Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

posted in: Bank, Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

valyutadəyişmə

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7%-dən 6,75%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin yuxarı həddi 7,25%, aşağı həddi isə 6,25% müəyyən olunub.

Bu qərar bu gündən qüvvəyə minir. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə sentyabrın 18-də baxacaq.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi

posted in: Xəbər | 0

Bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsi

vergi öhdəliyinin tənzimlənməsiMüvəqqəti vergi rejiminin tətbiqi ilə bağlı maraq doğuran suallardan biri də bir neçə sahədə çalışan vergi ödəyicisinin vergi öhdəliyinin tənzimlənməsidir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən, XVIII fəslin (Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi) müddəaları Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Vergi Məcəlləsinin 222.5-ci maddəsində isə göstərilir ki, bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir:

  • avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti;
  • yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti;
  • turoperator və turagent fəaliyyəti;
  • sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti;
  • ictimai iaşə fəaliyyəti;
  • sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti;
  • idman-sağlamlıq obyektlərinin fəaliyyəti;
  • hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti;
  • koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla).

Misal: Mikro sahibkarlıq subyekti olmayan və tədris kursları fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərcümə xidmətini də həyata keçirir. Bu halda, Vergi Məcəlləsində nəzərdə tutulan əmlak, mənfəət və icarə haqqından ödəmə mənbəyində vergi üzrə güzəştlər vergi ödəyicisinin yalnız kursla bağlı fəaliyyətinə şamil olunacaq. Tərcümə xidməti üzrə vergi öhdəlikləri isə güzəşt tətbiq olunmadan, yəni ümumi qaydada yerinə yetiriləcək. Bu səbəbdən də vergi ödəyicisi hər fəaliyyət üzrə uçotu ayrıca aparmalıdır.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Elon Musk Tesla şirkətindən iki milyardlıq mükafat alacaq

posted in: Xəbər | 0

Elon MuskElon Musk Tesla şirkətindən iki milyardlıq mükafat alacaq

Tesla şirkətinin orta bazar kapitallaşması altı ay ərzində 150 milyard dolları ötüb keçib. Bu səbəbdən onun rəhbəri Elon Musk 2 milyard dollarlıq mükafat ala bilər. Bu haqda Bloomberg agentliyi məlumat verib.

İndi Musk şirkətin 1,69 milyon səhmini satın almaq hüququna malikdir, baxmayaraq ki, onları satmazdan əvvəl ən azı beş il gözləməlidir. Səhmin birinin qiyməti 350,02 dollardır, beləliklə sahibkar qiymətli kağızlarla 2,1 milyard dollar qazana bilərdi.

Müqavilənin şərtlərinə uyğun olaraq, Tesla şirkətinin baş direktoru sabit əməkhaqqı və bonuslar almır və onun mükafatlandırılması şirkətin göstəricilərinə bağlıdır. Kompensasiya paketi12 tranşdan ibarətdir, hansı ki, əgər Tesla şirkətinin kapitallaşması üzrə bütün hədəflərə çatmaq mümkün olacağı təqdirdə, bu Muska 50 milyard dollardan çox gəlir gətirə bilər.

May ayında avtomobil nəhənginin bazar kapitallaşması 100 milyard dolları ötüb keçdikdən sonra milyarder 775 milyon dollar həcmində mükafat almaq hüququ əldə etmişdi.

İyul ayında məlum oldu ki, Musk dünyanın ən varlı adamlarının top beşliyinə daxil olub. Belə ki, onun sərvəti 71,5 milyard dollar həcmində dəyərləndirilib. Musk əsasən, Tesla-nın səhm qiymətindəki artım sayəsində ilk beşliyə daxil olmağı bacarmışdı.  Belə ki, səhmlərin qiyməti iyun ayında ilk dəfə olaraq min dolları ötüb keçərək, 1005 dollara çatmışdı.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

ABŞ-ı xırda pul böhranı bürüyüb

posted in: Xəbər | 0

ABŞ-ı xırda pul böhranı bürüyüb

ABŞ-da milyarderlər pandemiyaABŞ-ın sikkəxanası amerikalılara müraciət edərək, onlardan xırda pullarla bazarlıq etməyi xahiş edib, sikkələri banklarda və ya xüsusi bankomatlarda kağız pullara mübadilə etməklə bağlı əhaliyə çağırış olunub. Müvafiq müraciət sikkəxananın saytında yerləşdirilib.

Ölkəni əhatə edən koronavirus pandemiyası fonunda amerikalılar infeksiyaya yoluxmadan yayınmaq məqsədilə  daha çox nağdsız ödəmə üsullarına üstünlük verməyə başlayıblar. Nəticədə ABŞ sakinlərində çoxlu sayda xırda pullar yığılıb qalıb ki, bu da dövriyyədə onların qıtlığına gətirib çıxarıb və ölkədə tam şəkildə xırda pul böhranı yaranıb.

Xırda pulların qıtlığı kiçik biznes nümayəndələrini nağd ödənişləri tam şəkildə həyata keçirməyə imkan vermir, çünki onlarda pulun qalığını qaytarmaq üçün xırda pullar çatışmır. “Siz mağazada qalıqsız ödəniş etməklə və bu yolla xırda pulların bir hissəsini dövriyyəyə qaytarmaqla, bu məsələdə kömək edə bilərsiniz”, – sikkəxananın müraciətində belə deyilir.

2020-ci ilin mart ayında ümumdünya səhiyyə təşkilatına (ÜST) istinadən Rospotrebnadzor bildirmişdi ki, planetin sakinlərini nağd pullardan  və kartlardan istifadədən imtina etməyə və koronavirusun yayılmasının qarşısını almaq üçün təmassız yollarla mal və xidmətlərin ödənilməsinə keçməyə çağırmışdılar. ÜST mütəxəssislərinin sözlərinə görə, virus pul əskinaslarının üzərində dörd gün, plastik kartları səthində isə doqquz günə kimi aktiv qala bilər. Bir qədər sonra isə sözügedən səhiyyə təşkilatı bu məlumatı yalanlamışdı.

Buna baxmayaraq planet sakinləri pandemiya fonunda özlərini infeksiyadan qorumaq məqsədilə nağd pullardan istifadədən imtina etməyə başlamışdılar. Belə ki, nağd pulların toplanıb qalması və təmassız ödənişlərə keçilməsi Almaniyada da müşahidə olunmuşdu. Koronavirusun vətəni olan Çində isə hökumət nümayəndələri infeksiyadan daha çox zərər çəkmiş regionlarda toplanan nağd pulların xeyli hissəsini məhv etmək qərarı vermişdilər.

Rusiya Bankı isə pandemiya dövründə banknotları yenidən dövriyyəyə təmiz şəkildə qaytarılmasından ötrü ən azından iki həftə müddətində banklarda saxlamağa üstülük vermişdi.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun