Rusiya dövlət borcunu rekord həcmdə artırmağa hazırlaşır

posted in: Xəbər | 0

Dördgünlük iş həftəsiRusiya dövlət borcunu rekord həcmdə artırmağa hazırlaşır.


Rusiya Maliyyə Nazirliyi növbəti beş il ərzində dövlət borcunu kəskin şəkildə artırmaq niyyətindədir. Lakin bunu ÜDM-in 20 faizindən yuxarı qaldırmaq fikrində deyil. Bu haqda “İzvestiya” qəzetinin istinad etdiyi idarənin 2020-2025-ci illər üçün fəaliyyət planı layihəsində deyilir.

Rusiyada koronavirus epidemiyasından əvvəl qəbul edilən büdcənin son versiyasını nəzərə alsaq, 1 iyul tarixinə bu parametr 14,8 trilyon rubla və ya 13 faizə çatıb. İqtisadi İnkişaf Nazirliyinin son proqnozu ilə əlaqədar olaraq dövlət borcu 14 faizə çatır.

Əgər Maliyyə Nazirliyi xalis dörd trilyon rubl təmiz borc götürmənin də daxil olduğu cari il üçün elan edilmiş inkişaf proqramını yerinə yetirərsə, dövlət borcu 17 faizə qədər artacaqdır. Bundan əvvəl şöbə müdirinin müavini Vladimir Kolıçev etiraf etmişdi ki, 2021-ci ildəki borclanma planlaşdırılan 1.6 trilyon rubldan xeyli çox olacaq.

Nazirliyin mətbuat xidməti dövlət borcunun həcminin ÜDM-in 20 faizi səviyyəsində göstərilən maksimum göstəricilərə yaxınlaşdıqda nəyin baş verəcəyi barədə suala cavab verməkdən imtina edib.

Bununla yanaşı, ekspertlər ümid edirlər ki, əgər iqtisadiyyatın stimullaşdırılması hazırkı rejimdə davam edərsə, dövlət borcu artıq gələn ilin sonuna qədər 20 faizdən yuxarı qalxacaq. “BKS Premyer”in iqtisadçısı Anton Pokatoviçin qeyd etdiyi kimi, neft gəlirləri ən yaxşı halda böhrandan əvvəlki səviyyəyə 2023-cü ildə qayıda biləcək.

Öz növbəsində AKRA suveren reytinqlər və makroiqtisadi təhlil qrupunun direktor müavini Dmitriy Kulikov dövlət borcunu ÜDM-in 20 faizi səviyyəsində saxlamağa kömək edə biləcəyini göstərir. Bu isə büdcə kəsiri və böhranın 2022-ci ildə başa çatmasına səbəb ola bilər.

Əvvəllər Kolıçev qeyd edirdi ki, koronavirus pandemiyası səbəbindən federal büdcənin itkiləri trilyon rubldan çox olub, özü də bu, qeyri-neft-qaz gəlirləridir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank – 146 il sizinlə!

posted in: Bank, Xəbər | 0

Kapital Bank24 iyul 1874-cü il ölkənin birinci bankı olan Kapital Bank-ın yaranması günüdür. Azərbaycan Əmanət Bankının hüquqi varisi olan Kapital Bank-ın ilk xidmət məntəqəsi 1874-cü ildə Bakıda əmanət kassası kimi yaradılıb.

Bu münasibətlə Kapital Bank çoxsaylı müştərilərinə hədiyyə verir. Bunun üçün ölkənin ən məşhur mobil tətbiqi olan BirBank vasitəsilə 24 iyul tarixində istənilən əməliyyat etdikdə, istifadəçilərə əlavə olaraq 1000 “ürək” hədiyyə olunacaq. Sonra həmin bonusları, müxtəlif hədiyyələrə dəyişmək mümkündür.

Qeyd edək ki, Kapital Bank əmanət kassa kimi yarandıqda Uçot Komitəsinin tərkibində Hacı Zeynalabdin Tağıyev, Hacı Baba Haşımov, Hacı Şıxəli Dadaşov kimi tanınmış azərbaycanlılar da təmsil olunurdu. 29 dekabr 2004-cü il tarixindən fəaliyyətini Kapital Bank adı ilə davam etdirən Bank, hazırda ölkə üzrə 100-dən artıq xidmət nöqtəsinə, 3 milyondan artıq fiziki şəxsə, 22 mindən artıq hüquqi şəxsə yüksək səviyyədə bank xidməti göstərir.

Kapital Bank fəaliyyətinin 146-cı il dönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını və əməkdaşlarını təbrik edir, Kapital Bankla birgə olduqları üçün təşəkkürünü bildirir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Startapınızın uğursuz olacağının 10 səbəbi (1-ci hissə)

posted in: Xəbər | 0

startapStartapınızın uğursuz olacağının 10 səbəbi

1-ci hissə

Niyə stratapların bir çoxu gəlir gətirmir? Əksər stratapların sonluğunun iflas və qoyulan sərmayələrin itirilməsi ilə başa çatmasının səbəblərini araşdıraq.

1-ci səbəb. Siz düşünürsünüz ki, ətrafdakılardan çox bilirsiniz.

Həddən ziyadə lovğalıq heç vaxt yaxşı heç nəyə gətirib çıxarmayıb, ona görə də elə düşünməyin ki, siz ətrafınızdakılardan daha çox şey bilirsiniz. Komandanın fikirlərini dinləməyə çalışın və heç vaxt tək qərar verməyin. Qərarın demokratik yolla verilməsinə çalışın. Ancaq qaydalardan istisna halları da var, bunu unutmayın.

2-ci səbəb. Startapımızın məqsədi yalnız mənfəət əldə etməyə hesablanıb.

Əgər sizin məqsədiniz – bu, istisnasız olaraq yalnız mənfəət əldə etməyə yönəlibsə, onda çox güman ki, sizin strartap məğlubiyyətə düçar olacaq. Məsələ ondadır ki, əgər siz pul dalınca qaçırsınızsa, onda iş yerində 8 saatdan çox ola bilməyəcəksiniz və özünüzü həmin işə tam şəkildə həsr edə bilməyəcəksiniz, nəticə etibarilə  rəqibiniz qlobal planları ilə  həmişə qarşınızda üstün vəziyyətdə olacaq.

3-cü səbəb. Siz ətrafınızdakılrın fikirləri barədə düşünürsünüz.

İnsanların həmişə öz fikirləri olaraq və həmişə sizi nədə isə təqsirləndirəcəklər. Yəni, sizin hansı variantdan olan qərarı qəbul etməyinizə baxmayaraq, tənqid həmişə olacaqdır. Bu səbəbdən, əgər siz müəyyən nəticələrə nail olmaq istəyirsinizsə, onda ətrafdkı adamların barənizdə nə deyəcəkləri ilə bağlı ümumiyyətlə, heç nə düşünməyin.  Lakin, bir ən böyük istisna var – o da sizin alıcınızdır. Bax, ona daim qulaq asmaq və onun probleminin həlli üçün maksimum səy göstərmək lazımdır. Uğurlu biznes elə bunun üzərində qurulur.

4-cü səbəb. Sizin gəlirləriniz harasa yoxa çıxır.

Əgər siz öz gəlirinizlə bağlı dəqiq təsəvvürə malik deyilsinizsə, onda startapınızın məhsuldar şəkildə inkişaf etməsi ehtimalı çox azdır. Belə ki, biznesin inkişafından ötrü pul vəsaitləri lazımdır, həmin pullar isə daim bahalı həyatın gözəllikləri üçün axıb, gedir. Bu səbəbdən siz hökmən öz startapınızın pulunu savadlı şəkildə idarə etməyi öyrənməlisiniz. Bunun üçün isə məsrəf və mənfəətiniziin uçotunu aparmalısınız.

5-ci səbəb. Məhsulun keyfiyyətinə əhəmiyyət verməmək.

Məhsulunuz keyfiyyətli deyilsə və ya dəyişdirilməsə, onun satışları pis olacaq. Bu halda satış həcmini artırmaq, çox problemli olacaq.  Sizin biznesiniz isə zərər görməkdə davam edəcək. Alıcınız, hər hansı digər alıcılar kimi, tələbkardır və pullarını özünə faydalı şəkildə sərf etmək istəyir. Ona görə, öz məhsullarınızın və ya xidmətlərinizin keyfiyyətini həmişə yüksək səviyyədə saxlayın.


Startapınızın uğursuz olacağının 10 səbəbi (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ƏDV ödənişində maraq doğuran suallar

posted in: Vergi, Xəbər | 0

ƏDVVergi Məcəlləsinin 175-ci maddəsi büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən əlavə dəyər vergisinə (ƏDV) həsr olunub. Bu maddənin müddəaları ilə bağlı maraq doğuran məsələləri iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcələsinin 175.1.3-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır.

Misal 1: ƏDV ödəyicisi olan “A” MMC qarşı tərəfdən yanvar ayında 1.000 manatlıq mal alıb. “A” MMC yanvar ayında bank hesabına həmin malın 600 manatını və müvafiq olaraq 108 manat (600 manat x 18 faiz) ƏDV-ni ödəyib. Fevral ayında bank hesabına 400 manat və ona mütənasib 72 manat (400 x 18 faiz) ƏDV-ni isə depozit hesabına ödəyib. Bu halda, “A” MMC yanvar və fevral ayında müvafiq olaraq 108 manatlıq və 72 manatlıq ƏDV-ni əvəzləşdirə biləcək.

Misal 2: Vergi ödəyicisi mart ayında qarşı tərəfdən 4.000 manatlıq mal almasına baxmayaraq, 8 aprel 2020-ci tarixində bank hesabına 3.000 manat əsas məbləğ ödəsə də, həmin tarixdə aprel ayı üçün cəmi 200 manat ƏDV məbləğini depozit hesabına ödəyib. Bu zaman, vergi ödəciyisi 3.000 manata görə hesablanan ƏDV-ni, yəni 540 manatı (3.000 manat x 18 faiz) əvəzləşdirə bilməyəcək.

Bir məsələni qeyd edək ki, vergi ödəyicisi ödənişləri misalımıza uyğun həyata keçirdikdə ona maliyyə sanksiyası tətbiq olunacaq. Çünki Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq 175.8-ci maddədə göstərilən vergi ödəyicisi tərəfindən ƏDV məbləğinin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Vergi ödəyicisi 3.000 manat ödəniş etdiyi zaman 540 manat yox, 200 manat ödədiyinə görə vaxtında ödənilməyən 340 manatın (540 manat – 200 manat) 50 faizi həcmində – 170 manat miqdarında maliyyə sanksiyasına məruz qalacaq.

Misal 3: Vergi ödəyicisi təqdim olunan mallara görə qarşı tərəfin bank hesabına 4.000 manat nağdsız ödənişlə yanaşı, əlavə dəyər vergisini depozit hesabına 1.000 manat ödəyib. Bu zaman, vergi ödəyicisinin əvəzləşdirəcəyi məbləğ 1.000 manat yox, 720 manat (4000 manat x 18 faiz) olacaq.

Misal 4: Vergi ödəyicisi aprel ayında göstərilən xidmətlərə görə digər vergi ödəyicisinə nağd şəkildə 3.000 manat ödəniş edib.  Müvafiq olaraq əlavə dəyər vergisi depozit hesabına da 540 manat köçürüb. Bu halda, xidmətin dəyəri nağd formada ödənildiyi üçün vergi ödəyicisi əvəzləşdirmə hüququnu itirir.

Misal 5: Vergi ödəyicisi may ayında malların alınması üçün digər vergi ödəyicisinə nağdsız formada 3.000 manat ödəniş edib, müvafiq olaraq qarşı tərəfin depozit yox, bank hesabına da 540 manat köçürüb. Bu halda, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənilmədiyi üçün vergi ödəyicisi əvəzləşdirmə həyata keçirə bilmir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun