İki brend bir arada – BirKart Umico kartını qarşılayın!

posted in: Bank, Xəbər | 0

Birkart UmicoKapital Bank “Competo” şirkəti ilə əməkdaşlıq çərçivəsində yeni ko-brend BirKart Umico kartını təqdim etdi. Adi keşbek kartlarından fərqli olaraq bu kart sahibinə ikiqat üstünlüklər və ikiqat keşbek qazandırır.

BirKart Umico vasitəsi ilə müştərilər həm BirKart-ın nağdsız ödənişlərdən verdiyi, həm də Umico proqramının daxili partnyor şəbəkəsində aparılan alış-veriş əməliyyatlarından verdiyi keşbek məbləğini qazanırlar. Qazanılan keşbeklər müştərinin Umico hesabında toplanılır. Yeni BirKart Umico debet, eləcə də taksit kartı kimi istifadə oluna bilər, yəni müştərilər yeni kart vasitəsilə BirKart-ın taksit imkanlarından da yararlana bilərlər. BirKart Umico debet kartı 3 valyutada olmaqla (AZN/USD/EUR) 36 ay müddətinə təqdim olunur.

Həmçinin, 1 milyondan artıq yüklənən və ölkənin ən məşhur tətbiqi olan BirBank-da istifadəçilər üçün xüsusi bölmə yaradılıb ki, bu bölmə vasitəsilə müştərilər Umico-da olan bonuslarını izləyə bilərlər.

Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən 30%-dək Cashback imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 7500-dən çox partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.

BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə müraciət etmək olar.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Böyük Britaniya haqqında 50 maraqlı fakt (3-cü hissə)

posted in: Xəbər | 0

Böyük BritaniyaBöyük Britaniya haqqında 50 maraqlı fakt

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz. Və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız. Bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  • İngiltərə və Böyük Britaniyanın paytaxtı – Londondur, Uelsin paytaxtı – Kardiff, Şotlandiyanın – Edinburq, Şimali İrlandiyanın isə – Belfastdır.
  • Böyük Britaniyada pul vahidi – funt sterlinqdir.
  • Birləşmiş krallığın ərazisi 245 000 kv. kilometrə yaxındır. Onun sahilləri Şetland adalarından başlayaraq şimalda Şotlandiyadan aşağı İngiltərənin cənubi-qərbinə və dəniz vasitəsilə Şimali İrlandiyaya kimi uzanır.
  •  Böyük Britaniyanın coğrafiyası yaşıl çəmənliklər və meşələrdən, boş çöllük və dağlara qədər dəyişir. Ölkənin ən yüksək dağı Ben Nevis Şotlandiyada yerləşir, onun hündülüyü 1344 metrdir.
  • Böyük Britaniyanın qeyri-adi tarixi var, o öz başlanğıcını eramızdan 6500 il əvvəldən götürüb. Britaniyada siz Southenjdən başlamış Bukinqem sarayına kimi tarixi abidələr tapa bilərsiniz.
  • Böyük Britaniyada UNESCO-nun ümumdünya irsinə daxil olan demək olar ki, 30 mədəniyyət və təbiət obyekti var. Belə şəhərlər sırasına: Edinburq, Kentenbern, Çester, Oksford, York şəhərləri daxildir.
  • Böyük Britaniya – biznes işlərini açmaqda və həyata keçirməkdə dünyanın aparıcı ölkələrindən biridir.
  • Birləşmiş Krallıq – dünyanın ən yaxşı istehsalçılarından biridir, informasiya texnologiyaları, elm, yaradıcılıq sənayesində birinci yerdədir.
  • 18-ci əsrdə Britaniya imperiyası dünyanın quru səthinin 20% təşkil edirdi. Və bu ölkədə planet əhalisinin dörddə biri yaşayırdı.
  • Britaniyada uşaqlar 4-5 yaşlarında ibtidai məktəbdə (Primary School) oxumaqla təhsilə başlayırlar. Sonra 16-18 yaşına qədər təhsilin bir neçə mərhələsindən keçirlər.

Böyük Britaniya haqqında 50 maraqlı fakt (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək? (3-cü hissə)

posted in: Xəbər | 0

koronavirusPandemiyadan sonra hansı ölkələr iqtisadiyyatda uğur qazana biləcək

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Koronavirus pandemiyası müxtəlif ölkələri fərqli güc ilə  vurub. Nəticədə onların dünya iqtisadi reytinqlərindəki mövqeləri dəyişəcək. Ancaq,  bu uğur sayıla bilərmi?

İkinci eşelonda hərəkət

İstənilən halda pandemiyadan sonra da ABŞ bir nömrəli ölkə olaraq qalacaq. ÇXR real mütləq ÜDM üzrə birləşmiş ştatları ötüb keçə bilməyəcək. Lakin, digər ölkələrdə müəyyən irəliləyişlər ola bilər. Məsələn, Cənubi Koreya və İndoneziya yüksəliş əldə edə bilərlər, onların iqtisadiyyatı bu gün özünü beynəlxalq reytinqlərə görə qonşuları olan Braziliya və Meksikanın iqtisadiyyatlarından daha yaxşı hiss edir. Vyetnamın da qlobal iqtisadiyyatdakı rolunu gücləndirmək üçün yaxşı şansı var. Vyetnamlılar və indoneziyalıların digər kozırları ilə yanaşı başqa üstünlükləri də vardır. Məsələn, karantin təchizat zəncirlərini qırdıqdan sonra Çin mallarını almağı dayandıran müştərilərin bir hisəsini son aylarda onlar özlərinə tərəf çəkə biliblər.

Lakin təqib etmək və ötüb keçmək heç də özünəməqsəd deyil. “Vacib olanı ölkənin sabit inkişaf etməsi və əhalinin bu perspektivi görməsidir, – Volçkova buna diqqət çəkir. – Perspektiv isə bu gün iqtisadiyyatın diversifikasiya olunduğu və bazara yüksək texnologiyalar əsasında istehsal olunan müxtəlif malların təklif edildiyi yerdə olur”. Qeyd etmək kifayətdir ki, pandemiyanın geniş yayıldığı indiki dönəmdə məsafədən çalışmaların inkişfının ardınca dünyada kompüter və telekommunikasiya texnikasının buraxılışına zəmanən verən liderlər də məhz, onlar olacaqlar.

Rusiyanın şansı

“Bir çox başqa ölkələrlə müqayisədə bizim itkilərimiz çox yəqin ki, daha az olacaq. Və bu itkilər 2007-2008-ci illər böhranı ilə müayisədə də az ola bilər”, – Mərkəzi bankın rəhbəri Elvira Nabiullina Dövlət Dumasında məruzə ilə çıxış edərkən, koronavirusun vurduğu zərərləri belə qiymətləndirib.

“Rusiya 2020-ci ili milli valyutaların alıcılıq qabiliyyətinin pariteti nəzərə alınmaqla hesablanmış ÜDM üzrə dünyanın beşinci iqtisadiyyatı statusunda başa vuracaq. Pandemiyaya görə, ÜDM bu gün beşinci sıranı tutan Almaniyadan daha az düşərsə, bu avtomatik baş verəcək, – REA-nın xalq təsərrüfatı proqnozlaşdırılması institutunun direktor müavini Aleksandr Şirov belə deyir. – Ancaq, Rusiya əvvəlki kimi ildə 1.5-2.5% böyüməkdə davam edərsə, bu nəticə uzun sürməyəcəkdir. Bizə inkişaf etmiş ölkələrlə müqayisədə daha da yüksək artım lazımdır. Tələb və qiymətlərin aşağı düşdüyü neft-qaz bazarı isə həmin artımı təmin edə bilməz. Lakin, idxal əvəzetmə siyasətinin dərinləşməsi əsasında qabaqlayıcı templərlə artmağa qadir sahələr də var: İT, müdafiə sənayesi üçün elektronika, xammal sənayesi üçün maşınlar, əczaçılıq üçün substansiyalar, kənd təsərrüfatı üçün toxum materialları istehsalı və s. Və indi bu istiqamətlərdə investisiya resurslarının yönləndirmə üçün yaxşı bir zamandır”.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (3-cü hissə)

posted in: Xəbər | 0

Almaniyanın vergi sistemiAlmaniyanın vergi sistemi, formalaşması və inkişafı

3-cü hissə

Məqalənin 2-ci hissəsini buradan oxuya bilərsiniz

Almaniya Federativ Respublikası bir dövlət kimi siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçmiş, dəfələrlə dünya müharibələrinin yaratdığı dağıntılardan qalxmış, iqtisadi cəhətdən güclü, sosial yönümlü dövlətə çevrilmişdir.

Federal bir dövlət olaraq, o, siyasi və iqtisadi quruluşun müxtəlif mərhələlərini keçib, dünya müharibələrinin yaratdığı dağıntılardan dəfələrlə yüksəlib və açıq bir sosial yönümlü iqtisadi cəhətdən güclü bir bazar dövlətinə çevrilib. Almaniyanın bir çox federal torpaqları bir neçə əsr boyunca müstəqil dövlətlər olmuşlar. Beləliklə, hakimiyyətin şaquli və üfüqi qolları arasında optimal əlaqələrin axtarılmasına daimi ehtiyac məhz, buradan qaynaqlanırdı. Federal quruluşa sahib olan hər hansı bir ölkədə mərkəzi problem mərkəzi hökumət və federasiya subyektləri arasında səlahiyyətlərin bölünməsidir. Bu məsələ də Almaniyada artıq çözülüb. Beləliklə, 1919-cu ilin dekabrında ən böyük vergi islahatı nəticəsində torpaqların maliyyə suverenliyi ləğv edildi. Vergiləri almaq və idarə etmək hüququ müstəsna olaraq yalnız dövlətin ixtiyarına verilib.

Vergi sistemi mərkəzləşdirilmişdir. Almaniya gəlirlərin həm şaquli, həm də üfüqi bərabərləşdirilməsini tətbiq edir. Yüksək gəlirli torpaqlar (Bavariya, Vürttemberg, Şimali Reyn-Vestfaliya) maliyyə mənbələrinin bir hissəsini az inkişaf etmiş torpaqlara (Saksoniya, Şlezviq-Holşteyn) köçürürlər. Bu, vergi sisteminin çoxillik inkişafının nəticəsidir.

Almaniyanın vergi sistemi, geniş miqyaslı dövlət tənzimlənməsinə yönəlmiş ənənəvi istiqamət ilə müəyyən edilən Şimali Amerika sistemlərindən əhəmiyyətli dərəcədə fərqlidir.

Bu vergi sisteminin stimullaşdırıcı funksiyası Almaniya vergitutma sisteminin investisiya potensialında özünü göstərir ki, bu da sürətləndirilmiş amortizasiya normalarından istifadə etməklə yanaşı, təsərrüfat subyektlərinin əsas təyinatı təsərrüfat subyektlərinin perspektiv inkişafının təmin edilməsi olan ehtiyatların formalaşdırılmasına ayrılan təsərrüfat subyektlərinin mənfəətinin güzəştli vergiyə cəlb edilməsini nəzərdə tutur.

Alman vergi sisteminin fiskal funksiyasının həyata keçirilməsi də əhəmiyyətli xüsusiyyətlərə malikdir, əsas xüsusiyyəti fiziki və hüquqi şəxslərin daşıdığı təxminən bərabər və çox əhəmiyyətli vergi yüküdür.

Almaniyada vergilər hökumət tərəfindən dövlətin iqtisadiyyatına təsir edən əsas vasitə hesab olunur və buna görə də ölkədə cəmiyyətin bütün həyati fəaliyyət sahələrini əhatə edən geniş və müxtəlif vergi sistemi mövcuddur.

Vergilər federal, torpaq, birgə (federal və torpaq), bələdiyyə icması vergiləri və kilsə vergilərinə bölünür.


Almaniyanın vergi sistemi, formalaşması və inkişafı (4-cü hissə)


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun