Koronavirus pandemiyasının gözlənilməz təsiri

posted in: Xəbər | 0

KoronavirusKoronavirus pandemiyasının gözlənilməz təsiri

Alimlər 2020-ci ildə baş verən koronavirus pandemiyasının gözlənilməz təsirini qeyd ediblər. İnfeksiyanın yayılması ətraf mühitin qorunması məqsədini pozaraq birdəfəlik istifadə olunan plastik istehlakının kəskin artmasına səbəb olub. Bu haqda Science jurnalı yazıb.

Tədqiqatçıların sözlərinə görə, 2040-cı ilə qədər dünya okeanına atılan plastik kütlənin həcmi üç dəfə arta bilər. Və pandemiya vəziyyəti daha da ağırlaşdırır. Alimlər iqtisadi modelin köməyi ilə plastik kütləsinin dövriyyəsini qiymətləndirərək, böhrandan çıxmaq üçün plan işləyib hazırladılar.

Mütəxəssislər belə qənaətə gəliblər ki, plastik tullantılarının həcmi 80 faiz azaldıla bilər. Amma, bundan ötrü ilk növbədə ilkin plastik kütlənin istehsalını azaltmaq lazımdır. İkinci addım kimi bütün dünyada tullantıların yığımı sisteminin təkmilləşdirilməsi və utilizasiyası asan olan plastik məhsulların işlənib hazırlanmasına investisiyalar yatırılması olardı. “Lakin, biz plastik kütlənin yığımını və emalını kəskin şəkildə artıra bilsək belə, ilkin plastik istehsalını 2020-ci il səviyyəsində dondurmasaq, qarşıya qoyulan məqsədlərə hələ də nail ola bilməyəcəyik”, – deyə, mütəxəssislər qeyd ediblər.

Dəniz iqtisadiyyatının öyrənilməsi ilə məşğul olan alimlər bundan əvvəl dənizlərə yatırılan investisiyaları ən perspktivli sərmayələr adlandırmışdılar. Onların sözlərinə görə, dənizdə külək enerjisi qurğularının inşasına və təbii, zülallarla zəngin ərzaq məhsullarının əldə olunmasından ötrü okeanların mənimsənilməsinə yönələn sərmayələr çox faydalı və xeyirli ola bilər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Zənginliyə can atmaq bəşəriyyətin başlıca təhlükəsidir

posted in: Xəbər | 0

Zənginliyə can atmaq bəşəriyyətin başlıca təhlükəsidir 

zənginliyə can atmaq zənginlikVar-dövlət hərisliyi və həddən ziyadə istehlak, bəşəriyyətin inkişafı üçün başlıca təhlükədir. Avstraliya, İsveçrə və Böyük Britaniyadan olan alimlər belə hesab edirlər. Bununla bağlı məqalə Nature Communications jurnalında çap olunub.

BMT-nin məlumatına görə, dünya ÜDM-nin təxminən yarısı bəşəriyyətin ətraf mühitdən aldığı resurslarla bağlıdır. Rifahın yüksəlməsi atmosferə zərərli maddələrin atılmasının artmasına gətirib çıxarır. Bu proses ətraf mühitin qorunmasına yönəlmiş yeni texnologiyaların ortaya çıxmasını qabaqlayır. Mütəxəssislər həddindən artıq istehlakı planet üçün təhlükəli olaraq xarakterizə edir və bərabərsizliyi azaltmağın, “sərvətin və ona sahib olanların açıq bir üstünlük olduğu anlayışına meydan oxumaq” lazım olduğunu vurğulayırlar.

İyun ayında ümumi qlobal sərvətin koronavirus pandemiyasının nəticələri səbəbindən 2020-ci ildə 16 trilyon dollar azala biləcəyi məlum olub. 2008-ci ildəki maliyyə böhranı isə dünya kapitalını 10,2 trilyon dollar azaltmışdı.

Wealth-X şirkətinin apardığı tədqiqatların nəticəsinə görə, 2010-cu ildən 2020-ci ilə kimi bütün dünyada varlıların sayı 50 faiz artıb. Qlobal sərvətin təxminən üçdə biri –  104 trilyon dollar,  sərvəti bir milyon dollardan artıq olan insanların nəzarəti altındadır.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Fransızların həyatında nələr dəyişdi (2-ci hissə)

posted in: Xəbər | 0

Fransa Fransızlar2020-ci il yanvarın 1-dən fransızların həyatında nələr dəyişdi

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Vergilərin azaldılması, 10 avro dəyərində siqaret qutusu, minimum əmək haqqının 15 avro artırılması, eynək və diş protezlərinə xərclərin azaldılması, eləcə də pambıq “qulaq təmizləyicələrinin”dəstəyinin  yalnız ağacdan və ya kartondan hazırlanması  –  2020-ci il üçün Fransanın həyatında baş verən bu və digər yeniliklər.

“Yaşayış vergisinin” ləğv olunması

Prezident vəd etdiyi kimi fransızların 80% yeni ildən yaşayıdıqları yerə görə “yaşayış vergisini” (taxe d’habitation) ödəməkdən tam azad olunublar. Yerli büdcələrə toplanılan bu vergilər Makronun hakimiyyətə gəlişindən sonra azaldılmağa başlanılmışdı.

Bütün fransızlar üçün istisnasız olaraq  həmin vergi 2023-cü ildə ləğv olunacaq.

Gəlirlərin təvazökar artımı

Yanvarın 1-dən Fransada minimum əmək haqqının həcmi artırılıb. İndi Fransada minimum maaşlar bütün tutulmalar çıxıldıqdan sonra ayda 1219 avro təşkil edir. Fransızların üçdə iki hissəsi öz maaşlarına əlavə olaraq ayda 15 avro ala biləcəklər. İstehlak qiymətləri indeksinin artması ilə əmək haqqının minimum məbləği avtomatik olaraq artır.

Fransız pensiyaçılarının pensiyaları da indeksləşdirilib. Ayda 2000 avrodan az pensiya alanları  1% artım gözləyir. Daha “yüksək ödənişli” pensiyaçıları isə 0,3% artım gözləyir.

Minimum pensiya isə yanvarın 1-dən 868 avrodan 900 avroya kimi yüksələcək. Bu minimum gəlir yoxsul təqaüdçülərə ASPA-nın xüsusi müavinətini təmin edir. Bu 65 yaşdan etibarən vergi bəyannaməsindən illik gəliri qanunla müəyyən edilmiş minimumdan az olanlara ödənilir: 10 840 avro – bir nəfər üçün, 16 826 avro isə ailə üçün. Müavinət son dərəcə aşağı sığorta pensiyaları alanlara fərqi kompensasiya edir.

Pestisidsiz ev

Yanvarın 1-dən evlərin yaxınlığında pestisdilərdən istifadənin qadağan olunması ilə bağlı qanun qüvvəyə minib. Pestisidlərin yaşayış binalarının ətrafında 5 metrdən 20 metrə qədər (istifadə olunan maddələrin təhlükəsinin dərəcəsindən asılı olaraq) enində “təhlükəsizlik perimetrində” püskürdülməsi qadağandır.

Dərmanlar, eynək və diş potezləri

2020-ci ildə Fransada dövlət tibbi sığorta sistemi homeopatik preparatların alınması zamanı pasiyentlərə ödənilən məbləği iki dəfə azaldacaq. Bu dərmanların bir çoxunun qiymətinin 30%-i hələ də sığorta tərəfindən ödənilirdi. Bundan sonra isə belə dərmanlar üçün sığorta yalnız 15% məbləği ödəyəcək. 2021-ci ildən etibarən fransızlar homeopatiyanı yalnız öz hesablarına almaq məcburiyyətində qalacaqlar – dövlət tibbi sığortası onların ödənilməsini tamamilə dayandıracaq.


Fransızların həyatında nələr dəyişdi (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Qeyri-adekvat baş mühasibin qeydləri (2-ci hissə)

posted in: Xəbər | 0

MühasibQeyri-adekvat baş mühasibin qeydləri: niyə biz hələ də mühasibik və ya peşənin sevincləri barədə

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Biz niyə mühasib işləyirik? Hazırkı şəraitdə bu peşə mazoxizmin bir növünə çevrilmişdir: qüvvədə olan qanunvericilik daim dəyişir və onun təkmilləşdirilməsi üçün son hədd yoxdur. İlllik, rüblük, aylıq olaraq verilməsi zəruri olan hesabatların sayı həndəsi silsilə ilə artır – və yalnız buna vaxt çatdırmaq qalır. Hesabat dövrləri arasında isə vergi müfəttişlərinin tələb və soğularına cavab verməlisən. Gəlin, etiraf edək ki, belə bir  əməyin müqabilində ödənilən əməkhaqqı da adekvat deyil. Bu bizim nəyimizə lazımdır?

İkincisi, bizim də öz sevinclərimiz var. Həqiqi sözümdür!

Nəhayət balansa nail olan bir mühasibin hissləri ilə çox az şey müqayisə oluna bilər.

Hər hansı xüsusi kreativ bir autsorserdən və ya sahibkar tərəfindən uçotun müstəqil aparılmasından sonra uçotun bərpası prosesinin başa çatmasından doğan sevinc.

Yeni mühasibatlıq proqramının alışından sonra yaranan sevinc hissi – bu proqrama da yeni mənzildə olduğu kimi özünüzün zövqü və ehtiyaclarınıza müvafiq uyğunlaşmağa başlayırsan.

Nəhayət başa çatan və heç bir kriminal aşkar olunmayan auditor yoxlamasından sonra doğan sevinc – dərindən nəfəs alıb, rahatlayırsan və fikirlərini bir yerə toplayırsan. Buna qədər isə siz bir neçə ay ərzində auditorla birlikdə eyni məsələ üzrə tamamilə fərqli fikirlərdə olan Maliyyə nazirliyinə məktublar göndərirsən. Bir-brinizlə sizin təşkilatda uçotun aparılmasının xüsusiyyətləri barədə mübahisə etmisiniz, razılaşmısınız. Bütün bunlar hər şey başa çatdıqdan sonra aradan qalxır. Birbaşa deyək ki, yorulmusunuz. Və budur, auditor yoxlamasının nəticələri artıq əlinizdədir, auditor isə digər mühasibləri bezdirməyə gedib – siz isə xoşbəxtsiniz.

Vergi müfəttişliyi bazasının növbəti çöküşündən sonra oradan bütün ödənişlər və əlavə ödənişlərlə bağlı məlumatları əldə etdikdə yaşanan sevinc hissi.

Pensiya fonduna, vergi müfəttişliyinə, mərkəzi aparata, Prezident administrasiyasına onlarla məktub göndərildikdən sonra pensiya fondundan vergi müfəttişliyinə göndərilən hesabatın sizin hesabatla üst-üstə düşməsindən sonra yaranan sevinc hissi.

Üçüncüsü, peşəkar deformasiya.

Dünya həyatında mühasibat uçotunun ciddiliyi və bəzi yorğunluq həyatı çox asanlaşdırır. Kargüzarlıqla bağlı sənədləri biz çox asanlıqla oxumağı bacarırıq. Neyrolinqvistik proqramlaşdırma, kiçik şrift və reklam təbliğatları qarşımızda gücsüzdür. “Gün ərzində cəmi 100 rubl ödənişi” ilə bağlı şüar bizlərdə lazımi təəssürat doğurmur, çünki biz avtomatik olaraq beynimizdə ay ərzində alacağımız ümumi məbləği, kredit üzrə faizləri hesablamışıq, bundan dəhşətə gəlmişik və bir qədər də irəli getmişik. Bizdə evin büdcəsi dəqiqlə tutulmuş, ev balansı çıxarılmış, evin ilkin sənədləri isə səliqəli şəkildə qovluğa tikilmişdir.

O səbəbdən mühasib olmaq – bu, təkcə çətinlik deyil, həm də sevincdir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun