» » » Rəqabətli innovasiyanın yeddi növü (2-ci hissə)

Rəqabətli innovasiyanın yeddi növü (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

İnnovasiyaRəqabətli innovasiya və onun yeddi növü

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz
SEB böyümə proqramında iştirak edən sahibkarlara etdiyi çıxışında Avropa İnnovasiya Akademiyasının prezidenti Alar Kolk, biznesin inkişafına tətbiq edilə biləcək yeddi növ yenilikdən bəhs edib.

3.Dizayn

Ən müasir innovasiya növündən söhbət gedir. Onun başlıca izahı dar mənada dizayn sözünün özü deyil, insana yönəlik empatiya və yanaşmadır. Qısaca söyləsək, empatiya – bu, digər adamları daha yaxşı başa düşmək üçün bir qabiliyyətdir. Hər bir müəssisə bu prinsipə əməl etməlidir.

Biz müştərini dinləməyi bacarmalıyıq. Bu, yalnız məhsul və ya xidmətin inkişafına aid deyil, müştərinin fikirlərini marketinq və satış planlaşdırma mərhələsində dinləmək vacibdir. Belə yanaşma çox sürətli yüksəlişə gətirib çıxarır.

Belə yanaşmaya riayət etmək kifayət qədər sadədir, məhsulun yaradılması vaxtı müştərinin istək və fikirlərini nəzərə almaq isə  – çox çətindir. Məsələn, Apple şirkəti müştərilərinin fikirlərini şübhəsiz ki, dinləyir, lakin, sərbəst şəkildə nəticələr çıxarırdı. Məhz, buna görə şirkət müştərinin özünün düşünməyəcəyi bir şeyi təklif edə bilirdi.

Dizaynı müxtəlif cür tətbiq etmək mümkündür. Yalnız bir neçə nümunə gətirək:

  • Müştərinin təcrübəsi.

Apollo şirkəti kinoteatr, kitab və film satışını, eləcə də ictimai iaşəni bir-biri ilə əlaqələndirərək, öz fəaliyyətində bu növləri bir tam halına gətirmişdi.

Uber öz müştərilərinə taksi xidməti göstərir, hansı ki, köhnə taksi şirkətlərinin göstərdiyi xidmətdən daha ucuz və sürətlidir;

  • Brend.

Xaricdə ən məşhur eston brendlərindən biri Vestige Verdant-dır. Əlbəttə ki, o, Estoniya ilə assosiasiya olunmur, əksinə fransız lüks marka təəssüratını verir. Bu ticarət markası altında Haapsaludan dəniz palçığı qızıl qiymətinə satılır. Hər bir detal – addan başlamış, qutuya qədər – yüksək keyfiyyətli məhsul imicini dəstəkləyir.

Və yaxud Haaqen-Dazs dondurmasını götürək. Bu şirkətin təmiz təbiəti və qeyri-adi keyfiyyətə malik Danimarkadan olduğu təəssüratı yaranır, lakin əslində həmin şirkət ABŞ-da təsis olunub. Skandinaviya dillərindən alınan sözlər müştərilər tərəfindən tanınana qədər kombinə olunurdu: şirkətin adı danimarka dilindəki kimi səslənirdi. Beləliklə, innovasiyalarda süperyaradıcılıq göstərmək lazım deyil, lakin yeniliklər sistematik olmalıdır!

4.Kanal

Adi birindən fərqli bir paylaşım kanalını (distribyutor) qursanız, xüsusən bu yeniliyi digər növ innovasiyalarla birləşdirsəniz,  rəqiblərin onu kopyalaması çətin olacaq. Eyni zamanda, yeni paylaşım kanalları mövcud işə zərər verməyəcək şəkildə sınaqdan keçirilməlidir.

Əlbəttə ki, belə imkanlardan biri də İnternet kanallarından istifadədir. Lakin, son zamanlarda bunlara əlavə olaraq bir sıra digər həllər ortaya çıxıb: 3D-çap, dronlar, ağıllı bağlama göndərişi avtomatları və s.

Birchbox kosmetik firması, böyük investisiyalar tələb etdiyindən, ümumiyyətlə, ənənəvi mağazalar açmadı. Şirkət kosmetika mallarını evlərə ən adi bağlamlarda göndərir.


Rəqabətli innovasiyanın yeddi növü (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun