Yeni Qanun layihəsi işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur

posted in: Xəbər | 0

Yeni Qanun layihəsi işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur

İşsizlikdən sığorta“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə yeni layihə işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə və işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsinə yönəlib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, hazırda qüvvədə olan qanuna əsasən işsizlikdən sığorta ödənişi işsiz kimi qeydiyyata alınmış, əmək müqaviləsinə dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisarı ilə əlaqədar xitam verilmiş və azı 3 il sığorta stajına malik olan şəxslərə təyin edilir.

Yeni qanun layihəsində həmin şəxslər üçün sığorta stajının 3 ildən 1 ilədək azaldılması təklif edilir.

Habelə, layihədə mühüm məqamlardan biri kimi, müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilmiş şəxslərə də sığorta ödənişi verilməsi təklif olunur. Həmin təklifə əsasən, bu zaman şəxsin müddətli əmək müqaviləsi üzrə ən azı 3 il fasiləsiz iş stajı olmalıdır. Sığorta ödənişinin minimum əmək haqqı qədər və 3 ay müddətinə ödənilməsi nəzərdə tutulur.

Layihə qəbul ediləcəyi halda il ərzində 35-40 minədək işsiz şəxsin sığorta ödənişinə cəlb edilməsi mümkün olacaq.

Son illərdə sosial təminat növləri üzrə ödənişlərin təyinatının elektronlaşdırılması təmin edilib. Yeni layihədə işsizlikdən sığorta ödənişinin də elektron təyinatı mexanizminin yaradılması nəzərdə tutulub. Bu da işsiz şəxslərin hər hansı quruma müraciət etmədən onlara elektron qaydada işsizlikdən sığorta ödənişinin aparılmasına imkan verəcək.

“İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik edilməsi barədə” yeni qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin son iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb və layihə komitədə səsə qoyularaq, parlamentin plenar iclasına tövsiyə edilib.

Mənbə: sosial.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Rusiyalılar rekord həcmdə pul ehtiyatı yaradıblar

posted in: Xəbər | 0

Pul ehtiyatıRusiyalılar rekord həcmdə çoxlu pul ehtiyatı yaradıblar

Koronavirus səbəbindən pul xərcləmək imkanından məhrum olan ruslar rekord sürətlə pul ehtiyatı yığmağa başlayıblar. Vətəndaşlar əllərində olan real gəlirlərin təxminən dörddə birini ehtiyat yığıma yönəldiblər. Mərkəzi Bankın hesablamaları belə bir rəqəmi göstərir. “Kommersant” qəzetinin yazdığına görə, əgər cari ilin birinci rübündə əmanətlərə vətəndaşların gəlirlərinin 8 faizə qədəri yönəldilirdisə, ikinci rübdə bu 23 faizə kimi yüksəlib.

Mərkəzi Bankın hesablamalarına görə, əmanət normasının adi göstəricisi 8 faizdən 11 faizədək hüdudda tərəddüd edirdi, lakin indi bu norma aşağı düşə bilmir. Bu, hələ qüvvədə olan iqtisadi fəallığın məhdudlaşdırılması və turizm səfərlərinin dayandırılması ilə bağlıdır.

Maraqlıdır ki, əmanətlərin həcminin artması gəlirlərin aşağı düşməsi fonunda baş verir. Rusiya statistika komitəsinin (Rosstat) sözlərinə görə, 2020-ci ilin ikinci rübündə onlar 8 faiz azalıb. “Rosqosstrax Jizn” sığorta şirkətinin apardığı tədqiqatların nəticələrinə  görə, 2020-ci ilin ikinci rübündə ölkənin hər beş sakinindən biri pandemiya dövründə gəlirlərinin əhəmiyyətli şəkildə azaldığını, hər on nəfərindən biri isə öz qazanclarını tam şəkildə itirdiklərini söyləyiblər.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə yeni qərar

posted in: Xəbər | 0

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə yeni qərar

sərtləşdirilmiş xüsusi karantin rejimi

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri- yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1.1. adında və 6.1-ci bəndində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

1.2. 1-ci hissədə “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə və “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin;

1.3. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir:

1.2.1. aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:

  1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;
  2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;
  3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;
  4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;
  5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər ezamiyyə vərəqələri olduğu halda;
  6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında);

1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:

  1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;
  2. “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin könüllüləri;
  3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;
  4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları;

1.2.3. kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə.”;

1.4. 3-1.12-ci bəndlər ləğv edilsin;

1.5. həmin Qərara əlavə – “Fəaliyyətinə icazə verilən sahələr”in 6.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 6.8-ci bənd əlavə edilsin:

“6.8. çimərliklərin fəaliyyəti (hovuzlar, su attraksionları, idman oyunu yerləri və onların ərazisində olan ictimai iaşə obyektlərində yerində xidmət istisna olmaqla).”.

  1. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarının 1.6-cı bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.7-ci bənd əlavə edilsin:

“1.7. çimərliklərin fəaliyyəti.”.

3. “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə”   Azərbaycan    Respublikası    Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli Qərarının 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. mətnində “Siyəzən, Şəki,” sözləri “Salyan,” sözü ilə əvəz edilsin;

3.2. 2.1-ci bənd aşağıdakı redaksiyada verilsin;

“2.1. 2020-ci il 8 avqust saat 00:00-dan 2020-ci il 10 avqust saat 06:00-dək, 2020-ci il 15 avqust saat 00:00-dan 2020-ci il 17 avqust saat 06:00-dək, 2020-ci il 22 avqust saat 00:00-dan 2020-ci il 24 avqust saat 06:00-dək, 2020-ci il 29 avqust saat 00:00-dan 2020- ci il 31 avqust saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır;”;

3.3. 2.2-ci bənddə “5 avqust” sözləri “31 avqust” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Koronavirus (COVID-19) pandemiyası dövründə çimərliklərdə fəaliyyətin təşkilinə dair Tələblər”i təsdiq etsin.

5. Müəyyən edilsin ki, çimərliklərin fəaliyyəti  bu  Qərarın  4-cü hissəsi ilə təsdiq edilən  Tələblərə  və  “Çimərlik  və  su  istirahət mərkəzlərində koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodik göstərişlər”in tələblərinə uyğun təşkil olunur.

6. Bu Qərar 2020-ci il 5 avqust saat 06:00 tarixindən qüvvəyə minir.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 4 avqust 2020-ci il

№ 278

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

DİN: Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq

posted in: Xəbər | 0

DİN: Rayonlara “icaze.e-gov.az” portalı vasitəsilə icazə alan şəxslər buraxılacaq

Daxili İşlər Nazirliyi (DİN) avqustun 5-dən rayonlara gediş-gəlişin necə tənzimlənəcəyini açıqlayıb.

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən xüsusi karantin rejimi avqust ayının 31-dək davam edəcək: “Paytaxt Bakı da daxil olmaqla ölkənin 13 şəhər və rayonunda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunur. Həmin şəhər və rayonlara giriş və çıxışa nəzarəti əvvəlki dövrdə olduğu kimi xüsusi polis postlarında xidmət aparan polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən həyata keçiriləcək. Postlardan yalnız ölkədaxili hərəkətinə “icaze.e-gov.az” portalı vasitəsilə icazə verilmiş şəxslər və onların nəqliyyat vasitələri buraxılacaqdır. Onu da bildirim ki, Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna giriş-çıxış da eyni qayda ilə tənzimlənir”. Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun