Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Gəlirin əldə edilməsi ilə bağlı xərclər
Vergilər Nazirliyinin şərhində bildirilir ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.
VM 104.1-ci maddəsinə əsasən, rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.
Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən əməliyyatlarla yanaşı, vergidən azad olunan əməliyyatlar da aparıldıqda vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərin vergi ödəyicisinin vergiyə cəlb edilən gəlirlərindən çıxılmasına yol verilmədiyindən həmin əməliyyatlar üzrə gəlirlərin və xərclərin uçotu ayrılıqda aparılmalıdır. Eyni zamanda, vergi ödəyicisi tərəfindən vergiyə cəlb olunan və vergidən azad olunan əməliyyatlar üzrə çəkilən, lakin bölüşdürülməsi mümkün olmayan xərclərin gəlirdən çıxılan məbləğinin vergiyə cəlb edilən gəlirlərin vergi ödəyicisinin ümumi gəlirlərində xüsusi çəkisi əsasında müəyyən edilməsi vergi ödəyicisinin 2017-ci və 2018-ci illər üzrə aparılan əməliyyatlarına münasibətdə də tətbiq edilirdi.
Vergi Məcəlləsinin 108-ci maddəsinə edilən və 1 yanvar 2020-ci ildən etibarən qüvvəyə minən dəyişiklik aydınlaşdırma xarakterli dəyişiklikdir.
Mənbə: vergiler.az

Rusiyalılar bank əmanətlərindən imtina etməyə hazırlaşırlar
Təcrübədə ezamiyyə zamanı çəkilən məsrəflərin gəlirdən çıxılan xərclərə aid olub-olmaması, işçilərə ezamiyyə ilə əlaqədar ödənilən məbləğlərin işçinin vergi tutulan gəlirlərinə aid edilib-edilməməsi, habelə ezamiyyə xərci normalarının tətbiqi ilə bağlı məsələlər ətrafında müəyyən suallar yaranır. Mövzunu EKVİTA şirkətinin vergi məsələləri üzrə məsləhətçisi Meyxanım Ələkbərova şərh edir.
Qeyri-adekvat baş mühasibin qeydləri: niyə biz hələ də mühasibik və ya peşənin sevincləri barədə