Dünyada ofislərin lazımsız olduğu etiraf edildi
Dünyada ofislərin lazımsız olduğu etiraf edildi
Dünyadakı şirkətlər koronavirus pandemiyası kontekstində fəaliyyətlərindən nəticə çıxarmaqla necə fəaliyyət göstərdiklərini yenidən nəzərdən keçirirlər. Bu barədə “Naviqator: Karantindən sonra biznes”in tədqiqatlarında söz açılır.
Sorğu iştirakçılarının demək olar ki, yarısı (47 faiz) virusun qlobal yayılması ilə əlaqədar çətinliklərə daha yaxşı hazırlaşa biləcəklərini etiraf edib. Pandemiya bir çox insanı ofislərin lazımsız olduğunu başa düşməyə məcbur edib: Respondentlərin 29 faizi onların təşkilatları tərəfindən icarəyə götürülmüş binaların bir hissəsinin gələcəkdə lazımsız olduğunu düşünür və həmin ofisləri boşaltmağı planlaşdırır.
İş qrafikinə gəldikdə isə, işəgötürənlərin əksəriyyəti (69 faizi) ümid edirlər ki, tezliklə çevik cədvəl normaya çevriləcək, üçdə iki hissəsi (61 faizi) hesab edir ki, növbəti iki il ərzində onlayn rejimdə çalışmaq adi praktikaya çevriləcək. Həmçinin sorğu iştirakçılarının üçdə birindən bir qədər çoxu (34 faiz) uzaq ezamiyyətlərin sayının azaldılması barədə düşünürlər. Sorğu dünyanın 14 ölkəsindən olan 2600-dən çox şirkət nümayəndəsi arasında keçirilmişdir.
Bundan əvvəl Rusiyanın sosial analiz və proqnozlaşdırm İnstitutunun mütəxəssisləri belə bir qənaətə gəlmişdilər ki, hər on rusiyalıdan biri işini evindən davam etdirməyi arzulayır. Bununla yanaşı, məlum olub ki, maaş nə qədər yüksək olarsa, rəhbərlikdən təsdiq almaq şansı da bir o qədər çoxdur.

Dünyanın əsas ehtiyat valyutası kimi dolların hökmranlığı Avropa ittifaqı (AI) liderlərinin Avropa iqtisadiyyatının xilası ilə bağlı razılığa gəlməsindən sonra təhlükə altına düşə bilər. Bloomberg yazır ki, “Credit Agricole” və “Mizuho International Plc.” analitikləri bu cür nəticələrə dair qərar veriblər.
BirBank-ın “Ürəklər” loyallıq proqramına qoşulmaq indi daha asan və rahat oldu. Proqrama qoşulmaq istəyənlər partnyorlar hesab açmadan, POS terminal quraşdırmadan BirBank mobil tətbiqinin hədiyyələr bölməsində öz təkliflərini verə bilərlər. Bunun üçün banka yaxınlaşmadan
Əvvəlki dövrdə artıq tutulmuş gəlir vergisi İşçiyə qaytarılmalıdırmı?