» » » Mühasib keçmişdə və gələcəkdə (7-ci hissə)

Mühasib keçmişdə və gələcəkdə (7-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

MühasibMühasib keçmişdə və gələcəkdə

7-ci hissə

Məqalənin 6-cı hissəsini buradan oxuya bilərsiniz

Dərslərin keçirilməsi manerasını, xüsusilə mühazirələrin oxunmasını qeyd etmək çox vacibdir. Onların rolu minimuma endirilməlidir. Çünki İ.Qutenberq (1406–1468) mətbəəni, yəni, çap işini icad etdikdən sonra mühazirə oxunması ali məktəblərdə bir orta əsrlər anaxronizmi olaraq qaldı. Bunda daha çox kafedra elitaları və axmaq tənbəl tələbələr maraqlıydı. Birinci bu yük üçün faydalıdır: onlar ilbəil dəftərçəni, hətta birbaşa kitabdan hansısa sadələşdirilmiş mətnləri oxuyurlar. İkincilər isə sevinclə qeyd edirlər ki, professor imtahanda bundan artıq heç nə soruşmayacaq. Fənnin öyrənilməsinin əsas ağırlığı klassik universitet sxemi üzrə keçirilən praktik məşğələlərə və seminarlara keçirilməlidir.

Bundan sonra tələbə tərəfindən öyrənilən mövzunun anlama dərəcəsi haqqında çətin bir sual yaranır. Burada isə iki yanaşma var: bixeveristik və rasionallıq. Birinci, praktiki reaksiyaların bacarıqlarının aşılanmasını nəzərdə tutur. Məsələn, tələbəyə malların alınması üçün qaimə göstərilir və o, sevinclə cavab verir: debet 41, debet 19 və kredit 60. Müəllim bundan vəcdə gəlir, tələbənin valideynləri isə sevincdən göz yaşı tökürlər. Bu təlim şərtli reflekslər sisteminə əsaslanır (1849-1936) və (1857-1927), S ® R iki elementinin, yəni, stimulun, bizim vəziyyətimizdə hesab-faktura və reaksiya – düzgün cavab olduğunu ehtimal edir. Doğru reaksiyalar vermək yaxşı bir insanın və yüksək ixtisaslı mühasibin yetişdirilməsi üçün lazımdır. Ancaq hamı bu nəticə ilə razı deyil. Deyilənə görə, bu halda tələbə sanki “tutuquşuya” çevrilir. O, öyrədilmiş sözləri mənasızcasına təkrarlayır.

Tələbə isə yaradıcı işçi olmalıdır, o, nə danışdığını, xüsusən də nə ilə işləməli olduğunu başa düşməlidir. Bununla birlikdə, ölkəmizdə, bir qayda olaraq, anlayış təhsili müəyyən bir sxolastikliyə dirənir: 41 hesabı aktivdir, debet mağazadakı malların artdığını göstərir, 19 hesabı aktivdir. Vergi orqanlarına debitor borcu göstərir, bu halda 60 hesabı passivdir kreditor borcunun yüksəldiyini göstərir. Əslində anlaşılma üçün bunlar olduqca azdır.

Burada söhbət bir tərəfdən iki müqavilənin yerinə yetirilməsindən gedir: material məsuliyyəti (debet 41) və təchizat (kredit 60), həmçinin vergi qanunvericiliyindən irəli gələn öhdəliklər (debet 19), digər tərəfdən isə: təchizatçı hesabına təsərrüfat subyektinin aktivləri artır. Ancaq bütün bunlardan söz açmaq və xüsusilə də başa düşmək, tələbə üçün çox çətindir. İşgüzar oyunlar və keyslərə aludəçilik bizim işdə nisbətən kömək edir. Lakin problemləri sonadək həll etmir.

Lakin ali məktəblərin başlıca bəlası bunda deyil. İş ondadır ki, onların nümayəndələri qaydaya əsaslanan bir dogmatik təlim sisteminə riayət edirlər: hər bir problemin yalnız bir düzgün həlli var. Məhz, bu postulat həmkarlarımızın zehinini və qəlbini şikəst edir. Bunun əvəzinə dekonstruksiya və ya hikmət postulatı lazımdır: hər bir problemin ən azından iki düzgün həll yolu var.

Əlbəttə ki, tənzimləyici sənədlər baxımından, bir qayda olaraq, bir həll mümkündür, lakin mühasibat siyasətinin fikirlərini xatırlayın və sizə aydın olacaq: həmişə və ya demək olar ki, həmişə seçim var. Ona görə də müasir şəraitdə ali məktəbdə uçot siyasəti gələcək baş mühasiblərin tədrisində əsas mövzu olmalıdır. Çünki mühasibat uçotu – mümkün olanı başa düşmək haqqında elmdir.

Burada bir məsələni də qeyd etmək lazımdır: ən dəhşətlisi odur ki, siz hansısa elmin öyrənilməsi zamanı müəyyən baxışları aydın şəkildə yerinə yetirirsiniz, fikirlərin ziddiyyətli dialektik müxtəlifliyindən hər cür yayınmaq üçün bir metodologiya öyrədirlər. Görkəmli filosof  B. Rasselin (1872-1970) bir çağırışını xatırlayırsınızmı: “Müəllimlərin ifadə etdikləri fikirlərin yekdilliyi təkcə can atdığımız şey deyil, imkan olanda, ondan qaçmaq da lazımdır, çünki tərbiyəçilər arasında fikir müxtəlifliyi istənilən bir ağlabatan təhsil üçün vacibdir”.


Mühasib keçmişdə və gələcəkdə (8-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun