra gün əzində 7,2 milyard dollar kasıblayıb. Bu haqda Bloomberg agentliyi məlumat verib.

Cümə günü, iyunun 26-da, dünyanın ən böyük reklam şirkətlərindən biri olan Unilever, ilin sonuna qədər bütün Facebook məhsullarında, o cümlədən İnstaqramda reklam xərcləməmək qərarını elan etdikdən sonra şirkətin səhmlərinin qiyməti 8,3 faiz aşağı düşüb.

Facebook-da reklamlardan həmçinin telekommunikasiya nəhəngi Verizon və dünyanın ən nəhəng konditer məhsulları istehsalçısı Hershey kimi şirkətlər də imtina ediblər. Coca-Cola şirkəti də reklam yerləşdirilməsini dayandırıb. Onlar bəyan ediblər ki, Facebook ABŞ-da baş verən etirazların fonunda “platformada nifrət və dezinformasiyanın yayılması təzahürlərinə kifayət qədər nəzarət edə bilməyib”.

Bloomberg Billionaire Index-nə görə Zukerbergin sərvətinin xalis dəyəri 82,3 milyard dollara qədər düşüb.  Hazırda o, dünyanın ən varlı insanları sıralamasında dördüncü pillədədir.

Məlum olduğu kimi, 2020-ci ilin may ayında qaradərili Corc Floydun polis tərəfindən saxlanılarkən, sərt davranış nəticəsində ölümündən sonra ABŞ-ı etiraz dalğası bürümüşdü. Həyəcanlar və kütləvi iğtişaşlar onlarla ABŞ şəhərlərini öz ağşuna almışdı. Bəzi ştatlarda isə həmin iğtişaşlar talan, qarət, atışma və yanğınlarla müşaiyət olunmuşdu.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Funt sterlinq inkişaf etməkdə olan ölkənin valyutası adlandırılıb

posted in: Xəbər | 0

funt sterlinqFunt sterlinq inkişaf etməkdə olan ölkənin valyutası adlandırılıb

Böyük Britaniyanın milli valyutası olan funt sterlinq son zamanlar inkişaf etməkdə olan ölkənin valyutası kimi davranır. Bank of America bankının analitikləri belə bir nəticəyə gəliblər. Onların hesabatından çıxarışları CNBC nümunə gətirib.

Beynəlxalq investorların funt sterlinqə münasibətinin dəyişməsinin əsas səbəbi, cari ilin 31 yanvar tarixində ingilislərin Avropa Birliyindən çıxmasının rəsmi olaraq sona çatması ilə bağlı idi. Bundan sonra investorlar funta böyük etibarsızlıqla yanaşmağa başladılar, bunun nəticəsində onun məzənnəsi daha çox dəyişkənliyə məruz qaldı.

Bu, İngiltərənin artan dövlət borcu fonunda ölkəni borc bazarına girməyə məcbur etməsi, xüsusilə təhlükəlidir. Britaniya iqtisadiyyatının əsas problemi ikiqat defisitdir, analitiklər belə deyirlər. Bu, eyni vaxtda büdcə kəsiri və tədiyyə balansının cari hesabının olduğu, ixracdan və xarici investisiyalardan gəlirləri, həmçinin idxal xərcləri və xarici investorlara ödəmələri əks etdirən vəziyyətin adıdır. Valyutası əsas ehtiyatlardan biri olmayan hər hansı bir ölkənin üzləşdiyi vəziyyətdə ikiqat kəsir xarici valyutanın yerli bazara axınının azalması deməkdir.

Nəticədə korporativ sektor və hökumət borc götürməyə məcbur olur və ya mərkəzi bank ehtiyatlarını xərcləyir. Mövcud vəziyyətdə xarici investorlar Brexit-dən sonra yerli iqtisadiyyata şübhə ilə baxdıqları üçün ingilislərin dollar və avro ilə ifadə olunan aktivlərinə investisiya qoymağa hazır deyillər. İngiltərə Bankı ehtiyatları xərcləmək məcburiyyətində qalır, onları idxalçılara satır, bu da funtun möhkəmlənməsinə səbəb olur.

Eyni zamanda, tənzimləyicinin böhran dövründə iqtisadiyyatı dəstəkləməyə yönəlmiş pul siyasəti aşağı dərəcələrə çevrilir. Hazırda İngiltərə Bankının əsas faiz dərəcəsi illik 0,1 faiz səviyyəsində müəyyən edilir. Bu, investorları funtla ifadə olunan aktivlərdən uzaqlaşdırır.

Nəticədə eyni vaxtda iki çox yönlü amil birləşdirilir: xarici alıcılar tərəfindən funt sterlinqə tələbatın olmaması və İngiltərə Bankı tərəfindən isə belə bir tələbatın olması. Funtun məzənnəsi əhəmiyyətli dəyişikliklərə məruz qalır ki, bu da adətən inkişaf etməkdə olan ölkələrin valyutaları üçün xarakterikdir.

Hesabat müəllifləri investorlara funt-sterlinqə qarşı oynamaq, avro, İsveçrə frankı və yapon iyenası ilə bağlı qısa mövqelər açmağı tövsiyə edirlər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (5-ci hissə)

posted in: Xəbər | 0

vergi nəzəriyyələriƏsas vergi nəzəriyyələri və onların müasir şərhi

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz.
Vergi nəzəriyyələri vergilərin mahiyyəti və əhəmiyyəti haqqında elmi biliklərin müəyyən sistemini, yəni, bu və ya digər təyinatlı verginin tanınmasından asılı olaraq dövlətdə vergitutma modellərinin müxtəlif variantlarını nəzərdə tutur.

Vergi dərəcələrinin artımı yalnız müəyyən bir həddə qədər vergi daxilolmalarının artımını dəstəkləyir. Sonra bu artım bir az yavaşlayır və hətta büdcə gəlirlərinin eyni dərəcədə azalması və ya kəskin düşməsi ilə davam edir. Beləliklə, vergi dərəcəsi müəyyən səviyyəyə çatdıqda, sahibkarlıq təşəbbüsü məhv olduqda, istehsalın genişlənməsinə stimullar, vergiyə qoyulan gəlirlər azalır. Bunun nəticəsində vergi ödəyicilərinin bir hissəsi leqal sektordan iqtisadiyyatın kölgə sektoruna keçir.

A. Lafferin nəzəriyyəsinə görə, kölgə iqtisadiyyatının inkişafı vergi sistemi ilə tərs əlaqə yaradır. Yəni, kölgə iqtisadiyyatının, qanuni və qanunsuz vergi örtüyünün həcmini artırır. Orada mövcud gəlirlərin çox hissəsi elan edilmir. A. Laffer büdcəyə vergi tutulması üçün son dərəcə olaraq gəlir məbləğinin 30% – ni hesab edir, bu sərhədlərdə büdcə gəlirlərinin məbləği artır. Amma gəlirlərin 40-50%-i tutulduqda, vergi dərəcəsi qadağan olunmuş fəaliyyət zonasına daxil olduqda, əhalinin əmanətləri azalır. Bu da iqtisadiyyatın bu və ya digər sahələrinə investisiya yatırılmasına marağı azaldır və vergi daxilolmalarının da aşağı düşməsinə səbəb olur.

Əksinə, vergilərin azaldılması iqtisadiyyatın inkişafını stimullaşdırır. Bu, dövlətin gəlirlərinin vergi bazasının genişləndirilməsi hesabına deyil, vergi dərəcəsinin və vergi yükünün artması hesabına yüksəlməsinə gətirib çıxarır.

Bu nəzəriyyənin bəzi aspektlərindən ABŞ hökuməti XX əsrin 20-60-cı illərində vergi islahatı keçirərkən, daha sonra isə 80-ci illərdə yeni ixtiralar nəzərə alınmaqla istifadə etdi.

Monetarizm nəzəriyyəsi. Amerika iqtisadçısı, Çikaqo universitetinin professoru M. Fridmanın bazar azadlığı ideyalarının tərəfdarı olduğu monetarizm nəzəriyyəsi dövlətin rolunu yalnız ondan başqa heç kəsin həyata keçirə bilmədiyi fəaliyyətlə məhdudlaşdırmağı təklif edir: dövriyyədə olan pulun tənzimlənməsi. Bundan əlavə, bu nəzəriyyədə vergilərin azaldılmasına diqqət yetirilir. Eyni zamanda, monetarizm nəzəriyyəsi iqtisadiyyatın tənzimlənməsinin əsas vasitələrindən biri kimi pul kütləsinin və bank faizi dərəcələrinin dəyişməsini hesab edir. Çünki dövlət inflyasiyanın əlavə artımına səbəb olan xərcləri ildən-ilə artırır, onu sərvətin yaradılması, istehsal həcmlərinin, məşğulluğun və qiymətlərin tənzimlənməsinə buraxmaq olmaz. Bununla birlikdə, o, hədsiz artıq pulu dövriyyədən çıxarmaqla pul təklifinin tənzimlənməsinə kömək edə biləcəyini deyir – istiqrazlar vasitəsilə olmasa da, vergilər vasitəsilə bu edilə bilər. Beləliklə, vergi endirimlərinin pul kütləsi və faiz dərəcəsi ilə manipulyasiyası ilə birləşməsi təkcə dövlətin deyil, həm də özəl müəssisələrin mexanizminin fəaliyyətini sabitləşdirməyə imkan verir.

İnflyasiyanın məhv edilməsi məqsədi ilə pul dövriyyəsinin tənzimlənməsinin sərt siyasətini həyata keçirərkən ingilis hökuməti uğur qazanmadı. Çünki inflyasiyaya təsir edən pul kütləsindən başqa digər amillər nəzərə alınmamışdı. Həyata keçirilən bütün tədbirlər gəlir siyasətlərinə toxunmadı, çünki azad bazara inam böyük idi.

Neoklassik nəzəriyyələrin əsas ideyası inflyasiyanı azaltmaq və korporasiyalara və əhalinin bazarda istehlak tələbatını formalaşdıran hissəsinə külli miqdarda vergi güzəştlərinin verilməsi üsullarını axtarmaqdan ibarətdir.

Populyarlığına və neoklassik istiqamətli üsulların praktik istifadəsinə baxmayaraq, iqtisadiyyatın keyns metodları ilə tənzimlənməsinin tam şəkildə dəyişdirilməsi baş vermədi. Keyns nəzəriyyəsinin inkişafında yeni cərəyanlar da meydana çıxdı. Neoklassik nəzəriyyənin bəzi sahələri ilə sintezi yaranmağa başladı.


Əsas vergi nəzəriyyələri və onların müasir şərhi (6-cı hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun