PAŞA Bank sahibkarlara dövlət dəstəyi proqramı çərçivəsində sürətli krediti tam onlayn şəkildə verən ilk bank oldu

posted in: Bank, Xəbər | 0

PAŞA BankAzərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank, pandemiya nəticələrindən təsirlənən müəssisələrə Dövlət Proqramı çərçivəsində sürətli onlayn kredit verən ilk maliyyə qurumu oldu. Kreditin alınmasında, ilkin ərizə və sənədlərin təqdim edilməsindən başlayaraq vəsaitlərin verilməsinə qədər olan bütün proses müştərinin Bankın filiallarına gəlməsinə ehtiyac olmadan məsafədən, tamamilə onlayn rejimdə həyata keçirilir. Kreditlə bağlı qərar 2 iş günü ərzində verilir.

Qeyd edək ki, PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə Dövlət dəstək proqramının icrasına iyul ayında başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order/

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük ticarət mərkəzlərində icarəyə yer götürmüş şəxslərin vergi öhdəlikləri

posted in: Vergi, Xəbər | 0

Böyük ticarət mərkəzlərində icarəyə yer götürmüş şəxslərin vergi öhdəlikləri.

Vergi öhdəlikləri

Vergilər Nazirliyinin açıqlamasına əsasən, pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməsinin təsbit olunduğunu nəzərə alaraq, sorğuda qeyd edilən fəaliyyət növü üzrə nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsilə həyata keçirilməlidir.

Bununla yanaşı, icarəyə götürülən obyekt üzrə icarədar hüquqi şəxs olduqda ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. İcarədar fiziki şəxs olduqda isə ödənilən icarə haqqından ödəmə mənbəyində xərclər çıxılmadan 14 faiz dərəcəsi ilə gəlir vergisi tutulmalı, tutulmuş vergi hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülməli və həmin müddətdə vergi orqanına “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” təqdim edilməlidir.

Bundan başqa, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Vergi öhdəlikləri vergi uçotuna alınarkən təqdim edilən ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV, icarəyə götürülən əmlak olduqda icarəyə verənə ödənilən icarə haqqından ödəmə mənbəyində tutulan vergi, muzdlu işçi olduqda muzdlu işlə əlaqədar alınan gəlirdən ödəmə mənbəyində tutulan vergi və s.) ibarət olacaqdır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq edilməli hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün nazirliyin saytının “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola bilərsiniz.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Xaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdırmı?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV ÖMVXaricdə göstərilən xidmətə görə ödəniş zamanı ÖMV və ƏDV tutulmalıdırmı?

Sual: Azərbaycanda fəaliyyət göstərən “X” MMC-yə Türkiyə Respublikasındakı “Y” müəssisəsi dizayn işləri görürsə, müvafiq MMC tərəfindən “Y” müəssisəsinə köçürmə edərkən, ƏDV və ÖMV yaranırmı və ya bu tip əməliyyatda vergi münasibətləri necə tənzimlənir, köçürmə edən müəssisənin hansı növ vergi öhdəlikləri yaranır?

Cavab: Bildiririk ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər bu xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir.

Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda isə bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən dizayn xidmətlərinin Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə ƏDV hesablamalı və dövlət büdcəsinə ödəməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan Azərbaycan mənbəyindən olan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan müvafiq dərəcə ilə vergi tutulur.

Buna əsasən dizayn xidmətlərinin göstərilməsi ilə bağlı qeyri-rezidentə ödənilən məbləğdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalı və dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 125-ci, 168-ci və 169-cu maddələri.

Mənbə: taxes.gov.az



Teleqram qrupumuza üzv olun


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Excel-də illər üzrə artım tempini necə hesablamalı?

posted in: Excel, Xəbər | 0

Excel-də illər üzrə artım tempini necə hesablamalı?

Çox sadə riyazi düsturla hesablanmasına baxmayaraq, bir çoxumuzun ilk baxışda çətinlik çəkdiyi mövzulardan biri – aylar / illər üzrə satış məbləğlərinin artım nisbətinin hesablanmasıdır. Yəni, 2015-ci ildə 2014-cü ilə görə neçə faiz daha çox satış etmişik?

Growth rate - 1

Ümumiyyətlə, bu cür artım tempi hesablanması əsasən 3 cür olur:
  1. İldən ilə artım;
  2. Bütün dövr ərzindəki ümumi artım;
  3. İllik ortalama artım.
İldən ilə artım

İldən ilə artımı hesablayarkən, düsturumuz çox sadədir:

(Sonrakı il – Əvvəlki il) / Əvvəlki il. Yəni (2015 – 2014) / 2014.

Misalımızda illər üzrə artımı tapmaq üçün aşağıdakı düturdan istifadə edəcəyik.

Growth rate - 2

2011-ci ilə aid heç bir məlumat olmadığına görə, 2012-ci ildəki artışı hesablamaq mümkün deyildir. Amma sonrakı illəri isə eyni düstur vasitəsilə tapmaq olar.

Bundan əlavə, düsturu daha da sadələşdirmək istəsək, riyazi biliklərimizi xatırlamaq kifayət edəcəkdir. (D3-C3)/C3 düsturunu D3/C3 – C3/C3 kimi yaza və onu D3/C3 – 1 kimi sadələşdirə bilərik.

Dövr ərzindəki ümumi artım

Bunu hesablamaq da son dərəcə asandır. Belə ki, ildən ilə artımı hesablayarkən arxa-arxaya gələn illərdən istifadə etdiyimiz halda, bu dəfə ilk və son illəri təməl alaraq hesablamamızı aparacağıq.

Growth rate - 3

Bu o deməkdir ki, 2012-ci ilə nisbətdə 2015-ci ildəki satışlarımız 69% artmışdır. Bu göstərici elə də informativ xarakter daşımır.

İllik ortalama artım

Sonuncu məqam isə yuxarıdakı kimi hər bir ilə aid artım dəyərləri olan satışlarımızın bu 3 il ərzində (2013-2015) illik ortalama neçə faiz artmış olduğudur. İllik artım faizlərinin ortalamasını almaq çox yanlış nəticə verəcəkdir, çünki bu dəyərlər arasındakı əlaqə xətti deyil.

İllik ortalama artımı hesablamaq üçün Corporate Finance (Korporativ Maliyyə) dərslərini yada salmalı olacağıq. Sualımızı tamamilə fərqli perspektivdən dəyərləndirməliyik. Belə ki, misalımızda olduğu kimi, 2012-ci ildə 13,000 AZN-i hansı fazi dərəcəsi ilə investisiya etməliyik ki, 3 il sonra (2015-ci ildə) 22,000 AZN olsun?

Bu sualın riyazi və maliyyə dilində qarşılığı aşağıdakı kimidir.

Growth rate - 4

Düsturu həll etdikdən sonra nəticənin 19% olduğunu görəcəyik. Düsturun Excel vasitəsilə həlli isə aşağıdakı kimidir:

Growth rate - 5

Həll yolu tamamilə cəbridir.

  • Öncə 22,000-ni 13,000-ə bölür;
  • Sonra 3-cü dərəcədən kökünü hesablayır;
  • Aldığımız nəticədən 1 çıxırıq.

Yuxarıda göstərdiyim düsturda x-in yerinə 19% (vəya 0,19)  yazsaq, nəticənin doğru olduğundan əmin olacağıq.

Formulu analiz etmək üçün faylı əlavədən yükləyə bilərsiniz.

Faylı yüklə:  İllər üzrə artım tempinin hesablanması (843 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun