Mühasib keçmişdə və gələcəkdə (8-ci hissə)

posted in: Xəbər | 0

MühasibMühasib keçmişdə və gələcəkdə

8-ci hissə

Məqalənin 7-ci hissəsini buradan oxuya bilərsiniz

Bizdə maliyyə hesabatlarının beynəlxalq standartlara keçidindən çoxdan danışılır. Hətta artıq bir neçə dəfə bu standartlara keçildiyini elan etdilər. Lakin sonra başa düşdülər ki, növbəti keçid üçün yeni pul vəsaitləri lazımdır və onlar vəsaitlər tələb etdilər. Beynəlxalq orqanlarda bizim uçotumuzun uyğun olmadığını etiraf etdilər və elmi tədqiqat işləri (ETİ) mövzusunda yeni bahalı mövzular sifariş verdilər. Ümumiyyətlə, vəziyyət vaxtilə məktəblərdən birində baş verən əhvalatı xatırladırdı. Həmin məktəbdə riyaziyyat müəllimi vəfat etmişdi. Yeni müəllim həyəcan içində direktora xəbər vermişdi ki, dünyasını dəyişmiş müəllim şagirdlərə 2 X 2 = 10 kimi öyrədib.

Şura toplanır. Aydınlaşdırdılar və bildirdilər  ki, artıq bu cür öyrətmək olmaz, lakin, həm də 2 X 2 = 4 kimi də öyrətsək düzgün olmayacaq, çünki bu hamı tərəfindən hörmət edilən və əməkdar müəllimin nüfuzuna xələl gətirə bilər. Eləcə də bütün məktəbin nüfuzuna da bu ağır zərbə vurar. Uzun müzakirələrdən sonra yekdilliklə belə bir qərar qəbul olundu: cari il ərzində uşaqlara 2 x 2 = 8, növbəti ildə 2 x 2 = 9 olduğunu öyrətsinlər və s. bu cür ardıcıllıqla davam etsinlər. Zamanla hər şey öz yerinə oturacaq. MUT tərtibçiləri də bax, belə bir prinsiplə işləməyə başlayıblar. Həmişə kimdənsə nəyisə mənimsəyirlər və hər zaman ehtiyac duyulmayan yerdə ayrı bir mövzu olaraq bir şey öyrədirlər. İnsanlar da onlara həvəslə böyük pullar ödəyirlər. Burada hər şey səhvdir.

MHBS nəzəri düşüncənin ən böyük uğurudur, Nobel mükafatına layiqdir.  Lakin söhbət onların praktiki tətbiqindən gedirsə, onda başlıca sual yaranır: mühasiblər onları başa düşməyə və tətbiq etməyə hazırdırlarmı. MHBS-in aktual və potensial mülkiyyətçiləri bunu başa düşürlərmi və onlar bu standartlara uyğun tərtib edilmiş maliyyə hesabatını tələb edəcəklərmi. Beləliklə, əsas sual ortaya çıxır: bu kimə lazımdır? Cavab aydındır, MHBS hər şeydən əvvəl elmi-praktik işçilərə, yeni uçot metodlarını tərtib edənlərə və bu metodlardan gündəlik işdə istifadə edənlərə lazımdır. Ona görə də mühasibat uçotunu öyrənərkən MHBS-i ayrıca müstəqil kursa ayırmaq olmaz. İş ondadır ki, onlar müstəqil deyillər, onların obyekti mühasibat uçotu ilə bağlı eyni problemlərdir. Əsas cəhət isə odur ki, onlar MUT-da olduğu kimi deyil, digərlərini də nəzərdə tuturlar. Beləliklə, mühasibat uçotunun vahid kursu lazımdır. O, iqtisadi həyat faktlarını (mövzunu) və onların təhlili və qeydiyyatı variantlarını nəzərdən keçirməlidir.

MHBS-ni öyrənmək lazımdır.

Boloniya prosesi və bizim ali məktəb

Biz qlobal düyada yaşayırıq. O, bizim həyatımızın hər tərəfini əhatə etməsə də, ən azından bir çox tərəflərini əhatə edir. Bu, bir çox tərəflər arasında mühasibat uçotu da var. Əgər maliyyə hesabatlarının beynəlxalq standartlarının nə olduğunu əvvəlcədən bilmiriksə, onda ən azından MHBS-nin qısaldılmış abbreviaturasını deşifrə edə bilərik. Bütün bunlar o deməkdir ki, müxtəlif ölkələrin mühasibləri dərhal, indinin özündə olmasa da, ən azından yaxın gələcəkdə uçot metodologiyasını eyni cür anlayacaqlar və onlar üçün böyük çətinliklər olmadan, istənilən ölkədə işləmək üçün əla imkan yaranacaq. Bu, əhəmiyyətli bir üstünlükdür, xüsusilə də ölkədən ölkəyə problemsiz getmək olur. Bununla belə, belə səyahətlər üçün həm vahid mühasibat sisteminin, həm də vahid təlim prinsiplərinin başa düşülməsi lazımdır. Birinci problem MHBS köməyi ilə həll olunur, ikincisi, yəni, hazırda bizim üçün bu maraqlıdır: Boloniya prinsipləridir. Onlar bizim ixtisas seçən gənclərə dörd blokda peşəni mənimsəməyə imkan verməyi düşünürlər: mərhələlilik, mobillik, kreditləşmə, nəzarət. Onları nəzərdən keçirək.


Mühasib keçmişdə və gələcəkdə (9-cu hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Bakıda muzdla işləyənlərin orta aylıq əmək haqqı 22,5 faiz artıb

posted in: Vergi, Xəbər | 0

Bakıda muzdla işləyənlərin orta aylıq əmək haqqı 22,5 faiz artıb

təhsil haqqı

Yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1004,1 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsinin məlumatında bildirilir ki, hesabat dövründə əməkhaqqı 2019-cu ilin müvafiq aylarına nisbətən 22,5 faiz artıb.
Mənbə: vergiler.az

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Sahibkarlığın maliyyələşdirilməsində yeni mexanizmlər tətbiq olunacaq

posted in: Xəbər | 0

SahibkarlıqAzərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Fərmanı ilə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası təsdiq olunub və Fondun nizamnaməsində dəyişikliklər edilib.

Bu barədə “Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, yeni qaydalara əsasən, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sahibkarlığın güzəştli kreditləşdirilməsinin yeni mexanizmləri də tətbiq olunur. Bu mexanizmlərdən biri daşınmaz əmlak girovu olmayan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının yaradılması məqsədilə avadanlıqların alınması üçün güzəştli kreditlərin verilməsidir. Mexanizmin mahiyyəti ondan ibarətdir ki, güzəştli kredit yeni avadanlıqların alınmasına yönəldilir və həmin avadanlıqlar da girov kimi qəbul edilir. Bu mexanizm üzrə bankların faiz dərəcəsi 7% təşkil edir. Tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhvə verəcəkdir.

Bundan başqa, kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn: çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.

Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının Fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyin icrasına möhlət verilməsidir.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun nizamnaməsində əlavə və dəyişikliklər edilərək, fəaliyyət istiqamətlərinə zəmanət və subsidiya verilməsi mexanizmləri də əlavə olunub.

Belə ki, sahibkarlara verilən yeni kreditlər üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən maliyyələşdirilməsi mexanizmlərinin tətbiqinə başlanılıb. Belə ki, qeyri-neft sektoruna investisiya qoyuluşlarının və özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, eləcə də koronavirus pandemiyasının işgüzar mühitə və iqtisadi fəallığa təsirinin minimuma endirilməsi məqsədilə mövcud maliyyə mexanizmlərinin genişləndirilməsi və əlavə dəstək alətləri tətbiq olunacaq.

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin, kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaq.

Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərər çəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.

Ümumilikdə qeyd olunan proqramların icrası iqtisadi aktivliyin bərpa olunması, sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması, pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşunun sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması, maliyyə risklərinin bölüşdürülməsi, maliyyə-bank sektorunun canlanması, pandemiyadan zərər çəkmiş sahibkarların maliyyə vəziyyətinin yaxşılaşdırılması, bank sektorunda likvidlik və problemli kreditlərin həcminin yüksəlməsi risklərinin aradan qaldırılmasına imkan yaradacadır.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir

posted in: Bank, Xəbər | 0

Kapital Bank daxili ipoteka kreditiKapital Bank sərfəli şərtlərə daxili ipoteka krediti təklif edir.

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə sərfəli şərtlərlə daxili ipoteka krediti təklif edir. Müştərinin gəlirlərinin rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq və hələ də ev almaq arzusunda olanlar bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan ipoteka kreditindən bəhrələnə bilərlər.

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 36 aydan 120 ayadək təşkil edir. Kampaniya çərçivəsində faiz dərəcəsi 10%-dən başlayaraq müəyyən olunur. Kapital Bank ilə partnyor olan tikinti şirkətləri ilə əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər. Kampaniya 30 sentyabr 2020-ci il tarixinədək davam edir.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 15% – 50% arasında dəyişir. İpoteka krediti verildikdə həm əmlak, həm də həyat sığortasının olması zəruridir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun