Filter sonrası sıra nömrələrinin avtomatik yenilənməsi

posted in: Excel, Xəbər | 0

Filter sonrası sıra nömrələrinin avtomatik yenilənməsi.

Böyük məlumat bazası ilə işlədiyimiz zaman filterdən tez-tez istifadə edirik. Filter vasitəsilə müəyyən kriteriyaya əsasən filterlənmiş yeni siyahı əldə etdiyimiz zaman, sıra nömrələrinin ilkin siyahıdakı sıra nömrələri olduğunu görürük.

Sorting after filtering - 1

Məsələn, yuxarıdakı siyahıda maaşları 900-dan yuxarı olan satış nümayəndələri filterlənib. Amma fikir versək görəcəyik ki, onların sıra nömrələri ilkin siyahıdakı sıra nömrələri olaraq qalıb, yəni filterlənmiş yeni siyahıda 1, 2, 3, 4, 5 … olaraq davam etmir. Bu yazıda məhz bu problemi aradan qaldırmanın yollarını axtaracağıq.

Bu problemi həll etmək, yəni filterlənmiş hər yeni siyahının sıra nömrələri ilə davam etməsini əldə etmək üçün AGGREGATE funksiyasından istifadə edəcəyik.

Sıra nömrələri olan yerə yazmalı olduğumuz formul belə olacaqdır.

Sorting after filtering - 2

 

Funksiya əsas 3 komponentdən ibarətdir:

Function num – əməliyyatlar siyahısı isə aşağıdakı kimidir:

Sorting after filtering - 3

Biz sıra nömrələrini o siyahıdakı dəyərlərin sayına əsasən hesablanmalı olduğu məntiqi ilə 3 – COUNTA seçirik.

Options – Bu, filterləmə sonrasında nəzərə alınacaq dəyərləri süzgəcdən keçirməyə yarayır. Əgər filtersonrası xəta mesajlı, gizlədilmiş heç bir xananın nəticəyə təsir etməsini istəmiriksə, o halda burda da 3-cü variantı seçməliyik.

Sorting after filtering - 4

Array – Hər sətrə qədər olan diapazon.

Sorting after filtering - 5

Yuxarıdakı screenshot göstərir ki, birinci sətirdə D3:D3 olaraq daxil edib, ilk D3 xanasına $$ işarələrini əlavə etdikdən sonra, həmin xanadakı formulu kopyalayıb aşağıdakı xanalara yapışdırdığımız zaman, $ olan xana hər zaman stabil qalacaqdır. Bu isə, hər sətirdəki diapazonun aşağı düşdükcə genişlənməsinə gətirib çıxaracaqdır.

Formul olan faylı əlavədən yükləyə bilərsiniz.

Faylı yüklə :  Filter sonrası sıralama (1326 downloads )

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

 

ABŞ vergi sistemi (5-ci hissə)

posted in: Xəbər | 0

ABŞ vergi sistemi

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

ABŞ vergi sistemi ən inkişaf etmiş vergitutma sistemlərindən biri hesab olunur. ABŞ iqtisadiyatın liberal modelinə istiqamətlənən bir ölkədir və federativ dövlətdir. Burada üç səviyyəli vergi sistemindən istifadə olunur: federal vergilər, ştatların vergiləri, yerli vergilər.

Vergi kreditləri sistemi

Vergi kreditləri sistemi biznesdə ən geniş yayılmış güzəştlərdən biridir. Bu terminlə vergi bazasının müəyyən edilməsində icazə verilən çıxılmalardan və istisnalardan fərqli olaraq, hesablanmış vergi məbləğindən birbaşa istehsal edilən ayırmaları qeyd etmək qəbul edilmişdir. İnvestisiya kreditinin üç hissəsi fərqləndirilir: müntəzəm vergi krediti (şəxsi investisiyaları stimullaşdırır), köhnə binaların bərpası üçün investisiya vergi krediti və enerji vergi krediti. Təcrübə göstərdi ki, onun ləğvi investisiyaları və rəqabətə davamlılığı azaldır ki, bu da iqtisadi artımı ləngidir.

Yerli özünüidarəetmə orqanları öz sərəncamlarında vergi mənbələrinin nisbətən məhdud sayda, bir çox hallarda ştatların vergiləri ilə eynitipli mənbələrə malikdirlər. Yerli vergilər arasında ən böyük əhəmiyyət əmlak vergisinə məxsusdur. Vergi mülkiyyətə malik olan fiziki və hüquqi şəxslərdən ildə bir dəfə tutulur. Bu verginin müəyyən edilməsi üçün baza, mülkiyyətin qiymətləndirilmiş dəyəridir. Ştatların demək olar ki, yarısında eyni adlı ştat vergisinə əlavə olaraq satış vergisi tutulur. Bu vergidən əldə edilən gəlirlər ştatda toplanır, sonra isə onların əldə edildiyi yerli özünüidarəetmə orqanına qaytarılır.

Dolayı vergilər

Müxtəlif ştatlarda vergilər birbaşa vergilərlə müqayisədə ABŞ-da əhəmiyyətli dərəcədə az pay tutur. Dolayı vergilər arasında satış vergisinə və aksizlərə üstünlük verilir. Aksizlər müəyyən mallara tətbiq edilir. Federal səviyyədə – spirtli içkilər, tütün məhsulları, telefon danışıqları, aviabilet və digər ABŞ-da ƏDV tətbiq edilmir, baxmayaraq ki, Avropa dövlətlərində bu, dövlətin əsas gəlir mənbəyidir.

ABŞ-da vergi daxilolmalarının strukturu, yekun %

Vergitutma    fiziki şəxs   korporasiya   sosial  aksizlər   əmlak    digər  yekun

səviyyəsi      gəlir vergisi    vergisi       sığorta                 vergisi

federal              50                   6               34           8            –           2       100

ştatlar               21                   6               27          37           1          9        100

yerli                  4                     1                6          14           71         4        100

bütün səviyyə   37                   6               27          15          10         4        100


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gömrükdən sahibkarlara “qiymət” tövsiyəsi

posted in: Xəbər | 0

qiymətDövlət Gömrük Komitəsinin (DGK) Baş Gömrük İdarəsində dərman və qida əlavələrinin idxalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Bu barədə komitədən bildirilib.

Məlumata görə, görüşdə Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Bəhruz Quliyev, Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev və sahibkarlar iştirak edib.

Görüş dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük rəsmiləşdirilməsi prosesində meydana çıxan problemlərin müzakirəsi və operativ şəkildə həll edilməsi məqsədilə keçirilib.

Görüşdə çıxış edən Komitə rəsmiləri pandemiya ilə mübarizə tədbirlərində səmərəli və işgüzar fəaliyyətlərinə görə sahibkarlara xüsusi təşəkkürlərini bildiriblər. Daha sonra dərman preparatları və qida əlavələrinin idxalı zamanı gömrük dəyərləndirilməsinin metodologiyaları ətraflı şəkildə görüş iştirakçılarına izah olunub, bu istiqamətdə qanunvericiliyin tətbiqi metodları barədə məlumat verilib. Sahibkarlara gömrük rəsmiləşdirilməsi prosesində Tarif Şurasının təqdim etdiyi qiymətləri əsas götürmək, gömrük dəyəri ilə real bazar qiymətləri arasında kəskin fərqlərin yaranmasına yol verməmək tövsiyə olunub.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Pandemiya dövründə gəlir və mənfəət vergisinin hesablanması

posted in: Xəbər | 0

Pandemiya dövründə gəlir və mənfəət vergisinin hesablanması

gəlir mənfəət vergisiPandemiya dövrü ilə əlaqədar olaraq Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fərdi sahibkarlar və hüquqi şəxslər Məcəllənin 224.1.2-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir və mənfəət vergisindən azaddır. Bundan əlavə, əmlak və torpaq vergiləri üçün də güzəşt müəyyənləşdirilib. Mövzunu iqtisadçı ekspert İsmayıl Bağırov şərh edir.

Vergi Məcəlləsinin bu maddələrinin tətbiqinin əsas məqsədi pandemiya dövrü ilə əlaqədar edilmiş dəyişiklikləri nəzərə almaqla sahibkarlıq subyekti olan fərdi sahibkarların və hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən vergilərin hesablanması, eləcə də sahibkarlıq fəaliyyətində istifadə etdikləri əmlak və torpaq üçün ödəməli olduqları vergilərin hesablanması qaydasını müəyyən etməkdir. Vergi Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, vergi ödəyicilərinə pandemiya dövrü ilə əlaqədar nəzərdə tutulan güzəştlər 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir.

Misal 1: Gəlir vergisi ödəyicisi olan fərdi sahibkarın 2020-ci ildə mehmanxana xidmətindən ümumi illik gəliri 70.000 manat, bu fəaliyyətə aid olan xərci isə 20.000 manatdır. Bu hal üçün verginin hesablanmasını nəzərdən keçirək.

Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, mehmanxana fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün fərdi sahibkarın Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ var. Bunun üçün də fərdi sahibkar ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərci çıxdıqdan sonra qalan 50.000 manat (70.000 – 20.000 = 50.000 manat) gəliri ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin gəlirə 75 faiz güzəşt tətbiq etməklə alınan 37.500 manat (50.000 x 75% = 37.500 manat) məbləğ arasındakı fərqdən – 12.500 manatdan (50.000 – 37.500 = 12.500 manat) 2500 manat (12.500 x 20% = 2500 manat ) gəlir vergisi hesablayacaqdır.

Misal 2: İşçilərinin sayı 8 nəfər olan hüquqi şəxsin 2020-ci ildə sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat üzrə ixtisasartırma kursu keçməkdən əldə etdiyi ümumi illik gəliri 90.000 manat, xərci isə 30.000 manatdır. Bu halda verginin hesablanmasına baxaq.

Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti subyektlərinə xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Buna görə də sahibkarlıq fəaliyyəti subyektlərinə vergi və mühasibat üzrə ixtisasartırma kursu xidməti göstərən hüquqi şəxs mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir. Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, ixtisasartırma kurslarının fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün hüquqi şəxsin Vergi Məcəlləsinin 224.1.2.-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ var. Bunun üçün də hüquqi şəxsin ümumi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı xərci çıxdıqdan sonra qalan 60.000 manat (90.000 – 30.000 = 60.000 manat) mənfəəti ilə vergidən azad olunan hissəni müəyyən etmək üçün həmin mənfəətə 75 faiz güzəşt tətbiq etməklə alınan 45.000 manat (60.000 x 75% = 45.000 manat) məbləğ arasındakı fərqdən, yəni 15.000 manatdan (60.000 – 45.000 = 15.000 manat) hüquqi şəxs 3.000 manat (15.000 x 20% = 3.000 manat ) mənfəət vergisi hesablayacaqdır.

Onu da qeyd edək ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyətləri həyata keçirən fərdi sahibkarlar və hüquqi şəxslər 2020-ci ildə əmlak və torpaq vergisini tam məbləğdə ödəməkdən azad ediliblər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun