Sərt karantin rejimi daha iki həftə uzadılacaq

posted in: Xəbər | 0

Operativ Qərargah: Sərt karantin rejimi daha iki həftə uzadılacaq

KarantinAzərbaycanın bir sıra şəhər və rayonlarında tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi yenidən iki həftə uzadılması nəzərdə tutulub.

Bu barədə Prezidentin köməkçisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Şahmar Mövsümov Azərbaycan Televiziyasının efirində çıxışı zamanı bildirib.

“Təəssüf hissi ilə deməliyəm ki, Operativ Qərargahda bir çox müzakirələrdən sonra karantin rejiminin uzadılması haqqında və onun uzadılmasının qaçılmaz olduğu haqqında müəyyən qərarlar qəbul edilib. Karantin rejiminin əlavə 2 həftə – 15 gün uzadılması nəzərdə tutulub. Buna məcburuq”, – deyə Ş.Mövsümov bildirib.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrük Komitəsinin yığımları – 2 Milyard Manatı Keçib

posted in: Xəbər | 0

Gömrük

Səfər Mehdiyev: Gömrük Komitəsinin yığımları – 2 Milyard Manatı Keçib

Altı ayda Gömrük Komitəsi tərəfindən büdcə daxilolmaları 2 milyard manatdan çox olub.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Komitə sədri bildirib: “İdxal əməliyyatlarının ümumi mənzərəsi deməyə əsas verir ki, idxalımızın həcmi 2015-ci illə müqayisədə eynilik təşkil edir. 2015-ci illə müqayisə apardığımız zaman sırf qabaqlayıcı tədbirlər üzrə həm gömrük orqanlarının, həm vergi xidmətində apardığınız islahatların nəticəsi olaraq idxalın həcminin eyni olduğunu görürük. Lakin buna baxmayaraq, əgər büdcə daxilolmaları 2015-ci ildə 700 milyon manat idisə, bu il 2 milyard 19 milyon manata çatır. Bu da kölgə iqtisadiyyatı və korrupsiya ilə mübarizə istiqamətində aparılan uğurlu islahatların nəticəsidir. İqtisadiyyatımızda bugünkü çətin bir vəziyyətdə gömrük xidməti tərəfindən 2 milyard 19 milyon manat vəsait toplanaraq dövlət büdcəsinə köçürülüb”.

Mənbə: fed.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

posted in: Xəbər | 0

“Sahibkarlar eyni vaxtda 3 bank seçə biləcəklər”

bank sahibkarlarPandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər nəzərdə tutulur.

Bu barədə iyulun 15-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

M.Cabbarov bildirib ki, tədbirlər planının icrası üzrə aidiyyəti dövlət qurumları və müəssisələrin məlumatlarını özündə cəmləşdirən elektron məlumat portalı yaradılmışdır. Məlumatlar əsasında iqtisadiyyatda baş verən proseslərin operativ monitorinqi aparılır. Nəticələr hökumətə mütəmadi şəkildə təqdim olunur:

“Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari ilin 1 iyul tarixinə muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, fərdi, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait verilib.

Tədbirlər Planının mühüm istiqamətlərindən biri də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi, yeni və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir. Sahibkarlar tərəfindən kredit təşkilatlarına 318 milyon manat kredit əldə olunması üçün artıq 820 müraciət olunub. Üç milyon manat məbləğində kreditlərin rəsmiləşdirilməsi prosesinə başlanıb. Yəni, banklar tərəfindən də müvafiq qaydalara uyğun olaraq razılıq verilib. Avqust ayının 1-dək isə platformada sahibkarlara eyni vaxtda 3 bank seçmək imkanı yaradılacaq”.

Mənbə: fed.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcmi bu fəaliyyət sahələri üzrə artıb

posted in: Xəbər | 0

bank rekvizitləri işsizlikdən sığortaAzərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə əldə edilən uğurlu nəticələr haqqında danışıb.

Nazir bildirib ki, ilk növbədə, kölgə iqtisadiyyatının həcmi ölçülərkən dövriyyələrə fikir verilir – xüsusilə elektron qaimə ilə rəsmiləşən dövriyyələrə. Bunların həcmi ötən ilin 5 ayına nisbətən 6,8% artıb. Halbuki dövr ərzində qeyri-neft ÜDM-i 2,1% azalıb. Resessiya şəraitində bu göstəricinin artması dövriyyələrin şəffaflaşmasının mühüm göstəricisidir.

Nazirin sözlərinə görə, qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri sənayedə 3,2%, ticarətdə 6%, o cümlədən pərakəndə ticarətdə 15,3% olub: “Halbuki biz pərakəndə ticarətin ümumi dövriyyəsinin 1,7% azalmasını, hətta ictimai iaşədə 36,8% azalma nəzərə alırıq, amma rəsmiləşən dövriyyədə 5,3% artımı qeydiyyatdan keçiririk”.

M. Cabbarov əlavə edib ki, tikinti sektorunda 2,9% artım dövriyyələri rəsmiləşməsində, halbuki 14,1% azalma neft kontraktları nəzərə alınmadan və bir sıra digər sahələrdə.

“Digər bir amil, biz əlavə dəyər vergisi depoziti hesabına mədaxillərin dinamikasını izləyərək onu qeyd edirik ki, cari ilin 6 ayında özəl sektor üzrə ƏDV depoziti hesabına mədaxil 6,8% artıb. Resessiya şəraitində özəl sektor üzrə mədaxilin artması şəffaflaşmanın mühüm göstəricilərindən biridir. Qeyd edək ki, Mərkəzi Bankın məlumatına əsasən, 1 iyun tarixinə özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2% artıb ki, bu da bankdan keçən dövriyyələrin artımının ağarmasını təsdiq edən digər mühüm göstəricidir”, – deyə nazir bildirib.

O həmçinin əlavə edib ki, 2019-cu ildə qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondu 29,1% artmışdırsa və əhalinin gəlirlərinin artım tempini 3,9 dəfə üstələyirdisə, 2020-ci ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə artım davam edərək 23,6% olub və əhalinin gəlirlərinin artım tempini 3,5 dəfə üstələyib.

Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlayıb. Ötən dövr ərzində 10,4 mln. çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 mln. manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 mln. manat isə 30 gün tamamlananda qaytarılacaq.

“Bizim qarşımızda 3 əsas hədəf var – makroiqtisadi sabitliyin qorunması, iş yerlərinin və məşğulluğun qorunması, məşğulluğun inkişafı və büdcə gəlirlərinin iqtisadi bazası olan daxili tələbin və investisiyaların dəstəklənməsi. Tapşırığınıza uyğun olaraq biz 7 sektor üzrə – tikinti, dağ-mədən, rəqəmsal iqtisadiyyat, telekommunikasiya, kənd təsərrüfatı, emal sənayesi, daxili turizm, nəqliyyat, turizm və logistika olmaqla, müvafiq araşdırmaları başa çatdırırıq və qısa müddət ərzində hər bir sektoral sahə üzrə hökumətə təqdim olunacaq”, – deyə M. Cabbarov bildirib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun