Vahid bəyannamənin son təqdimetmə tarixi müəyyən edildi

posted in: Vergi, Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı

Nəzarət tədbirləri

Vahid bəyannamənin son təqdimetmə tarixi müəyyən edildi

“Sosial sığorta haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılıb və artıq iyulun 21-dən etibarən hesabatların təqdim edilməsi mümkündür.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, vergi ödəyiciləri avqustun 11-nə qədər müvafiq hesabatları vergi orqanlarına təqdim etməlidirlər.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya haqqında 50 maraqlı fakt (1-ci hissə)

posted in: Xəbər | 0

BritaniyaBöyük Britaniya haqqında 50 maraqlı fakt

1-ci hissə

İngilis dilini öyrənənlər üçün “Böyük Britaniya”nın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız. Bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  • Fransız dili 300 il ərzində Böyük Britaniyada rəsmi dil olub.
  • Londonda yaşayanların yalnız 25%-i Böyük Britaniyada doğulub.
  • İngiltərədə yaşayan 30 000 nəfərdən çox adamın adı Con Smitdir.
  • Britaniya adasında hakimiyyət forması parlamentli monarxiyadır. Bu o deməkdir ki, hökumət vətəndaşlar tərəfindən seçki yolu ilə seçilir. Və rolu nümayəndəlikdən ibarət olan kral hakimiyyətindən daha böyük səlahiyyətlərə malikdir. Hökumətin başçısı – baş nazirdir.
  • Uels, Şotlandiya və Şimali İrlandiyada daxili siyasət və səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat, ətraf mühit sahələrində işlər üçün cavabdeh olan yerli hökumət də var.
  • Birləşmiş Krallıq tədricən Avropa Birliyindən çıxmaq yolu tutub.
  • İngiltərə dünyaya reqbi və su polosu kimi idman oyuları bəxş edib.
  • Vindzor qəsri – dünyada ən böyük kral qəsri hesab olunur.
  • London – dünyada metropelitenin inşa olunduğu ilk şəhərdir.
  • Böyük Britaniyadan olan ən məşhur musiqi qrupları və musiqiçilər: The Beatles, Queen, Led Zeppelin, Rolling Stones, Coldplay, Pink Floyd.

Böyük Britaniya haqqında 50 maraqlı fakt (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dollar dünyanı ələ keçirdi və planetin əsas valyutasına çevrildi

posted in: Məqalə, Xəbər | 0

dollarDollar dünyanı ələ keçirdi və planetin əsas valyutasına çevrildi.

200 il əvvəl isə onu saya belə almırdılar.

ABŞ dolları hazırda dünyanın ən böyük valyutası və iqtisadi sabitliyin sinonimidir. Dünyanın fövqəldövlətləri öz ehtiyatlarını yerləşdirmək üçün məhz, dolları seçirlər. Beynəlxalq valyuta fondunun (BVF) məlumatına görə, 2020-ci ilin birinci rübünün sonuna dünya dövlətlərinin ehtiyatlarında dolların ümumi həcmi 70 faizə çatıb (öz populyarlığına görə ikinci valyuta hesab olunan avro isə çox çətinliklə bu sahədə 20 faizə çata bilib). Milli valyutanın məzənnəsinin inflyasiyaya görə daim dəyişdiyi qeyri-sabit siyasi və iqtisadi durum olan ölkələrdə dollar tez bir zamanda nağd hesablaşmalarda əsas ödəniş vasitəsinə və pulun saxlanmasının əsas üsuluna çevrilir.

Lakin dollar, heç də həmişə universal və sabit olmayıb. 6 iyul 1785-ci ildə ABŞ-da rəsmi valyuta halına gələn dollar böhranın bir neçə dalğasını yaşayıb və uzun müddət Amerika vətəndaşlarının belə etibarını qazana bilməyib. Dünyanı fəth etmək və qlobal valyuta bazarının liderinə çevrilmək üçün dollara az qala 200 ilə yaxın bir zaman lazım gəlib. Ən populyar dünya valyutasının təsviri də yüz illər boyu müxtəlif görünüşlər almış, fırıldaqçılar, iqtisadi böhranlar və müharibələr səbəbindən dəfələrlə dəyişmişdir. ABŞ-da milyarderlər pandemiya

Amerika valyutasının adı heç də ABŞ-da icad olunmayıb: bu ad artıq 500 ilə yaxındır ki, mövcuddur və o, Birləşmiş Ştatlara Köhnə Dünyadan (Avropadan) gəlmişdir. “Dollar” sözü XVI əsrdə Avropada geniş istifadə olunan gümüş sikkə “taler”dən təşəkkül tapıb. Sikkə Bohemiyada (Müasir Çexiyanın ərazisi) zəngin qiymətli metal yataqları ehtiyatları tapıldıqdan sonra ortaya çıxıb. Gümüş talerlər Avropa bazarında qiymətli metalların miqdarının az olduğu digər sikkələri tez bir zamanda sıxışdırıb aradan çıxardı. Və onların adı Avropanın bir çox ölkələrinə və dillərinə nüfuz edən qədər məşhur oldu. Adaptasiya prosesində söz öz səslənişini xeyli dəyişdirmişdi: məsələn, Niderlandda o “daalder”, ingilisdilli dünyada isə “dollar” formasını aldı.

Birləşmiş Ştatlar ərazisinə isə bu ad, İspaniyanın sayəsində daxil olmuşdu. Latın və Şimali Amerikanın kolonizasiyası zamanı İspaniya Boliviya, Peru və Meksika ərazisində nəhəng gümüş yataqları aşkara çıxarmışdı. Və 300 il ərzində – 1500-cü və1800-cü illər – dünyanın əsas gümüş istehsalçısına çevrilmişdi (dünya gümüş istehsalının 85 faizi onun payına düşürdü). İspaniyanın gümüş pesosu zamanla qiymətli metalların tərkibi aşağı düşdükcə keyfiyyət baxımından Avropa tallerlərini üstələdi. Şimali Amerikada peso “ispan dolları”  kimi tanındı və müstəmləkə dövründə böyük populyarlıq qazandı. Məsələ ondadır ki, müstəqillik uğrunda müharibədən əvvəl (1775-1783) 13 Britaniya koloniyasında rəsmi hesablaşma vasitəsi funt-sterlinq olub. Çünki Britaniya müstəmləkəçilərə müstəqil sikkə zərb etdirməyi qadağan etdiyinə görə, onlar daim valyuta çatışmazlığı yaşadılar. Bir çox ticarət əməliyyatları ispan dolları ilə həyata keçirilmişdir. Onların ABŞ-ın pul sisteminə təsiri o qədər böyük oldu ki, pesonun simvolu hələ də dollarların ümumi qəbul edilmiş simvolu kimi, üstündən xətt çəkilmiş latın hərfi $ şəklindədir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank yenilənən Mingəçevir filialını istifadəyə verdi

posted in: Bank, Xəbər | 0

Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Mingəçevir filialı, Mingəçevir şəhəri, M.Ə. Rəsulzadə küçəsi, ev 1A ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Mingəçevir filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Cari ildə biri Mingəçevir şəhər filialı olmaqla 4 struktur bölmənin relokasiya və əsaslı təmiri həyata keçirilib, 5 yeni struktur bölmənin isə fəaliyyətə başlaması təmin edilib.

Eyni zamanda, ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 30-dan çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq bu və gələcək illərdə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Kapital Bank


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun