Pandemiyadan zərərçəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib
Pandemiyadan zərərçəkmiş KOB-lar üçün maliyyələşdirməyə dair yeni modul istifadəyə verilib
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) koronavirus (COVID-19) pandemiyası ilə üzləşən və bunun təsirini idarə etmək üçün yardıma ehtiyacı olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün yaratdığı “Böhran dövründə necə” adlı bilik platformasının yeni modulu istifadəyə verilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, biznesin maliyyələşdirilməsinin yolları adlanan yeni modul maliyyənin hansı formasının biznesə uyğun olduğunu anlamaqda, maliyyə dəstəyi üçün necə müraciət edilməsi və həlledici maliyyələşdirmə qərarları ilə qarşılaşdıqda düzgün seçimin edilməsi sahəsində sahibkarları bilik və bacarıqlarla təmin edəcək.
Modulun əhatə etdiyi 3 əsas mövzu bunlardır:
· Maliyyə resurslarının seçimi və strukturlaşdırılması
· Maliyyə resurslarının təşkili
· Maliyyələşdirmə problemlərinin həlli.
Moduldan istifadə etmək üçün www.ebrdknowhowacademy.comsaytında qeydiyyatdan keçmək lazımdır. Mobil cihaz vasitəsilə proqrama qoşulmaq üçün “App Store”dan “Go.Learn” tətbiqini yükləyərək www.ebrdknowhowacademy.comsaytına daxil ola bilərsiniz.
Mənbə: vergiler.az

Özəl sektorda fəaliyyət göstərən işəgötürən karantin dövründə məsafədən işləyən işçisinin əmək haqqını azalda bilərmi?
Pandemiya və neftin qiymətinin aşağı düşməsinin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimallaşdırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində bu ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 mln. manat kompensasiya ödənilib.
Sosial rifah və məşğulluğa dəstək Tədbirlər Planının ikinci əsas istiqaməti məşğulluq tədbirləri idi və bu çərçivədə işimiz iki istiqamətdə qurulmuşdu. Birinci istiqamət bu gün əmək müqaviləsi ilə işləyənlərin iş yerlərinin qorunması və işsizliyin artmasına imkan verilməməsi ilə bağlı işlərdir. Bu sahədə aparılan həm dəstək tədbirləri, həm də inzibati tədbirlər nəticəsində çox müsbət dinamika əldə edildi. Qeyd edim ki, dövlət sektoru üzrə 900 min iş yeri qorundu, onların hər birinin əməkhaqqısı ödənildi. Eyni zamanda, özəl sektorda 110 min əmək müqaviləsi, 17 faizlik bir artım meydana çıxdı.