» » » Qeyri-adekvat baş mühasibin qeydləri (2-ci hissə)

Qeyri-adekvat baş mühasibin qeydləri (2-ci hissə)

posted in: Xəbər | 0
birbank biznes

MühasibQeyri-adekvat baş mühasibin qeydləri: niyə biz hələ də mühasibik və ya peşənin sevincləri barədə

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Biz niyə mühasib işləyirik? Hazırkı şəraitdə bu peşə mazoxizmin bir növünə çevrilmişdir: qüvvədə olan qanunvericilik daim dəyişir və onun təkmilləşdirilməsi üçün son hədd yoxdur. İlllik, rüblük, aylıq olaraq verilməsi zəruri olan hesabatların sayı həndəsi silsilə ilə artır – və yalnız buna vaxt çatdırmaq qalır. Hesabat dövrləri arasında isə vergi müfəttişlərinin tələb və soğularına cavab verməlisən. Gəlin, etiraf edək ki, belə bir  əməyin müqabilində ödənilən əməkhaqqı da adekvat deyil. Bu bizim nəyimizə lazımdır?

İkincisi, bizim də öz sevinclərimiz var. Həqiqi sözümdür!

Nəhayət balansa nail olan bir mühasibin hissləri ilə çox az şey müqayisə oluna bilər.

Hər hansı xüsusi kreativ bir autsorserdən və ya sahibkar tərəfindən uçotun müstəqil aparılmasından sonra uçotun bərpası prosesinin başa çatmasından doğan sevinc.

Yeni mühasibatlıq proqramının alışından sonra yaranan sevinc hissi – bu proqrama da yeni mənzildə olduğu kimi özünüzün zövqü və ehtiyaclarınıza müvafiq uyğunlaşmağa başlayırsan.

Nəhayət başa çatan və heç bir kriminal aşkar olunmayan auditor yoxlamasından sonra doğan sevinc – dərindən nəfəs alıb, rahatlayırsan və fikirlərini bir yerə toplayırsan. Buna qədər isə siz bir neçə ay ərzində auditorla birlikdə eyni məsələ üzrə tamamilə fərqli fikirlərdə olan Maliyyə nazirliyinə məktublar göndərirsən. Bir-brinizlə sizin təşkilatda uçotun aparılmasının xüsusiyyətləri barədə mübahisə etmisiniz, razılaşmısınız. Bütün bunlar hər şey başa çatdıqdan sonra aradan qalxır. Birbaşa deyək ki, yorulmusunuz. Və budur, auditor yoxlamasının nəticələri artıq əlinizdədir, auditor isə digər mühasibləri bezdirməyə gedib – siz isə xoşbəxtsiniz.

Vergi müfəttişliyi bazasının növbəti çöküşündən sonra oradan bütün ödənişlər və əlavə ödənişlərlə bağlı məlumatları əldə etdikdə yaşanan sevinc hissi.

Pensiya fonduna, vergi müfəttişliyinə, mərkəzi aparata, Prezident administrasiyasına onlarla məktub göndərildikdən sonra pensiya fondundan vergi müfəttişliyinə göndərilən hesabatın sizin hesabatla üst-üstə düşməsindən sonra yaranan sevinc hissi.

Üçüncüsü, peşəkar deformasiya.

Dünya həyatında mühasibat uçotunun ciddiliyi və bəzi yorğunluq həyatı çox asanlaşdırır. Kargüzarlıqla bağlı sənədləri biz çox asanlıqla oxumağı bacarırıq. Neyrolinqvistik proqramlaşdırma, kiçik şrift və reklam təbliğatları qarşımızda gücsüzdür. “Gün ərzində cəmi 100 rubl ödənişi” ilə bağlı şüar bizlərdə lazımi təəssürat doğurmur, çünki biz avtomatik olaraq beynimizdə ay ərzində alacağımız ümumi məbləği, kredit üzrə faizləri hesablamışıq, bundan dəhşətə gəlmişik və bir qədər də irəli getmişik. Bizdə evin büdcəsi dəqiqlə tutulmuş, ev balansı çıxarılmış, evin ilkin sənədləri isə səliqəli şəkildə qovluğa tikilmişdir.

O səbəbdən mühasib olmaq – bu, təkcə çətinlik deyil, həm də sevincdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun