» » » Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (1-ci hissə)

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (1-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

mühasiblərProfessor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

1-ci hissə

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

…Və yalnız öz işinə olan sevgi, rahat və sakit fərəh hissi verə bilər. Adamlar bir-birinə xəyanət edir, uşaqlar valideynlərini məyus edir, …mühasibatlığa olan sevgi isə insanlara həqiqətən istilik verir.

“Ədəbiyyat – həyatımızın bir təzahürüdür, reallığın yazıçılar və şairlər tərəfindən necə qəbul edildiyinin sübutudur. Onların yaradıcılığı sayəsində biz fövqəladə dərəcədə çox şeylər öyrənirik… Yazıçılar və şairlər tərəfindən bizim peşə nümayəndələrinin – mühasiblərin dəyərləndirilməsi, hesabdarlıq işçisi fenomeninin üzə çıxarılmasına və eyni zamanda çağdaş cəmiyyətin dərk olunmasına kömək edir. Mühasib özünü könüllü və ya məcburi şəkildə, müəyyən edilmiş və şübhəsiz ki, özünü çox əhəmiyyətli bir işə həsr edən bir adamdır. Bədii ədəbiyyatda, teatrda, kinoda əgər biz cəmiyyətdə formalaşmış mühasib streotipini görməsək də, ən azından bu peşədən olan adama incəsənət insanlarının baxışlarını görə bilirik. Cansıxıcı və yeknəsək mühasib əməyi yazıçıları onların şərəfinə tərifli nəsə yazmağa ilhamlandırmır.  Mühasib obrazlarının uzun qalereyasında biz sakit və unudulmuş şəxsiyyətləri, öz işini sevən və sevməyən, vicdanlı, eləcə də dələduz, ola bilsin ki, öz işinə tamamilə yad olan adamlarla qarşılaşırıq.

Lakin, nə qədər çox tarixin dərinliklərinə eniriksə, hesabdarlıq işçisinin daha pozitiv qiymətləndirilməsi ilə rastlaşırıq. Sokolovun fikrincə – bu, onunla əlaqədardır ki, o vaxtlar əsas əhali kütləsi nə oxumağı, nə də yazmağı bacarırdı, hər bir savadlı adam, o cümlədən mühasiblər həm bunu, həm də digərini bacarırdılar, o səbəbdən olduqca vacib və hörmətli şəxslərə çevrilirdilər. Məsələn: Yemelyan Puqaçov üçün ən çox “yazı”, “kitab” adamları çatışmırdı ki, istedadı olsun, uçot işindən baş çıxara bilsinlər. Tədricən belə münasibət dəyişilməyə başlayır, “yazı” və “kitab” adamlarının çayı çoxalır və mühasib əhəmiyyətli fiqur kimi öz dəyərini bir qədər itirməyə başladı”.

“İctimaiyyət tərəfindən qəbul olunma meyarları eyni deyildi, – Sokolov yazırdı. Onlar müxtəlif mühitlərdə fərqli idi. … Lakin, hamıdan ötrü obyektiv olan bir meyar – əmək haqqı var idi. Əlbəttə, o da fəqli idi. Müəllif , – o sözünə davam edirdi – çox maraqlı bir cədvəl qurmuşdu, hansı ki, orada bənna ilə mühasibin orta maaşı müqayisə edilirdi. Məlumatlar həqiqətən böyük təəssürat yaradır.

Həftəlik qazanc (dollar ekvivalentində)

Şəhər                 inşaat işçisi   mühasib        mühasib və inşaatçı maaşının nisbəti

Yeni Dehli                3,33          40,00                                 13

Beyrut                    20,00        180,00                                 9

Madrid                   28,00          42,00                                 1,5

Belqrad                  25,00          40, 00                                1,6

Tokio                      44,00          40,20                                  0,9

Stokholm              122,64         94,64                                  0,7

Nyu-York               248,00        127,50                                 0,5

Diqqət yetirin, – Sokolov qeyd edirdi, – ölkə iqtisadi cəhətdən nə qədər inkişaf etmişsə, mühasibin əməyi bir o qədər az dəyərləndirilir. Yeni-Dehlidə mühasib, bənnadan 13 dəfə çox, kapitalist dünyasının maliyyə mərkəzi sayılan Nyu-Yorkda isə – iki dəfə az maaş alırdı.   Bunun üzərində düşünmək gərəkdir ki, elmi-texniki inkişaf mühasiblərə nə gətirib” – professor qeyd edirdi.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun