PAŞA Bankdan COVID-19 pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara 3 gün ərzində kredit!

posted in: Bank, Xəbər | 0

Paşa bankÖlkənin aparıcı korporativ bankı PAŞA Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə bizneslərə dövlət dəstək proqramının icrasına başlayıb. Dövlət proqramının icrası müddətinə biznes kreditləri sahibkarlara daha aşağı faizlə təklif olunacaq. Belə ki, 36 ayadək verilən biznes kreditlərinin faizləri 16.5%-dən 7.5%-ə endirilib.

Sahibkarlar subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə iki növ kredit üçün müraciət edə bilərlər: sürətli və ənənəvi növ. Borcalanın kredit ödəmə imkanlarını qiymətləndirmək üçün yenilənmiş və avtomatlaşdırılmış proses sayəsində PAŞA Bank bazarda ilk bank olaraq bu platformada 200 min manata qədər sürətli kredit verilməsini cəmi 3 iş günü ərzində təklif edir. Bundan əlavə, kreditin ayırılması haqqında qərar hesabın açılması və əlavə sənədin təqdim olunması tələb edilmədən verilir. Kreditin alınması üçün girov tələb olunmur.

Bu, pandemiya səbəbilə biznesdə yaranmış durğunluğu aradan qaldırmaq və biznesi daha da inkişaf etdirmək üçün əla fürsətdir!

Müraciət etmək üçün keçid: https://www.pashabank.az/sme_banking/az/online_business_loan_order/

*Kreditin verilməsi prosesində “Öz Müştərini Tanı” prinsiplərinə riayət edilir.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

Startapınızın uğursuz olacağının 10 səbəbi (2-ci hissə)

posted in: Xəbər | 0

StartapStartapınızın uğursuz olacağının 10 səbəbi

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

Niyə stratapların bir çoxu gəlir gətirmir? Əksər stratapların sonluğunun iflas və qoyulan sərmayələrin itirilməsi ilə başa çatmasının səbəblərini araşdıraq.

6-cı səbəb. Komanda birliyi yoxdur.

Komanda – bu, sizin şirkət üçün ən vacib olanıdır. Əgər siz əməkdaşlarınızla ümumi dil tapa bilmirsinizsə, onda işlər pisdir. Demək lazımdır ki, belə yanaşma ilə biznesdə səmərəliliyə nail ola bilməyəcəksiniz. Tabeçiliyinizdə olanlarla əlaqələr qurmağa çalışın və startapınızın məhsuldarlığı əhəmiyyətli dərəcədə artacaq.

7-ci səbəb. Şəxsi işinizlə bağlı sevginiz azlıq edir.

Əgər bizneslə məşğul olmağa sevginiz yoxdursa və gündəlik yerinə yetirdiyiniz işlər sizə sevinc bəxş etmirsə, onda başqa bir işlə məşğul olmağınız daha yaxşıdır. Belədə həmin iş daha çox ürəyinizcə olar və həyatınız da yalnız yaxşıya doğru dəyişər.

8-ci səbəb. Hədəf istehlakçıları yoxdur.

Etdiyiniz hər şey, ilk növbədə sizin istehlakçıdan ötrü olmalıdır. Buna görə də, biznes startapınızın ilk mərhələlərində məhsulunuzun hədəf auditoriyasını müəyyən etmək çox vacibdir. Əgər sizin hədəf auditoriyanız yoxdursa, onda müvəffəqiyyət şansınız çox kiçik olacaq. Öz alıcınızı tanımadan, siz biznesdə uğura nail ola bilməyəcəksiniz.

9-cu səbəb. Reallıq hissinin olmaması.

Biznesin normal fəaliyyətini təmin etmək üçün baş verənlərin reallığının daim hiss olunması zəruridir, beləliklə, tərəfinizdən atılan adekvat addımların yalnız  startapınızı irəli aparacağına və əksinə öz uydurma dünyanızda həyatın sizə yaxşı heç nə gətirməyəcəyinə nail olacaqsınız.

10-cu səbəb. Sizin məhsulunuz heç kimə gərək deyil.

Əgər sizin məhsulunuz alıcıya lazım deyilsə, belədə siz nə etsəniz də, bu irəliləyişə gətirib çıxarmayacaq. Həmçinin onu da demək lazımdır ki, öz işinizin müvəffəqiyyətlə aparılması üçün bu əsas tələbdir, axı siz heç kimə lazım olmayan şeyi sata bilməyəcəksiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya haqqında 50 maraqlı fakt (2-ci hissə)

posted in: Xəbər | 0

Böyük Britaniya haqqında 50 maraqlı fakt

2-ci hissə

Məqalənin 1-ci hissəsini buradan oxuya bilərsiniz

İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız, bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  • Böyük Britaniya – özündə 4 ölkəni birləşdirən: İngiltərə, Uels, Şotlandiya, Şimali İrlandiya – ada dövlətdir.
  • Birləşmiş krallıq sakinlərinin 70% ingilis dilində danışır.  Adada eləcə də digər dillərdə də danışırlar: valliy (Uels), otland-gel və anqlo-şotland (Şotlandiya), irland və olster-şotland (İrlandiya).
  • İrlandlar, şotlandlar və valliyylər öz ölkələri və kökləri ilə qürur duyurlar və özlərinin britaniyalılar adlandırılmasını sevmirlər. Sizə də onları ingilis adlandırmaqla səhvə yol verməməyi tövsiyə edirik.
  • Stounhedj, Solsberi düzənliyində eramızdan 3000 il əvvəl daşlardan inşa edilən kompleksdir.
  • Big Ben əslində saat deyil, Vestminster sarayının daxili qülləsində yerləşdirilən ən böyük zəngdir.
  • Londonun əsası 43-cü ildə buraya hücum edən romalılar tərəfindən qoyulub. O vaxt şəhər Londinium adlanırdı.
  • İlk qaynar şokolad mağazası Londonda açılıb.
  • İngiltərədə 300-dən çox dillərdə danışırlar.
  • Böyük Britaniyanın əhalisi – hazırda 66 milyon nəfərə yaxındır. Onlardan 55 milyonu İngiltərədə yaşayır.
  • Britaniyalılar – təmkinli xalqdırlar, sirrlərini və problemlərini aşkar etməyi sevmirlər. Hətta dostlar belə şəxsi münasibətlər və ya maliyyə məsələləri ilə bağlı suallar vermirlər.

Böyük Britaniya haqqında 50 maraqlı fakt (3-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Dövlət Xidməti 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

posted in: Xəbər | 0

Dövlət Xidməti 22 işəgötürənlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi

əlillik ləğvƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına yol verilməməsi üçün “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən daimi nəzarət həyata keçirir.

Nazirlikdən verilən məlumata görə, işəgötürənlərlə sosial dialoq qurularaq onlara əmək qanunvericiliyinin tələbləri izah olunur, sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması tövsiyə edilir.

Xüsusi karantin dövründə həyata keçirilən nəzarət zamanı 22 işəgötürən tərəfindən “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilən əmək müqavilələri reallığa uyğun olmayan müqavilələr kimi diqqəti cəlb edib. Həmin müqavilələrin xüsusi karantin dövründə ayrı-ayrı şəxslərin evdən çıxaraq sərbəst hərəkət etmələri üçün müvafiq icazəni əldə etmələrinə şərait yaratmaq məqsədilə bağlanılaraq bu barədə bildirişlərin e-sistemə daxil edildiyinə dair əsaslı şübhələr yaranıb.

Qeyd edilən işəgötürənlər barəsində toplanmış müvafiq məlumatlar araşdırılması və tədbirlər görülməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

Eyni zamanda, karantin dövründə əmək müqavilələrinə xitam vermiş 156 işəgötürənə xitam vermə halının əmək qanunvericiliyinə uyğun olub-olmamasının araşdırılması məqsədilə müvafiq sənədləri Xidmətə təqdim etmələri üçün məktublar göndərilib.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun