Fransızların həyatında nələr dəyişdi (1-ci hissə)

posted in: Xəbər | 0

2020-ci il yanvarın 1-dən fransızların həyatında nələr dəyişdi

1-ci hissə

Vergilərin azaldılması, 10 avro dəyərində siqaret qutusu, minimum əmək haqqının 15 avro artırılması, eynək və diş protezlərinə xərclərin azaldılması, eləcə də pambıq “qulaq təmizləyicələrinin”dəstəyinin  yalnız ağacdan və ya kartondan hazırlanması  –  2020-ci il üçün Fransanın həyatında baş verən bu və digər yeniliklər.

Birdəfəlik istifadə edilən plastik məmulatlarla bağlı qadağanın genişləndirilməsi

2020-ci il yanvarın 1-dən Fransada birdəflik istifadə edilən plastik məmulatlar – boşqablar, stəkanlar və qulaq təmizləyən çöplərdən istifadə qadağan edilib. Bu cür məmulat ehtiyatlarından yaxa qurtarmaq üçün ticarət şəbəkələrinə altı ay vaxt verilib.  Yaxın il yarımda isə birdəfəlik istifadə edilən bütün plastik qablar (borucuqlar, yeməkxana dəstləri, qarışdırmaq üçün çubuqlar) qadağan altına düşəcək. İstifadədə yalnız ağacdan və ya kartondan düzəldilən birdəfəlik istifadə məmulatları qalacaq. Xatırladaq ki, plastik torbalar Fransa mağazalarından 2017-ci ildə yoxa çıxıb.

 10 avroya bir qutu siqaret!

2020-ci ilin sonuna kimi Fransada bir qutu siqaretin qiyməti 10 avroya kimi yüksələcək. Siqaret çəkənlərin xərcləri tütünə tətbiq edilən aksiz üzündən indi ildə durmadan iki dəfə artır. Yanvarın 1-dən Fransada bəzi siqaret markalarının qiyməti yenidən bahalaşıb – ötən ilin noyabrında 50 sentlik artımdan sonra bu dəfə bir qutu siqaretin qiyməti 9,10 və ya 9,20 avroya kimi yüksəlib. Mart ayında növbəti artım müşahidə edilib, noyabr ayında isə növbəti artım gözlənilir.

Gəlir vergisinin azaldılması

Yeni ildə fransızların böyük əksəriyyəti gəlir vergisinin azalmasını gözləyir. Prezident Emmanuel Makron “sarı jiletlilər” in etirazına cavab olaraq, onu 5 milyard avroya qədər endirəcəyini vəd edib. 2020-ci il üçün büdcə haqqında qanuna mütərəqqi gəlir vergisinin şkalasında dəyişikliklər edilməsi nəzərdə tutulub. Verginin minimal stavkası 14%-dən 11%-ə endiriləcək və nəticədə 12 milyon ev təsərrüfatının (vergi ödəyicələrinin ən böyük qrupu) hər biri bu islahatdan 350 avro uduşda olacaq.

30% dərəcəsi ilə gəlir vergisi ödəyənlər də öz kateqoriyasında aşağı və yuxarı gəlir sərhədlərinin azaldılması səbəbiylə qənaət edəcəklər (27794 – 74 517 avro əvəzinə 25 659 – 73 369 avro).

Fransada gəlir vergisini illik qazancları 10 000 avrodan yüksək olanlar ödəyirlər. 16,5 milyon ev təsərrüfatı vergiyə cəlb edilmir.


Fransızların həyatında nələr dəyişdi (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank tender qarantiyalarına endirimlər elan etdi

posted in: Bank, Xəbər | 0

tender qarantiyaları Kapital BankKapital Bank kiçik və orta sahibkarlığın inkişafına, həmçinin bu sahədə çalışanlara endirimli şərtlər təklif etməklə öz töhfəsini verir. Bu dəfə Kapital Bank-a müraciət edən sahibkarlar tender qarantiyaları üzrə komissiyalara endirimlər əldə edə biləcəklər.

Şərtlərə görə, tender qarantiyaların birdəfəlik komissiyasına 50% endirim tətbiq edilir. Belə ki, müştərilər tender təminat məktubu əldə etdikləri zamanı isə cari birdəfəlik komissiyanın yalnız 50%-ni ödəyəcəklər. Aksiya 24 avqust 2020-ci il tarixədək davam edəcək.

Sahibkarlar tender qarantiyalarını Kapital Bank-ın istənilən filialından 1 iş günü ərzində təminatsız şəkildə əldə edə bilərlər. Tender qarantiyalarını Kapital Bank-dan əldə etməyin əsas üstünlüklərindən biri də təqdim olunan təminat məktublarının istənilən benefisiar tərəfindən tanınıb, qəbul edilməsidir.

Qeyd edək ki, Kapital Bank kiçik və orta sahibkarlar üçün hər zaman yeni məhsullar, kampaniyalar təqdim edir və müştərilərə xidmət keyfiyyətinin yüksək səviyyədə saxlanılması istiqamətində davamlı işlər aparılır.

Kapital Bank-ın KOS müştəriləri üçün nəzərdə tutulan Biznes Mərkəzləri Xətai, Səbail, Nəsimi, Gənclik, Yasamal, Mərkəz, 28 May filiallarında, həmçinin Sədərək TM-də yerləşən Ticarət filialı və Binə TM-dəki Lökbatan şöbəsində fəaliyyət göstərir. Biznes mərkəzlərində KOS müştərilərə xüsusi xidmət bölməsi ilə yanaşı fərdi müştəri menecerləri də vardır. Onlar sahibkarlara bankın təqdim etdiyi məhsullar barədə məlumat verməklə yanaşı, kredit, qarantiya, overdraft, faktorinq və digər maliyyələşmə məhsullarının sifarişlərini qəbul edirlər, biznesin inkişafı üçün maliyyə məsləhətləri və bir sıra digər xidmətlər də göstərirlər.

Bankın KOS seqmenti üçün təqdim etdiyi məhsul və xidmətlər barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytında “Biznes üçün” bölməsinə, (012) 310 09 99 korporativ məlumat mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Daha 2 600 əlillik ləğv olundu

posted in: Xəbər | 0

əlillik ləğvƏlilliyin qiymətləndirilməsi sisteminin şəffaflaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən görülən tədbirlər 2020-ci ilin ötən dövründə davam etdirilib.

Nazirlikdən verilən məlumata görə, müvafiq işçi qrupu tərəfindən xəstəlik sənədləri şübhə doğuran əlillik təyinatları üzrə aparılan araşdırmalar zamanı daha 2 min 600 əlillik təyinatının reallığı əks etdirməyən saxta tibbi sənədlərlə tərtib olunmuş əsassız göndərişlər əsasında aparıldığı aşkar edilib.

Həmin əlillik təyinatları ləğv olunub və təyin olunan sosial təminat növləri üzrə ödənişlər dayandırılıb. Bunun da nəticəsi olaraq, büdcə vəsaitinin həmin ödənişlər üzrə qeyri-qanuni istiqamətə xərclənməsinin qarşısı alınmaqla, illik 9,5 milyon, ümumi gözlənilən xərclər üzrə 225 milyon manat dövlət vəsaitinə qənaət edilib.

Ümumilikdə isə son iki ildə aparılan araşdırmalar nəticəsində 6 min 300 əlillik təyinatının əsassız göndərişlər əsasında aparıldığl aşkar olunaraq ləğv edilib. Nəticədə illik 29 milyon, ümumi gözlənilən xərclər üzrə 735 milyon manat büdcə vəsaitinə qənaət olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

XXII əsrdə iqtisadiyyatın əsas problemi açıqlanıb

posted in: Xəbər | 0

iqtisadiyyatın əsas problemiXXII əsrdə iqtisadiyyatın əsas problemi açıqlanıb

Yaxın onilliklərdə planetin əhalisi azalacaq və bu, XXII əsrin iqtisadiyyatı üçün əsas problemlərdən birinə çevriləcəkdir. Həyatın davamlılığının artmasına baxmayaraq (orta hesabla 74 yaşa qədər) əmək qabiliyyətli əhalinin sayı azalacaq. Bu, iqtisadiyyat üçün problemlərlə nəticələnə bilər, bunu Bloomberg agentliyi də qeyd edib.

Bu, hər şeydən çox pensiya sistemlərinə və səhiyyə sahəsinə təsir göstərəcək. Agentlik həmçinin göstərib ki, əmək qabiliyyətli əhalinin sayının azalması vergi daxilolmalarının azalmasına səbəb olacaq və istehsal sahəsinə ziyan vuracaq. Ümumiyyətlə, bu, iqtisadi tənəzzülə və həyat səviyyəsinin artmında azalmalara gətirib çıxaracaq.

Bundan əvvəl, Sietl şəhərindəki Vaşinqton Universitetinin Tibb Məktəbi yanında sağlamlıq göstəriciləri və dəyərləndirmələri İnstitutunun mütəxəssisləri gələcəkdə dünya əhalisinin azalacağını açıqladımışdılar.

Güman edilir ki, 2060-cı illərin ortalarından başlayaraq Yer planetinin əhalisi azalmağa başlayacaq, əsrin sonunda isə əhalinin sayı 8,8 milyard nəfər təşkil edəcək.

Hazırda planetdə 7,6 milyard nəfər insan yaşayır. 1950-ci illərdən başlaraq əhalinin sayı hər il 1-2 faiz artır. 9,7 milyard nəfərlik pik hədd göstəricisinə 2064-cü ildə çatmaq mümkün olacaq, sonra isə əhalinin sayı azalmağa başlayacaq. Ən çox azalma Yaponiya, İspaniya, Tailand və İtaliyada baş verəcək, həmin vaxta kimi sözügeən ölkələrin əhalisinin sayı yarıdan da çox azalacaq.

Ekspertlər göstərir ki, demoqrafik dəyişikliklər doğum sayının azalması, təhsil səviyyəsinin ümumi artımı və kontrasepsiya vasitələrinin geniş tətbiqi ilə bağlıdır. Alimlərin proqnozlarına görə, dünyada əmək qabiliyyətli əhalinin sayına görə ABŞ, Çin, Hindistan və Nigeriya lider olacaq.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun