» » » Rəqabətli innovasiyanın yeddi növü (3-cü hissə)

Rəqabətli innovasiyanın yeddi növü (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnnovasiyaRəqabətli innovasiyanın yeddi növü

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz
SEB böyümə proqramında iştirak edən sahibkarlara etdiyi çıxışında Avropa İnnovasiya Akademiyasının prezidenti Alar Kolk, biznesin inkişafına tətbiq edilə biləcək yeddi növ yenilikdən bəhs edib.

5. İcmaların cəlb olunması

Əlbəttə ki, Harley-Davidson sosial yenilikdə zirvələrə çatdı. Harley-Davidson markasını dəstəkləyən əlavə məhsulların satış həcmi çox böyükdür.

Bu yenilik marka sədaqətini xarakterizə edir, lakin mal və xidmətlər vəziyyətində bu çətin bir məsələdir. Məsələn, internet-icma Estoniya markası Iglusaun-un xüsusi fan klubunu yarada bilərmi?

Bu növ yenilikdən istifadə edərək bir şirkətin necə inkişaf etdirilməsi üçün müxtəlif imkanlar var. Məsələn, tövsiyələr: bu məhsulu almısınızsa, digərini də alın. Burada həssaslıq nümayiş etdirmək lazımdır. Target ticarət şəbəkəsi günlərin birində uşaqların böyüklər üçün nəzərdə tutulan müəyyən növ vitamin və jurnallar almağa başladıqlarını fərq etmişdi. Firma bundan nəticə çıxarmış və onların evlərinə uyğun mallar üçün reklamlar göndərməyə başlamışdı. Bu isə böyük qalmaqala səbəb olmuşdu, çünki valideynlər öz uşaqlarının bu məhsullardan istifadə etdikləri barədə hər hansı bir təsəvvürə malik deyildilər.Cəmiyyətin yaradılmasının sadə nümunəsi – aviaşirkətlərin bonus ballarıdır, ona görə ki, bonus balı alanlar sosial şəbəkələrdə uçuşlardan əldə edilən müsbət təəssüratlarını bölüşürlər.

6. Proses

Burada, məsələn, belə suallar yaranır: hər şeyi özüm edəcəyəm və ya kimdənsə bir xidmət alacağam, prosesi necə təşkil edəcəyəm, avtomatlaşdırmadan nə dərəcədə istifadə edəcəyəm, prosesə məhsul inkişafını necə əlavə edirəm və s.

Amerikada bir ticarət şəbəkəsi var ki, qiymətlər hava proqnozuna təsir edir. Məsələn, güclü qar yağışı ərəfəsində qarın təmizlənməsində istifadə edilən neçə kürək alınması lazım olduğunu və onları hansı qiymətə satılacağını söyləyən bir sistem var.

ABB Maintenance şirkəti elektrik xəttinin təmirini hava proqnozu ilə əlaqələndirirdi. Bir fırtına yaxınlaşırsa, təmir qrupları üçün bu bir nömrəli hazırlıq demək olurdu. Hətta bir dəfə belə bir hal yaşanmışdı, təmir briqadası elektrik xətlərinin işlək vəziyyətdə olduğu bir yerə göndərilmişdi: sadəcə tufan bir qədər gec başlamışdı. Belə bir proses şirkətə vaxtla bağlı qeyri-adi üstünlüklər verir.


Rəqabətli innovasiyanın yeddi növü (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun