Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (2-ci hissə)

posted in: Xəbər | 0

Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Mühasibatlığa və mühasiblərə sevgi

Professor Yaroslav Vasilyeviç Sokolov (1938-2010-cu illər) mühasibat uçotunu və mühasibləri çox sevirdi. “Sevgi – necə gözəl səslənməsinə baxmayaraq, olduqca qeyri-müəyyən sözdür”, – Sokolov yazırdı.

Sovet dönəmi tarixində də işlər elə də yaxşı olmayıb. “Antologiyalarda – Sokolov qeyd edirdi, – prestijin artırılması üçün bu cür təəssürat oyadışı şeirlər çap edilirdi:

Parkda bütün skamyalar tutulmuşdu,

Mühasib isə qəpik axtarışında idi,

Öz qəpiyinin  deyil, zavod qəpiyinin

Bu cür təlimatlar gənclərin geniş kütləsini təmiz havada gəzintiyə çıxmamağa, başqalarının qəpiyini axtarmağa ruhlandırmalı idi”.

Və budur, “Köhnə dostlar”  filmində bir qəşəng qız öz gənc sevgilisinə deyir: “Bura bax, mühasib olmayasan, ha”.

“Təəssüflər olsun ki, biz ədəbiyyatda mühasib işləyənlər arasında ağıllı adamlarla demək olar ki, rastlaşmırıq, lakin, onlar dürüst və sadəlövhdürlər, ruhən geniş qəlbli olsalar da, dünyagörüşləri dar idi, Yaroslav Sokolov qəmgincəsinə qeyd edirdi. Volfqanq Höte (1749-1832-ci illər) “Vilhelm Mysterin təlim illəri” əsərində yazırdı ki, mühasiblər və tacirlər dar dünyagörüşünə sahibdirlər, ona görə “İkili mühasibatlıq” onların anlayışı üçün bu insan ağlının ən gözəl ixtiralarından biridir”. Onlar insan dahiliyinin digər sübutlarını görmürdülər, əgər görürdülərsə belə, onları başa düşmürdülər”.

“Amma, hətta ən yaxşı mühasib obrazları belə, – Sokolov davam etdi, – heç də həmişə simpatiya doğurmurdu. … Bir çox insanlar mühasiblərin qüruru, iddiası, inamsızlığı və səliqəsizliyindən (onlar səhvə yol verirlər) qıcıqlanırlar. V. Şeksprin əsərində Yaqo Kassioya olan nifrətini qeyd etmək üçün onu hesab (mühasibatlıq) kitabı adlandırır. Bu epizod yalnız M.M. Morozovun tam prozaik tərcüməsində vardır, digər tərcümələrdə isə bu detal əhəmiyyətsiz sayılıb. Yəni, tərcümə edilməyib. Tərcümədəki bu boşluq, – Sokolov diqqətimizi buna cəlb edir, – da tərcüməçinin mühasibatlıqla əlaqəli detalı əhəmiyyətsiz hesab etdiyi anlamına gəlir”.

Və budur, Sokolovun fikrincə, “mühasibin təhsili və işinin spesifikası, əgər xəstəliyin inkişafına gətirib çıxarmasa da, onun sindromunun ortaya çıxmasına yol açır…

Bu heç də hansısa psixi pozğunluq deyil, onun simptomlarının ortaya çıxmasıdır. Müəllif (Y.V. Sokolov) onları iki maniyanın inkişafına gətirib çıxaran, paranoid sindrom adlandırıb: natamamlıq və böyüklük maniyası.


Professor Y.V. Sokolovun mühasiblər üçün təlimatları (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Müxtəlif ölkələrdə orijinal müasir vergilər (1-ci hissə)

posted in: Xəbər | 0

Müxtəlif ölkələrdə orijinal müasir vergilər

1-ci hissə

Hava, yağış, qeyri-formal münasibətlər və qəbirüstünə tətbiq edilən vergilər… Vergi orqanlarının büdcə kassasını artırmaq, potensial mənfəətin yeni mənbələrini axtarmaq üçün yanaşmasının nə qədər yaradıcı ola biləcəyinə baxın. Ən qeyri-adi və bəzən çox ekzotik vergiləri aşkara çıxarmaq üçün dünyanın müxtəlif ölkələrinin vergi qanunlarını araşdırdıq.
  1. Yağışa görə vergi. Polşanın qərbində, Oder çayı kənarında yerləşən Vrotslav şəhərindən olan məmurların beyninə belə bir dahiyanə ideya gəlib.  Belə ki, onlar yağış suları üçün nəzərdə tutulan kanalizasiya xəttindən istifadəyə görə belə bir vergi növünü tətbiq etməyə başlayıblar. Binanın yerləşdiyi hər kvadrat metr əraziyə görə 6 Polşa qroşu ödənilməlidir. Və ən maraqlısı odur ki, bu vergi yağış yağıb-yağmayacağından asılı olmayaraq ödənilməlidir.
  2. “Narkotik maddələrin qeyri-qanuni saxlanılmasına” görə vergi. Belə hal – qeyri-qanuni olan bir şeyin vergiyə cəlb edilməsi, yalnız ABŞ-da baş verə bilər. Amerikanın 23 ştatında marixuana, kokain, ekstazi və digər bu kimi psixotrop vasitələrə görə vergi tətbiq olunub. Həmin psixotrop maddələrin dilerləri sözügedən vergini anonim şəkildə də ödəyə bilərlər. Əgər onlar ələ keçərlərsə və həbs olunarlarsa, belədə məhkəmədə sözügedən vergini ödədikləri barədə təsdiqedici sənədləri təqdim edə bilərlər ki, bu da məhkəmə gedişində onlardan ötrü yüngülləşdirici bir hal kimi nəzərə alına bilər.
  3. Qeyri-formal münasibətlərə vergi tətbiq etməklə, Çin özünü fərqləndirməyi bacara bilib. Dünyada nikah olmadan yaşayan cütlüklərin sayı durmadan artmaqdadır. Belə ki, Fransada və yaxud İsveçrədə nikahsız yaşayanlar bütün cütlüklərin 60 faizini təşkil etdiyini söyləyirlər. Lakin, belə münasibətlər açıq-aşkar Çinin Tyantszmin əyalətindən olan məmurların xoşuna gəlməyib. Həmin səbəbdən onlar 1996-cı ildə öz münasibətlərini rəsmi olaraq qeydiyyata aldırmayan cütlükləri vergiyə cəlb ediblər. Həmin cütlüklər il ərzində 120 avro məbləğində vergi ödəyirlər.
  4. Tatuaja və pirsingə görə vergi. Belə bir vergi 2005-ci ildə Amerikanın Arkanzas ştatında tətbiq olunub. Həmin verginin tətbiqindən sonra bahalı tatuaj rəsmlərinin çəkilişi üçün xidmətlərin haqqı 6 faiz yüksəlib. Belə bir qərar qeyri-peşəkar tatuaj və pirsinq salonlarına qarşı kmpaniya çərçivəsində tətbiq edilib. Hakimiyyət orqanları bunu həmin qeyri-peşəkar salonlarda insanların QİÇS-ə yoluxma riskinin ola biləcəyi amili ilə əlaqələndirib.
  5. Almaniyada da çox maraqlı, hətta belə demək mümkünsə qəribə bir vergi sisteminin olduğunu söyləmək olar.  Belə ki, alman milli yeməyi hesab edilən qızardılmış kolbasa dilimləri  müxtəlif ƏDV tariflərinə məruz qala bilər – bu onu harada və necə … ayaqüstə dayanaraq və ya oturaraq həzm-rabedən keçirməyinizə bağlıdır. Belə ki, kolbasanı ayaqüstə yeyirsinizsə – ƏDV 7 faizdən, oturaq vəziyyətdə bunu edirsinizsə – 19 faizdən hesablanır.

Müxtəlif ölkələrdə orijinal müasir vergilər (2-ci hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

G20 ölkələri koronavirus pandemiyasının nəticələri ilə mübarizə aparmaq niyyətindədir

posted in: Xəbər | 0

G20 koronavirusG20 ölkələri koronavirus pandemiyasının nəticələri ilə mübarizə aparmaq niyyətindədir.

G20 ölkələri koronavirus pandemiyasının nəticələrini aradan qaldırmaq üçün mümkün olan hər şeyi etmək niyyətindədirlər. Bu məlumatı RİA Novosti agentliyi yayıb.

Bu barədə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən sonra verilən açıqlamada deyilir.

G20 üzvləri, insanların həyatını, işlərini və gəlirlərini qorumaq, eləcə də qlobal iqtisadiyyatın bərpasını dəstəkləmək və maliyyə sistemlərinin sabitliyini artırmaq üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam etmək niyyətlərini təsdiqləyiblər.

Pandemiyadan sonra beynəlxalq ticarətin, investisiyaların dəstəklənməsi və iqtisadi artımın təmin edilməsi üçün tədbirlər görüləcəkdir.

Bundan əlavə, iclas iştirakçıları beynəlxalq ədalətli, dayanıqlı və müasir vergitutma sisteminin yaradılmasının zəruriliyini qeyd ediblər.

Bundan əvvəl isə “iyirmilik” ölkələri pandemiyadan ən çox zərər çəkmiş turizm sahəsini dəstəkləməyə hazır olduları barədə razılığa gəlmişdilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması

posted in: sual-cavab, Xəbər | 0

Topdansatış fəaliyyətinin vergiyə cəlb olunması

Topdansatış fəaliyyətiSual: Topdansatış fəaliyyəti göstərən bir müəssisə sadələşdirilmiş verginin ödəyicisi ola bilərmi?

Cavab: Topdansatış qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yoxdur. Bu səbəbdən, belə fəaliyyətlə məşğul olan müəssisələr 2019-cu il yanvarın 1-i tarixindən mənfəət vergisinin ödəyicisi hesab edilirlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun