Böyük Britaniya haqqında 50 maraqlı fakt (5-ci hissə)

posted in: Xəbər | 0

BritaniyaBöyük Britaniya haqqında 50 maraqlı fakt

5-ci hissə

Məqalənin 4-cü hissəsini buradan oxuya bilərsiniz

İngilis dilini öyrənənlər üçün Böyük Britaniyanın mədəniyyəti, ənənələri, dəyərləri haqqında daha çox öyrənmək faydalıdır. Bu, orada yaşayan insanları daha yaxşı başa düşməyə kömək edəcəkdir.

Siz bu ölkəyə işgüzar səfərə və ya turist kimi hazırlaşırsınız, ola bilsin oxumaq üçün gedirsiniz və yaxud internet vasitəsilə sadəcə özünüzə bir həmsöhbət axtarıb tapmısınız, bunlar önəmli deyil, bu məsləhətlər və faktlar sizə səmərəli ünsiyyət üçün çox faydalı ola bilər.

  •  Hellouin – öz kökünü çoxsaylı şotland bütpərəst ənənələrindən birindən götürüb. Oktyabrın 31 – kelt təqvimində çox mühüm tarix idi. Həmin gün müqəddəslər günü kimi qeyd olunurdu, əfsanəyə görə o gündə ruhlar canlıları təqib etmək üçün geri qayıdırdı.
  • 30 milyona yaxın amerikalı hesab edir ki, onların şotland mənşəyi var. Onların sırasında bu şəxslər olub: prezidentlərdən Teodor Ruzvelt, Buş, bir də məşhur xanım Merilin Monro var.
  • Şotland (gel) dili – bizim günlərə kimi gəlib çıxan kelt dillərindən biridir. Digər üç dil – valliy, irland, korn, (Böyük Britaniyad) breton (Fransada) yoxa çıxmaq təhlükəsi altındadır.
  • Məşhur ingilis alimlərinə – Çarlz Darvin, Maykl Faradey, İsaak Nyuton, Stiven Hokinqi misal çəkmək olar.
  • Britaniya ixtiraçısı və alimi Tim Berners-Li ümumdünya hörümçək torunu ixtira edib.
  • İngiltərənin ən nüfuzlu və məşhur şairlərindən biri – Vilyam Şekspirdir. Onun hələ sağlığında bir çox portretləri çəkilib.
  • Britaniya monarxlarının Londonda rəsmi evi – Bukinhem sarayıdır. İndiyə kimi orada hər gündən bir qaravulların dəyişdirilməsi mərasimi keçirilir ki, bu tədbir bir çox turistləri cəlb edir.
  • Londonda üç dəfə – 1908, 1948 və 2012-ci illərdə yay Olimpiya oyunları keçirilib.
  • Futbol (cokker), reqbi və kriket – İngiltərədə ən populyar idman növləri hesab olunur.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Muğanbank” ASC “Muganbank Maliyyə – Hub” layihəsini açıqladı

posted in: Bank, Xəbər | 0

Muğanbank“Muğanbank” ASC artıq bir müddətdir mətbuatda müzakirə olunan “Muganbank Maliyyə-Hub” layihəsinin şərtlərini açıqladı. Yeni layihə kiçik və orta sahibkarlara hərtərəfli dəstəyi özündə ehtiva edən bir ekosistem olacaq. Müxtəlif tərəfləri özündə birləşdirəcək FinHub layihəsi Hub daxilində şirkətlərin sərfəli şərtlərlə öz bizneslərini inkişaf etdirməyinə xidmət edəcək. Belə ki, “Muğanbank” ASC Hub yaradıcısı olaraq, bu ekosistemin çalışmasını təmin edəcək, hub üzvləri arasında qarşılıqlı faydalı biznes əlaqələrinin qurulması üçün öz dəstəyini göstərəcək. Ən əsası isə Hub yaradıcısı olaraq Muğanbank, “Maliyyə Hub”-a  qoşulmuş fiziki şəxs sahibkar və hüquqi şəxslərə dövriyyələrindən asılı olaraq aylıq əsasda maliyyə dəstəyi göstərəcək.

“Muganbank – Maliyyə Hub”-ın əsas üstünlüklərindən biri də “FinHub”-a qoşulmuş üzvlərə bir aydan üç aya kimi ödənişsiz maliyyə-mühasibat xidmətlərinin göstərilməsidir. Ödənişsiz maliyyə xidmətlərinin müddəti vergi ödəyicisinin növündən asılı olaraq aşağıdakı qaydada dəyişəcək.

  • Fiziki şəxs sahibkarlar – 3 ay
  • Hüquqi şəxslər (mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri) – 2 ay
  • Hüquqi şəxslər (ƏDV ödəyiciləri) – 1 ay

Bundan əlavə FinHub layhəsi çərçivəsində startaplara xüsusi dəstək nəzərdə tutulur. Belə ki, fəaliyyətin ilk illəri startaplar üçün həyatda qalmaq dövrü hesab olunur. Bu baxımdan, FinHub layihəsinə qoşulan startaplara (fəaliyyəti iki ildən az olan şirkətlərə) həm maddi, həm də endirimlər baxımından özəl dəstək göstəriləcək. Eyni zamanda startaplar FinHub üzvləri arasında öz bizneslərini inkişaf etdirmək, netvorkinq, təqdimatlar və s. kimi üstünlüklərdən istifadə edə biləcəklər.

Ümumilikdə, “Muganbank Maliyyə-Hub” barədə ətraflı məlumatı əldə etmək, eləcə də qoşulmaq üçün “Muğanbank” ASC-nin rəsmi internet səhifəsinə (www.muganbank.az) daxil ola  bilərsiniz.

Qeyd edək ki, “Muğanbank” ASC -nin təqdim etdiyi “Muganbank Maliyyə-Hub” layihəsi ölkədə bir ilkdir. Eyni zamanda,“Muğanbank” ASC tərəfindən yaradılan ekosistemin pandemiya dövründə kiçik və orta sahibkarlara mühüm dəstək olacağı gözlənilir.

Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Gecikməyə görə tətbiq edilən cərimə ƏDV-yə cəlb edilirmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0

ƏDV EDVSual: Beynəlxalaq yükdaşıma fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisədən xidmət alışı zamanı hər hansı səbəbdən meydana çıxan gecikməyə görə (gömrükdə, anbarda və s.) həmin müəssisə daşıma xidmətindən əlavə müəyyən məbləğdə hesabt faktura göndərir. Gecikməyə görə tərəfimizdən ödənilən bu məbləğ 10 % ÖMV-yə və 18% ƏDV-yə cəlb olunamlıdırmı? Yoxsa daşıma xidmətinin tərkib hissəsi kimi 6%-lə ÖMV-yə cəlb olunmalıdır?

Cavab: Bldiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri yüklərin daşınması, yüklənməsi, boşaldılması və daşıma ilə bağlı yaranan digər xərclər, o cümlədən yüklərin sığortası, gecikməyə görə cərimə və s. də nəzərə alınmaqla müəyyən edildiyi halda həmin xərclər beynəlxalq daşımanın dəyərini təşkil edir.

Eyni zamanda, tərəflər arasında bağlanmış müqavilədə, razılaşmada və ya sifariş və ödəniş sənədlərində beynəlxalq daşımanın dəyəri digər xərclər o cümlədən, yüklərin sığortası, gecikməyə görə cərimə və s. nəzərə alınmaqla müəyyən edilmədiyi halda isə gecikməyə görə ödənilən həmin məbləğdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, rezident tərəfindən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ödənişin vaxtından gec aparılması ilə bağlı qeyri-rezidentə cərimənin ödənilməsi ƏDV-nin vergitutma obyektini yaratmır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 159-cu maddələri.

Mənbə: taxes.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Professional hesabatlar necə hazırlanmalı?

posted in: Excel, Xəbər | 0

Professional hesabatlar necə hazırlanmalı?

Bu dəfəki yazımızda rəhbərliyə təqdim etdiyimiz hesabatlarımızı necə daha mənalı və professional edə biləcəyimiz mövzusuna toxunacağıq. İlk başda mənasız gələn bir çox nüansa lazımi diqqəti vermədiyimiz zaman hesabatın keyfiyyətinə necə təsir edəcəyini görəcəyik.

Mövzuya başlamazdan əvvəl onu da qeyd etmək istəyirəm ki, professional hesabatlar hazırlayarkən, rəhbərinizə verməli olduğunuz 2 sual var:
  1. Hansı məlumat hazırlanmalıdır?
  2. Hansı formatda təqdim edilməlidir?

1-ci punkt çox böyük məlumat bazasından rəhbərliyə maraqlı olan məlumatın çəkib çıxarılmasını əhatə edirsə, 2-ci punkt bu məlumatın hansı formatda təqdim edilməli olduğunu müəyyən edir. Və 2-ci punkt ilə bağlı şirkətinizdə hər hansı hesabatlıq formaları varsa, mütləq surətdə o formalardan istifadə edilməli, əks təqdirdə özünüz istəyən formatda bir hesabat hazırlamalı olacaqsınız.

Bu yazının məqsədi də, müstəqil olaraq hazırlayacağımız hesabatların keyfiyyətini artırmaq yollarını araşdırmaqdır. Gəlin, ilk sualımıza baxaq. Mövzuya davam etmədən öncə aşağıdakı cədvələ diqqət yetirib, bu cədvəldəkı çatışmamazlıqları öz-özünüzlə müzakirə edin. Beləliklə, sual belədir: aşağıdakı cədvəl niyə yaxşı hesabat sayıla bilməz?

Reporting techniques - 1

Yazıya davam etmədən öncə bir az düşünün. Əgər hazır isəniz, bu cədvəli daha professional və dolğun etmənin yollarını araşdıraq.

1. Başlıq

Hər hansı bir hesabat təqdim edərkən, bu hesabatın adı, əhatə etdiyi dövr və ona xas olan xüsusiyyətləri mütləq qeyd edilməlidir. Cədvəlimizdə filiallar üzrə kredit portfelləri haqqında məlumatı görürük, lakin hansı ilə/aya aid olduğunu görmürük. Əksinə, aşağıdakı kimi bir başlıq bütün qaranlıq məsələləri aydınlaşdıracaqdır.

Reporting techniques - 2

2. Aylar üzrə trend

Cədvəlimizdəki məbləğlər tək bir aya aid olduğu üçün, bu məbləğlərin yaxşı, ya da pis olduğunu iddia etmək qeyri-mümkündür. Daha dolğun və güvənilir məlumat üçün daha öncəki 2 ayın məbləğləri də əlavə edilib, ümumi trend müşahidə edilsə, şirkətin vəziyyəti daha düzgün başa düşülər.

Reporting techniques - 3

Gördüyümüz kimi, artıq təkcə yanvar 2015 yox, eyni zamanda dekabr 2014-cü il üzrə də məlumatlar olduğu və digər sütunlarda bu iki ayın müqayisəsi də aparıldığı üçün, şirkətin hər bir filialında gedən proseslər yavaş-yavaş ortaya çıxmağa başlayır. Tək dövrə aid heç bir məbləğ dolğun məlumat verə bilməyəcək.

3. Büdcə ilə müqayisə

Bundan əlavə, aylar üzrə müqayisə ilə birlikdə, büdcə və faktiki məbləğlər arasındakı müqayisə də çox faydalı ola bilər.

Reporting techniques - 4

Diqqət etsək görərik ki, Bakı filialının yanvar ayında dekabr ayına görə 25%-lik artış etməsinə baxmayaraq, büdcə ilə müqayisədə, əslində nəzərdə tutulanın gerisində fəaliyyət göstərib.

Bütün analizlərdə olduğu kimi, bu cədvəlimizdə də bütün komponentlər nəzərdən keçirilməli, tək bir göstərici ilə qərarlar verilməməlidir.

4. Şərti formatlamadan istifadə

Şərti formatlama vasitəsilə əldə etdiyimiz fərqləri vizuallaşdıra və onların başa düşülmə xüsusiyyətlərini artıra bilərik.

Şərti formatlama ilə cədvəlimizi aşağıdakı kimi formatlaya bilərik.

Reporting techniques - 5

Unutmayaq!

  1. Hər bir hesabatın çox aydın bir başlığı olmalıdır – şirkətin adı, hesabatın mahiyyəti, məqsədi və hesabatda yer alan məbləğlərin hansı qaynaqdan əldə edildiyi.
  2. Müqayisə üçün imkanlar olmalıdır. Aylar, illər və ya büdcə üzrə.
  3. Vizual olaraq zənginləşdirilməlidir.
  4. İmkan varsa, hesabatı alan şəxs hesabatdakı müəyyən detalları dəyişməklə hesabatın necə dəyişdiyini görməlidir – Form controls vasitələri burda çox köməyimizə çatır.
  5. Və ən əsası – müəyyən çərçivədə məna kəsb edəcək istənilən yaradıcı vasitədən məntiqli ölçüdə istifadə edilə bilər.

Müəllif: Elçin Xəlilov


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun