» » » Fransızların həyatında nələr dəyişdi (3-cü hissə)

Fransızların həyatında nələr dəyişdi (3-cü hissə)

posted in: Xəbər | 0
birbank biznes

Fransa Fransızlar2020-ci il yanvarın 1-dən fransızların həyatında nələr dəyişdi

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Vergilərin azaldılması, 10 avro dəyərində siqaret qutusu, minimum əmək haqqının 15 avro artırılması, eynək və diş protezlərinə xərclərin azaldılması, eləcə də pambıq “qulaq təmizləyicələrinin”dəstəyinin  yalnız ağacdan və ya kartondan hazırlanması  –  2020-ci il üçün Fransanın həyatında baş verən bu və digər yeniliklər.

Fransızların böyük əksəriyyəti yeni ildən bir daha diş protezləri və gözlərin korreksiyası üçün eynək almaq üçün xərcə düşməcəyəklər. Eşitmə cihazlarının qiyməti də 250 avrodan ucuz olacaq. Fransada bu bahalı tibbi xidmətlərə xərclərin ödənilməsi sisteminin islahatı başlanıb. Tibbi sığorta (dövlət və əlavə özəl) eynək, koronka, diş protezləri və eşitmə aparatlarının dəyərini heç də həmişə tam əhatə etmirdi. 2021-ci ildən Fransada bu tibbi xidmətlər tam şəkildə sığorta tərəfindən ödəniləcək.

Yanvarın 15-dən isə fransız apteklərində istiliyi aşağı salan və soyuqdəyməyə qarşı dərmanlar – parasetomol, ibuprofen və aspirin sərbəst satışdan yığışdırılıb. Onları indi də reseptsiz almaq mümkündür, lakin bunu yalnız aptek işçisinə müraciət etməklə almaq olar. Bu bir növ psixoloji xarakter daşıyan tədbirdir, nəzarətsiz “özünümüalicəni” aşağı salmaq məqsədi daşıyır: hətta ən çox işlədilən dərmanlar belə yalnız həkim və ya aptek işçisinin tövsiyəsi ilə verilə bilər.

Poçt markaları bahalaşıb

Yanvarın 1-dən fransız poçtu öz tariflərini yüksəldib. Markaların qiyməti 9-11 sent yüksəlib. Hazırda bir məktubun göndərilməsindən ötrü Fransada artıq 0,97 avrodan az olmayan haqq ödənilir. Xaricə yola salınan məktuba görə isə 1,40 avrodan az olmayan bir məbləğ ödənilir.

E 171 qida əlavəsinə qadağa

Bu il yanvarın 1-dən Fransada tərkibində E 171 qida əlavəsi olan ərzaqların satışına qadağa tətbiq olunub. Bu maddədən – titan dioksid – məhsullara ağ rəng və ya iştahaçan parıltı verən bir boya kimi istifadə olunur. Əlavədən şirniyyat, peçenye, süd məhsulları, quru qarışıqlar, saqqız və bir sıra hazır yeməklərin istehsalında istifadə olunur. Mübahisəli maddədir, amma, dərman və kosmetik məhsullarda hələ də ondan rəngləyici kimi icazə verilir.

2020-ci ildə fransızları bütün sosial müavinətlərin təvazökar indeksasiyası, dövlət tərəfindən tənzimlənən qaz tariflərinin təxminən 1% azalması, həmçinin bəzi bank xidmətləri üzrə tariflərin 5% -lik artımı gözləyir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun