» » » Rəqabətli innovasiyanın yeddi növü (4-cü hissə)

Rəqabətli innovasiyanın yeddi növü (4-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

innovasiyaRəqabətli innovasiyanın yeddi növü

4-cü hissə

Məqalənin 3-cü hissəsini buradan oxuya bilərsiniz
SEB böyümə proqramında iştirak edən sahibkarlara etdiyi çıxışında Avropa İnnovasiya Akademiyasının prezidenti Alar Kolk, biznesin inkişafına tətbiq edilə biləcək yeddi növ yenilikdən bəhs edib.

7.Gəlir modeli

Ən geniş yayılmış model – “Mallar-sizə, pullar-bizə” adlanır. Lakin, bundan əlavə modellər də axtarmaq çox mühümdür: hansı ki, buna görə müştərilər əlavə ödəniş etməyə də hazır olurlar. Bu məsələdə hələ də Stiv Cobs rekordçu olaraq qalmaqdadır: sabiq şirkət rəhbəri iPhone üçün müxtəlif dörd mənbədən pullar toplamağa nail olurdu.

Və yenə də Iglusaun-u nümunə gətirmək olar: indi müştəri sauna alır, pulunu ödəyir və vəssalam. Bəs çimmək üzrə ən “dikbaş” şəxsin müəyyən edilməsindən ötrü müsabiqə elan olunsaydı və orada bütün dünyadan milyonlarla insan iştirak etsəydi, nə baş verərdi? Və bu zaman iştirakçılardan da pul toplamaq olardı və ya reytinqi izləmək imkanı əldə etmək olardı.

Müxtəlif gəlir modellərini tətbiq edərək mümkün qədər çox müştəri toplamaq və onlardan əlavə pul qazanmaq vacibdir. Bir seqmentdə – kosmetika fanatlarına  yönəlmiş Birchbox şirkəti belə etdi. Müəyyən bir aylıq ödəniş əvəzində hər ay fanatların evlərinə yeni kosmetik məhsullardan ibarət bağlama göndərildi. Amma, Birchbox işini bununla məhdudlaşmadı: indi onlar müştərinin aylıq bağlamalarına əlavə olaraq sevdikləri kosmetika məhsullarını ala biləcəkləri bir onlayn mağaza da açdılar.

Yekun

Yalnız mal və ya xidmət icad etməyin, çünki bu halda rəqiblər sizi tez bir zamanda 1:0 hesabı ilə ötüb keçəcəklər!  İstənilən məhsul üçün hansı növ innovasiyalardan istifadə edəcəyiniz üzərində düşünün, belədə sizin məhsulları kopyalaya bilməyəcəklər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun