» » » Mühasib keçmişdə və gələcəkdə (6-cı hissə)

Mühasib keçmişdə və gələcəkdə (6-cı hissə)

posted in: Xəbər | 0
birbank biznes

MühasibMühasib keçmişdə və gələcəkdə

6-cı hissə

Məqalənin 5-ci hissəsini buradan oxuya bilərsiniz

Budur, sizdən ötrü tarix, budur, sizin üçün elmlə birlikdə təcrübə. Buradan belə nəticə çıxır: ideyaların tarixi də  lazımdır. Veksel – bu, kreditin formalarından birinin həyata keçirilməsi ideyasıdır və o, əbədidir, bu veksellərin quş lələklərinin köməyilə necə doldurulması texnika tarixinin öyrənilməsidir – bu isə artıq keçmiş mahnıdır.

Elə tarix lazımdırmı sualına cavab buradan çıxır. Əgər biz sadəcə mükəmməl işləyə və yaxşı qazana bilən ixtisaslı mühasib hazırlayırıqsa, lazım deyil, söhbət problemləri başa düşən səlahiyyətli mütəxəssislərdən gedirsə, onda tarix olmadan bir addım da atmaq olmaz.

Mühasibi necə öyrətməli?

Mühasib peşəsini öyrətməzdən əvvəl, yaxşı bir insan və işinin bacarıqlı bilicisi olması üçün ona yaxşı istirahət etməyi öyrətmək lazımdır. Əgər mühasib asudə vaxtında pivə barına getməyib, evində oturub Baxın musiqisini dinləyərsə, bu daha yaxşı istirahət hesab olunacaq. Əgər mühasib Valentin Pikulun kitablarının əvəzinə Aristotelin “Etika” əsərini oxuyursa və bu zaman həyəcanlanırsa, onun yerinə sevinmək olar. Mühasib çimərlikdə özünün günəşə verib qaraltmaq əvəzinə Marsda həyatın olub-olmaması barədə düşüncələrə dalırsa, onda belə bir şəxsi yolundan çıxarmaq heç kimə nəsib olmayacaq.

Belə bir şəxsi necə tərbiyə etmək və necə öyrətmək olar? Əgər tərbiyə edə bilsək, öyrətməyə ehtiyac qalmayacaq. İnan özü öyrənəcək, axı, ən yaxşı təhsil elə özünütəhsildir.

Bir insanın tərbiyəsi və borc duyğularının aşılanması nizam-intizamın ardıcıl şəkildə həyata keçirilməsi ilə nəticələnir. Hər bir şagird müəllimə tabe olduğunu və aralarındakı bərabərliyin yalnız qəbiristanlıqda olacağını başa düşməlidir. Əgər qəbiristanlıqdan auditoriyaya keçsək, onda görərik ki, bütün təlimlərimiz bir neçə mümkün üsulu nəzərdə tutur. Əvvəlcə, XIX əsrin sonuna qədər gələcək mühasibləri yalnız mühasibat proseduruna öyrətməyə çalışırdılar: blanklar, uçot registrləri – kitablar verirdilər və müəllimin rəhbərliyi altında “debet nədir” kimi boş suallar müzakirə olunmurdu. Müəllimin diktəsi ilə bu uçot kitablarında qeydlər aparılırdı. Güman edilirdi ki, bu cür məşğuliyyətlərin bir neçəsindən sonra gənc praktikaya gedəcək, idarədə oturacaq və eyni işi artıq dərsdə deyil, həyatda da görəcəkdi. Sonra bu üsul onları məyus etdi:

a) hər bir mühasibatlıqda kitabların özünəməxsusluğu var idi;

b) əməliyyatlar saysız-hesabsızdır, hər şey sinifdə öyrənilə bilməz;

c) təsərrüfat qeydlərinin məntiqi dağılmış vərəqlərdə əriyib yoxa çıxır;

ç) gələcək mühasibdə səliqəlilik tərbiyə olunur, lakin beyin inkişaf etmir.

Bir çox müəllimlər başqa yollar axtarmağa başladılar. Onların təkliflərinin mahiyyəti mühasibat uçotunun məntiqinin onun həyata keçirilməsi mühitindən ayrılmasına gətirib çıxardı. O vaxtdan bəri t-modellərindən (təyyarəciklər) və qraf-sxemlərindən geniş şəkildə istifadə etməyə başladılar. Məntiq mənimsənilirdi, amma, mühasibat işinin mahiyyətini yeni şagirdlər unudurdular.

Beləliklə, indiki dövrə kimi gəlib çıxmışıq: bəziləri şagirdləri blankları və registrləri doldurmağa məcbur edirlər, belə deyək, məsələn, jurnal-orderlərdə qeydləri aparmaq; digərləri problemi T-modellərdə (təyyarıciklər)  həll edirlər; üçüncülər isə E. Şmalenbaxın (1873-1955) notasiya qraf-sxemlərində müxabirləşmələri öyrədirlər.

Birinci halda blankların rolu tələbələrə aydın deyil, registrlərdə isə sütunların sayı həddindən artıq çoxdur və onların diqqəti yayınır;

İkincidə – müxabirləşmələrin çılpaq sxemi qalır, onların praktiki və məzmunlu əks olunması kompleksi isə aşağı düşür;

Üçüncüdə – bütün mühasibat uçotu sistemi abstrakt simvollara çevrilir, insan onları asanlıqla yadında saxlayır. Amma, hər kəs onların arxasındakı gizli bir mənanı görmür. Kompüter texnikası isə yalnız işi bir qədər də çətinləşdirir. Çünki  mühasibat biliklərinə hesablama texnikasının mənimsənilməsinin çətinlikləri də əlavə olunur.


Mühasib keçmişdə və gələcəkdə (7-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun